Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-637/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi Gəncə şəhər BPI-nin DYPŞ-nin kiçik serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi haqqında verdiyi şikayətin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Gəncə şəhər BPI-nin DYPŞ-nin əməkdaşı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Məmmədov Elçin) ilə şikayət təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində Gəncə şəhər Baş Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun əməlində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Gəncə şəhər BPI-nin DYPŞ-nin əməkdaşı tərəfindən şikayət verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iş materialına əlavə olunmuş videodiskdə vətəndaş Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi QAZ 3110 minik markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Bağmanlar küçəsi ilə Bayan küçəsinin kəsişməsində yerləşən yolayrıcında digər nəqliyyat vasitələrinin dayanmağına baxmayaraq, sonuncu öz hərəkətini davam etdirmiş və həmin anda yol patrul xidməti əməkdaşı qayda pozuntusunu vizual aşkar edərək onu saxlamış və ona törətmiş olduğu qayda pozuntusunu izah etmişdir. Qeyd edilən hallar video diskdə öz əksini tapmışdır. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsində iştirak edən Gəncə şəhər BPI-nin DYPŞ-nin inspektoru Nural Əlizadə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmiş, şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, göstərdi ki, iş materialına əlavə edilmiş videodiskdə Qərardan şikayət verən orqan (şəxs) özü svetoforun qırmızı işıqda keçməsini etiraf etmişdir. Eyni zamanda inzibati xəta hadisəsinin baş verdiyi ərazidə şəhər təhlükəsizlik kamerası olmadığından ona görə də Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforun qırmızı işıqda keçməsi ilə bağlı əlavə videogörüntünü təqdim edə bilmir, əmindi ki, Qərardan şikayət verən orqan (şəxs) qırmızı işıqda avtomobilini idarə etmişdir. Apellyasiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforun qırmızı işığında deyil, yaşıl işığında keçmiş, DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmış, barəsində protokol tərtib olunmasına baxmayaraq naraazılığırnı bildirmiş və protokolu imza etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə iş materialına əlavə edilmiş videodisk tədqiq edilmiş, diskdə yol patrul xidmətinin avtomobilinin svetoforun yaşıl işığında keçməsi müşahidə olunur, əks istiqamətdə hərəkətdə olan Qərardan şikayət verən orqan (şəxs) isə idarə etdiyi nəqliyyat vasitəsinin svetoforun yaşıl yoxsa qırmızı işığında keçməsini müəyyən etmək mümkün olmur və həmin videogörüntüdə Qərardan şikayət verən orqan (şəxs) svetoforun qırmızı işıqda keçməsini etiraf etməsi də öz əksini tapmır. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.2-ci maddəsinin tərkib əlamətinin olub-olmaması istiqamətində səlahiyyəli inzibati orqan tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə əsaslı mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə hazırki iş materialında olan sənədlərlə və video diskdəki görüntünün tədqiqindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində qeyd edilən inzibati xəta əməlini törətməsini təsdiq edən mötəbər sübut yoxdur. Eyni zamanda səlahiyyətli inzibati orqanın inzibati protokolu tərtib edən R Nural Əlizadə apellyasiya şikayətinin dəlillərində Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.2-ci maddəsinin tərkib əlamətinin olmasını təsdiq edən videogörüntülərdə əks olunduğunu qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən iş materialına əlavə edilmiş videogörüntülərin tədqiqindən belə müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində qeyd edilən inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlinmişdir. Qeyd edilən ziddiyətli xüsusatların aydınlaşdırılması məqsədilə ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Gəncə şəhər BPI-nin DYPŞ-nə sorğu ünvanlanaraq mötəbər sübutların təqdim olunması xahiş olunmuş, lakin apellyasiya məhkəməsi iclasında iştirak edən protokolu tərtib edən R Nural Əlizadə baş vermiş hadisə ilə bağlı həmin ərazidə şəhər təhlükəsizlik kamerasının videogörüntülərinin olmadığını və Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin svetoforun yaşıl yoxsa qırmızı işığında keçməsini təsdiq edən mötəbər sübutun təqdim edə bilmədiyini göstərmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, IXM-nin 8-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla səlahiyyətli inzibati orqanın, yəni Gəncə şəhər BPI-nin DYPŞ-nin üzərinə qoyulsa da, səlahiyyətli inzibati orqan tərəfindən hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunsa da, onun QAZ 3110 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə svetoforun qırmızı işığında keçməsini təsdiq edənvideogörüntü, fotoşəkil və ya digər mötəbər sübut IXM-nın 76-cı maddəsinin tələbinə müvafiq təqdim olunmamışdır.Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair işdə hər hansı bir mötəbər sübut yoxdur, bütün qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə düzgün və qanuni nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və ədalətlidir, buna görə də şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-637/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-637/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver