Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-642/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida X4-X3 aparıcı məslətçisi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış Azərbaycan Respublikası IXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata IXM-nin 38.1-ci maddəsinin tələbinə əsasən xitam verilməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Qida X4-X3 rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Samux rayonu, Ziyadlı kəndi, uşaq bağçasının qarşında sahibliyində və istifadəsində olan marketdə ## ###### 2025-ci il tarixdə saat 15:15 də istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş və həmin məqsədlə səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Bununla da o, IXM-in 544.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Kərimova Tərifə) ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata IXM-nin 38-ci maddəsinə əsasən (inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsi) xitam verilmişdir. IŞIN HALLARI: ##.##.2025-ci il tarixli Yoxlamanın aparılması haqqında qərardan görünür ki, Samux rayonu, Ziyadlı kəndi, uşaq bağçasının qarşında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibliyində və istifadəsində olan marketdə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixə kimi yoxlama aparılması nəzərdə tutulmuşdur. ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli Aktlardan görünür ki, Samux rayonu, Ziyadlı kəndi, uşaq bağçasının qarşında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibliyində və istifadəsində olan marketdə yoxlama keçirmək məqsədilə baxış keçirilmiş, lakin sahibkar tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Inzibati xəta haqqında materiala baxan Samux Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan Azərbaycan Respublikasının Qida X4-X3 rəisi şikayət verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın bərpa olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən olunmuş müddət ərzində - ##.##.2025-ci il tarixində "AQTIS" X2 sistemi üzərindən gücləndirilmiş elektron imza vasitəsilə Samux Rayon Məhkəməsinə rəsmi qaydada göndərilmişdir. Bu faktı təsdiq edən foto görüntülər iş materiallarına əlavə olunmuşdur. Regional bölmə tərəfindən sözügedən mübahisə üzrə təqdim olunmuş protokol və əlaqəli sənədlər Samux Rayon Məhkəməsi tərəfindən vaxtında qəbul edilməli və qeydiyyata alınaraq mahiyyəti üzrə baxılmalı idi. Regional bölmə öz üzərinə düşən vəzifəni vaxtında icra etdiyi halda, məhkəmənin elektron infrastrukturunun hər hansı nasazlığı səbəbindən yaranan ləngimələr müraciət edənin əleyhinə şərh oluna bilməz. Sözügedən mübahisədə müddətin ötürülmə səbəbi regional bölmənin deyil, məhkəmənin məsuliyyətidir və sözügedən mübahisədə regional bölmənin hər hansı səhvi və səhlənkarlığından söhbət gedə bilməz. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan # #### 2026-cı il tarixli məktubdan görünür ki, səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 544.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol ##.##.2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq inzibati xəta haqqında material 8 ay sonra baxılması üçün məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün qanunla müəyyən olunmuş müddətdə X2 sistemi vasitəsi ilə birinci instansiya məhkəməsinə göndərilməsi göstərilir, lakin inzibati xətalar qanunvericiliyində qeyd edilən sənədlərin X2 sistemi vasitəsi ilə məhkəməyə göndərilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi onu da qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli inzibati orqan işdə maraqlı şəxs olmasına baxmayaraq, həmin inzibati orqan məhkəməyə təqdim etdiyi sənədlərin həmin məhkəmənin elektron sənəd portalına çatıb-çatması barədə maraqlanmamış, ona görə də xeyli müddət sonra yenidən həmin səlahiyyətli inzibati orqan tərəfindən məhkəməyə qeyd edilən sənədlər şəxsən təqdim olunmuşdur. IXM-nin 38.1-ci maddəsinin tələbinə görə IXM-nin 544.1-ci maddəsi “Idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara” fəslində yerləşdiyindən bu inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötmüşdür, ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata müddətin ötürülməsi əsası ilə xitam vermişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-642/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-642/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver