Məhkəmə qərarları › İş №3(3-7)-640/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-640/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-640/2026 11.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarından X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: X3 barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “X2 haqqında” qərar ona görə qəbul edilmişdir ki, o, Gəncə şəhəri, 28 may küçəsində ##.##.2026-cı il tarixdə, saat 18:27də “CHEVROLET TREX” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydaları pozmuş və bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. Bu inzibati xəta haqqında qərarla X3 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət müəllifi bildirmişdir ki, inzibati xətanın hansı kamera vasitəsi ilə qeydə alındığı ümumiyyətlə göstərilməmişdir. Görüntünü çəkən kamera təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Belə olan halda təhlükəsizlik kamerasından əldə edilmiş görüntü düzgün və dəqiq sübut kimi qəbul edilə bilməz. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Dövlət X1nin “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan X2 haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli Qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından X3 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə mən Azərbaycan Respublikası Inzabati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərardan narazı qaldığı üçün şikayət ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Şikayəti əsasında Gəncə şəhər Məhkəməsinin Gəncə şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, 3(5-121 )- ****/**** saylı qərarı ilə şikayətimin təmin edilməməsi qərara alınmışdır. Hesab edir ki, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı inzibati xəta haqqında iş üzrə qərarı əsassızdır, buna görə də qərara apellyasıya qaydasında baxılmalı və məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında IXM-nin müvafiq maddələrinə istinad edərək heç bir araşdırma aparmadan, DYP-nin qəbul etdiyi qərarın qanuni olubolmamasını, məhkəmə qərarında göstərilmiş halların araşdırılıb-arşadırmamasını nəzərə almamışdır. Bildirmək istəyirəm ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Inzibati Xətalar Məcəlləsinin ümumi və xüsusi hissəsinin inzibati məsuliyyəti müəyyən edən normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə şikayətinin digər dəllilərinə və hallara hüquqi qiymət verməmişdir. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, güya o, ##.##.2026-cl ıl tarixdə Gəncə şəhəri, 28 may saat 10:02 radələrində “CHEVROLET TRAX” minik markalı, 20- DY-158 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası Inzibata Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş “X2 Haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar qəbul edilmişdir. O, bu qərarla razılaşmır və hesab edir ki, qərar tamamilə qanunsuzdur və qəbul edilərkən qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir Məhkəmə iclasında iştirak edən X3 apellyasiya şikayətini müdafiə edərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “X2 haqqında” qərar ona görə qəbul edilmişdir ki, o, Gəncə şəhəri, 28 may küçəsində ##.##.2026-cı il tarixdə, saat 18:27-də “CHEVROLET TREX” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydaları pozmuş və bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X3 barəsində “Inzibati tənbehvermə haqqında” Qərar ona görə qəbul edilmişdir ki, o, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmuşdur. Bu hal şəxsin özünün təqdim etdiyi elektron qərarda olan şəkildən belə aydın görünür. Təqdim edilmiş şəklin aşağı sol kənarından görünür ki, orada məcburi sağa dönmə nişanı mövcuddur. Lakin müəyyən edilir ki, X3 məcburi sağa dönmə yol nişanın tələbini pozmuşdur. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Gəncə şəhər Dövlət X1nin “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan “X2 haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən X3 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. X3 dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar