Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-641/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol Şəmkir Rayon Məhkəməsinə daxil olmuşdur. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Bundan sonra, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ərizə ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv olunmasını, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qəbul edilməmişdən öncə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmasından xəbəri olmamışdır. Yalnız qeydiyyatda olduğu ünvana məlumat verilmiş, o da həmin ünvanda yaşayan şəxslər ona bu barədə məlumat verəndən sonra bu barədə məlumatı olmuşdur.## ###### 2026-cı il tarixli qərar isə qeydiyyatda olduğu ünvana ## ###### 2026-cı il tarixdə daxil olmuşdur. Bundan başqa, ##.##.2026-cı il tarixli protokol məhkəmə iclasından öncə, yəni ##.##.2026-cı il tarixdə ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və obyektiv araşdırılmamış, onun cərimə məbləğinin ödəyib-ödəməməsi aydınlaşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs EQ ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin müvafiq olaraq 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. “Asanpay” portalından çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs EQ ******** saylı protokol üzrə cəriməni ödəmişdir və hazırda həmin protokol üzrə borcun olmadığı görünür. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində əsasən bu Məcəllənin 529.1ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən cərimə məbləği ödənilmiş, beləliklə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində haqlı olaraq inzibati xəta tərkibi olmadığı əsası ilə onun barəsində başlanmış icraata xitam verilmiş, cərimə məbləği və dəbbə pulunun ödənilməsi halı təsdiqni tapmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, apellyasiya şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-641/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-641/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver