Məhkəmə qərarları › İş №3(3-7)-638/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-638/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-638/2026 11.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin nümayəndəsi – rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 606.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin nümayəndəsi – rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin rəisi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunması qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) Tərtər Rayon Məhkəməsinə şikayət verərək barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim T.M.Qubadov) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş və onun İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 300 manat məbləğində inzibati cərimə edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə ÇağrıŞ üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin nümayəndəsi – rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifəli Qərardan şikayət verən orqan (şəxs) 2026-ci ilin II rüb çağırış dövrü üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq ##.##.2026-cı il tarixdə tibbi müayinə ilə əlaqədar SHXÇDX-nin Tərtər rayon şöbəsi tərəfindən tibbi müayinədən keçməsi barədə ona ##.##.2026-cı il tarixdə zəng edilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdən tibbi müayinə olunması üçün heç bir üzürlü səbəb olmadan tibb müəssisələrinə müayinədən keçmək üçün yaxınlaşmamışdır. Bununla da Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Məhkəmə şikayəti təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, "... qərarı çıxarmış orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göründüyü kimi qanun verici burada güzəştli qaydanı təsbit etmişdir və həmin güzəştlı qayda İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş çağırışçını və ya hərbi vəzifəlini məhkəmə tərəfindən inzibati xətaya görə məsuliyyət məsələsi həll olunanadək müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqana gəlməyə qanununa uyğun davranışa stimullaşdırmaq məqsədi daşıyır...." Lakin məhkəmənin gəldiyi bu mövqe tamamilə yanlışdır. Belə ki, birincisi, İXM-nin 606.3-cü maddəsində, eləcə də Məcəllənin hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar fəslində çağırışçının ayrıca olaraq təkrar müayinə gəlməməsi halı deyil, ümumilikdə çağırışçının tibbi müayinə (tibbi şəhadətləndirilmə) ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Yəni təlim dövrü başlayanadək hərbi vəzifəlı tibbi müayinəyə üzürlü səbəblər olmadan gəlməməsi inzibati xəta əməli hesab olunur və İXM-nin 606.3-cü maddəsi ilə inzibati məsuliyyət yaranır. Odur ki, məhkəmənin bu əsasla Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv etməsi qanunsuzdur. İkincisi, hərbi vəzifəli Qərardan şikayət verən orqan (şəxs) 2026-cı ilin II rüb çağırış dövrü üzrə ##.##.2026-cı il tarixdən tibbi müayinə ilə əlaqədar müvafiq tibb müəssisələrinə müayinədən keçmək üçün yaxınlaşmamışdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən və aydınlaşdırmadan əsassız qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026- ci il tarixli, *(*-***)-***/**** saylı qərarı əsassız olduğundan ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbehin verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət təmin edilməməlidir”. Məhkəmə iclası zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin nümayəndəsi – rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilərək Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, çağırışla bağlı ona rəsmi sənəd gəlməmişdir. Ona zəng gəldikdə hazırda şəxsi işlərinin olduğunu və gələcəyini demişdir. O, Türkiyəyə gedib gəmiş və Türkiyədən gəldikdən sonra komissarlığa getmişdir, təlimdən yayınmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İXM-nin 606.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan: Onlayın aviabiletlərin surətlərindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 09:20-də Türkiyyə Respublikasının Sabina Gökcen hava limanına, ##.##.2026-cı il tarixədə saat 02:40-da isə Bakı Heydər Əliyev adına hava limanına enmişdir. ##.##.2026-cı il tarixli yazılı izahatın təsdiq edilmiş surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həmin gün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsində olmuş, ondan yazılı izahat alınmışdir. O, izahatında ona heç bir rəsmi çağrışın göndərilmədiyini, Türkiyə Respublikasında səfərdə olması ilə əlaqədar üzürlü səbəbdən toplanışa gələ bilmədiyini qeyd etmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsində yazılı izahat alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli İXM-nin 606.3-cü maddəsi ilə tövsif edilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş və o, İXM-nin 606.3-cü maddəsi ilə təqsirli təqsirli bilinərək barəsində 300 manat cərimə inzibati tənbehi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi İXM-nin 606.3-cü maddəsinin “Qeyd” hissəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) təlim toplanışından yayınmışdır və onun əməli İXM-nin 606.3-cü maddəsinin tərkibini yaratmışdır. Ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin rəisi tərəfindən onun əməli düzgün olaraq İXM-nin 606.3-cü maddəsi ilə töfsif edilmişdir. Lakin, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbehin verilməsi haqqında qərarın qəbul edilməsi qanunvericilin tələblərinə uyğun olmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi İXM-nin 606.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Həmin maddənin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı ##.##.2026-cı il tarixli icmalın III hissəsinin 4-cü abzasında rayon və apellyasiya məhkəmələrinə izah edilmişdir ki, inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 606.3cü maddəsi ilə qərar qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gələrsə İXM-nin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilə bilməz. Həmin icmalın III hissəsinin 6-cı abzasında isə izah edilmişdir ki, əgər səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbehin tətbiq edilməsinə dair qərarından verilmiş şikayətə (protestə) məhkəmədə baxılarkən çağrışçının və ya hərbi vəzifəlinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu qərar çıxarılanadək, yəni inzibati məsuliyyət məsələsi həll olunanadək İXM-nin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun davranış nümayiş etdirməklə müüvafiq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldiyi, buna baxmayaraq onun barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati tənbehin tətbiq edildiyi müıyyən edildikdə İXM-nin 134.1.3 və 135.1.5-1-ci bəndlərinə müvafiq olaraq, həmin Məcəllənin 53-cü maddəsi İXM-nin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi birlikdə əsas kimi götürülməklə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, qanunverici İXM-nin 606.3-cü maddəsinin tətbiqi ilə əlaqədar inzibati xəta törətmiş şəxsin inzibati orqana gəlməsi ilə bağlı iki davranışı: 1) qərar qəbul edildikdən sonra, 2) qərar çıxarılanadək gəlməni fərqləndirmişdir. Birinci davranış halında inzibati xəta törətmiş şəxs inzibati məsuliyyətdən azad edilə, ikinci davranış halında isə inzibati xəta törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Qanunverici bu zaman könüllü və ya məcburi gətirilməni şərtləndirməmişdir. Göründüyü kimi qanunverici burada güzəştli qaydanı təsbit etmişdir və həmin güzəştli qayda İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş çağrışçını və ya hərbi vəzifəlini məhkəmə tərəfindən inzibati xətaya görə məsuliyyət məsələsi həll olunanadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməyə, qanunauyğun davranışa stimullaşdirmaq məqsədi daşıyır. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 606.3-cü maddəsinin tərkibi olsa da, o, İXM-nin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin müddəaları, eləcə də həmin maddənin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı ##.##.2026-cı il tarixli icmal məktubundakı tövsiyyələri rəhbər tutulmaqla onun İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 300 manat məbləğində inzibati cərimə edilməsi haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin olunması və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin nümayəndəsi – rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar