Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-639/2026 05.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim S.M.Yusifli) ##.##.1984-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsin əvvəli ## ######## 2026-cı il tarixdən hesablanmışdır. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsinə əsasən ən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat və uşağın 3 yaşına çatandək ana üçün 30 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yeni doğulacaq uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Məmmədov Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ceyhunə Mübariz qızına olan aliment borcunu ödəmir. Artıq neçə ildir onun 12000 (on iki min) manata qədər aliment borcu yığılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddi imkanı olsa da, qəsdən və qərəzli olaraq aliment borcunu ödəmir. Hətta borcunu ödəmədiyi üçün o, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir nəticə çıxartmamış və yığılmış aliment borcunu ödəməmişdir. Hətta icra məmurunun çağırışlarına gəlməmiş, barəsində axtarış elan edilmişdir. İnzibati qaydada həbs edildikdən sonra da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yığılmış aliment borcundan ödəniş etməmişdir. Barəsində təkrar axtarış elan edilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olduqdan sonra, elə həmin gün dərhal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yeri müəyyən edilərək tutuldu. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs axtarışla tutulduqdan sonra Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 25 gün inzibati qaydada həbs edilmişdir. Həmin qərardan narazıdır. 12000 manat borcu olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aşağı cəza verilmişdir. Halbuki, həmin maddədə 2 aya qədər inzibati həbs nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulandan sonra 500 manat pul ödəməsi də onun aliment borcunu ödəməkdən qəsdən yayındığını göstərir. O həbs olunanda pulu ödəyə bilir. Deməli, qərəzli olaraq övladlarının alimentini ödəmir. Zərərçəkmiş şəxs uşaqları təkbaşına əziyyətlə böyüdür. Valideynləri uşaqların bütün xərclərini qarşıladığı halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ata olaraq valdieyn borcunu yerinə yetirmir. Uşaqlar azyaşlı olduğundan heç yerdə işləyə bilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs valideyn olaraq heç uşaqları ilə maraqlanmır”. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli, *(*-***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu tam şəkildə ödəmədiyi halda onun barəsində İXM-in 528.1-1ci maddəsində nəzərdə tutulmuş ən ağır həddə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkdiyini, özünün heç bir yerdə işləmədiyini, ona görə də hazırkı vaxtda borcundan ödəniş edə bilmədiyini, 2-3 ay ərzində ailəsinə mənsub torpaq sahəsinin satılacağını və borcun tam şəkildə bağlanacağını bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. İXM-nin 528.1-1-ci maddəsinə əsasən, xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. İş materiallarında olan: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-2254/2022, 2(076)-541/2023 və *(***)-****/**** saylı icra sənədləri üzrə yaranmış 11018 manat aliment borcunu ödəməmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(076)- ****/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat və uşağın 3 yaşına çatandək ana üçün 30 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yeni doğulacaq uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxslə 1 il müddətində barışdığını və həmin dövrdə birgə yaşadıqları üçün aliment borcunu ödəmədiyini iddia etsə də, zərərçəkmiş şəxs izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kamioğlunun məhz alimenti ödəməmək üçün onunla müvəqqəti barışdığını, bu halın çox qısa müddət olduğunu və hazırda aralarında barışıq olmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment tələbinin olduğunu bildirdi. İş materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə ##.##.2022-ci il,##.##.2023-cü il, ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırda borclunun 11018 manat aliment borcu vardır. Borclu qətnamənin icrasından üzrsüz səbəbdən boyun qaçırır. ##.##.2026-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan olunmuşdur. Beləliklə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmiş və işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul etmiş, İXM-nin 528.1-1-ci maddəsinin sanksiyası daxilində inzibati həbs tənbehi tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya mhkəmsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmiş və işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul etmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbsin həddi inzibati tənbehin məqsədlərinə uyğun olmaqla ədalətlidir. Apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, həmçinin onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin “02” sentyabr 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-639/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-639/2026
05.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver