Məhkəmə qərarları › İş №3(3-7)-636/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-636/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-636/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Gəncə şəhər DYPŞ R X6, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Gəncə şəhər X1 Şöbəsi tərəfindən TP seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” elektron qərar ona görə qəbul edilmişdir ki, o, Gəncə şəhərində ##.##.2026-cı il tarixdə, saat 09:00-da “CHANGAN QIYUAN Q07 PLUG-IN” minik markalı **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. Bu inzibati xəta haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Gəncə şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət müəllifi bildirmişdir ki, onun hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur. Inzibati xətanı “Jiquli” markalı avtomaşının sürücüsü törətmişdir. Belə ki, o, baş yolla getdiyi halda həmin avtomobilin sürücüsü dayanmadan baş yola çıxaraq onun avtomobilini vurmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan Inzibati tənbeh vermə haqqında” TP seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli Qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhər məhkəməsi (hakim Kəmalə Bayramova) həmin qərarla mənim Qərarından şikayət verilən orqan R X5 Inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli TP 8210332 JNfe-li qərarından şikayətini təmin etməmişdir.Məhkəmə işin mahiyyətinə vara, yol hərəkəti qaydalarını qavraya bilmədiyindən həqiqət qaranlıq qalmış, hüququ qorumağa borclu olduğu halda onu qəsdən pozan polis işçisinə yarınmaq naminə qanunsuz qərarı qüvvəsində saxlamışdır. Rayon məhkəməsinə verdiyi şikayətdə göstərdiyi kimi, təkrar edir ki, ##.##.2026-cı il tarixdə o, 09:09 radələrində “Çanqan” markalı **YH*** dövlət nömrə nişanlı avtomaşınımla Gəncə şəhərinin Bəxtiyar Əliyev küçəsi ilə “Sünbül” mağazası istiqamətində sürət həddini pozmadan, özü də baş yolla hərəkət edən zaman dalandan “Jiquli”-06 markali **FL*** dövlət nömrə nişanlı avtomaşın qəflətən çıxıb, avtomaşınım sağ qanadını əzərək bununla ona maddi zərər yetirmişdir. Hadisənin sxemini əlavə edir ki, təqsirsizliyinə şübhə qalmasın. Sxemdən hər bir sürücüyə aydın olur ki, məsələnin onun qeyd etdiyindən kənar yozumu məntiqsizdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər DYPŞ R X6 apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Iş materiallarına əlavə edilmiş Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Gəncə şəhər X1 Şöbəsi tərəfindən TP seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” elektron qərar ona görə qəbul edilmişdir ki, o, Gəncə şəhərində ##.##.2026-cı il tarixdə, saat 09:00-da “CHANGAN QIYUAN Q07 PLUG-IN” minik markalı **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, verilmiş şikayətin dəlillərində, eləcə də şəxsin məhkəmə iclasında verdiyi izahatda qeyd etdiyi əsas xüsusat ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Belə ki, dalandan gələn avtomobil onu gözləməli olduğu halda bunu etməmişdir. Hazırkı iş üzrə inzibati xətanın hadisəsinin yaranma səbəblərindən biri Qərardan şikayət verən orqan (şəxs) manevr qaydalarını pozması olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hər bir manevr edən sürücü manevr zamanı əmin olmalıdır ki, bu manevr nəticəsində hər hansı hadisə baş verməyəcək. Qərarından şikayət verilən orqan nümayəndələri tərəfindən təqdim edilmiş video görüntüdən birmənalı şəkildə anlaşılır ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkət edərkən iki tərəfli yolda hərəkətin sıxlığından irəli gələrək qarşı hərəkət zolağına keçmiş, daha sonra isə arada yaranan boşluqdan istifadə edərək həmin boşluğa girmək istəyərkən mübahisə predmeti olan hadisə baş vermişdir. Başqa sözlə Qərardan şikayət verən orqan (şəxs) boşluğa girməyə cəhd edərkən qanunvericilikdə manevr qaydalarının aparılması üçün müəyyən edilmiş tələblərə uyğun davranmamışdır. Yuxarıda halları ümumiləşdirən, məhkəmənin gəldiyi qənaətə görə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan Inzibati tənbeh vermə haqqında” TP seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis Idarəsinin X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar