Məhkəmə qərarları › İş №3(3-7)-643/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-643/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-643/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası IXM-in 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan prokuror vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və əmələ hüquqi qiymət verilməsi üçün materiallar Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ona görə inzibati icraat başlanmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-ci il tarixdə Vahidli kənd Inzibati Ərazi Idarəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs döyərək, ona sağ gicgah nahiyəsinin qançır-şişkinliyindən ibarət sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla da IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək Tovuz rayon Məhkəməsinin Iş № *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati xətaya dair icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibinin əlamətləri olduğu üçün inzibati iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroruna göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, apellyasiya şikayətində qeyd etmişdir ki, AR IXM-nin 12.2-ci maddəsinə görə inzibati məsuliyyət o halda yaranır ki, törədilmiş əməl cinayət Əgər əməl cinayət tərkibi yaradırsa, həmin əmələ görə şəxsin yalnız IXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Məhkəmə qərarında hadisənin yaranmasında onun fiziki təsir göstərməsinin rol oynadığını qeyd etmişdir. Lakin onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarədən çıxarmaq məqsədilə itələməsi onun sonradan ona yumruqla zərbə endirməsi eyni hüquqi məzmunlu hərəkətlər deyildir. Onun hərəkətinin xidməti vəzifəsinin icrası, idarədə ictimai asayişin və normal fəaliyyətin təmin edilməsi ilə bağlı olub-olmaması ayrıca qiymətləndirilməli idi. Əksinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövlət hakimiyyətini təmsil edən şəxsə fiziki zor tətbiq etməsi xüsusi hüquqi qiymətləndirmə tələb edir.Hadisə yalnız iki şəxsin qapalı məişət mübahisəsi şəraitində baş verməmişdir. Hadisə dövlət idarəsində, jurnalistlərin də iştirak etdiyi şəraitdə baş vermiş və fiziki qarşıdurma yaranmışdır. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin əlamətlərinin olub-olmaması da araşdırılmalıdır. Xüsusilə hərəkətlərin motivi, ictimai qaydanı kobud surətdə pozub-pozmaması, cəmiyyətə açıq hörmətsizliyin olubolmaması və fiziki zor tətbiqinin konkret məqsədi hüquqi qiymətləndirmənin predmeti olmalıdır. Bu məsələlər inzibati icraat çərçivəsində tam və obyektiv şəkildə araşdırılmadığından iş materiallarının cinayət təqibi məsələsinin həlli üçün aidiyyəti üzrə göndərilməsi zəruridir. Məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş vəziyyətdə olması ilə bağlı ifadələrinə də münasibət bildirmişdir. Qərarın özündən görünür ki, həmin şəxs polis şöbəsində verdiyi izahatında sərxoş olduğunu etiraf etmişdir. Lakin məhkəmə sərxoşluğun müəyyən edilməsi ilə bağlı sübutetmə vasitəsi kimi alkotestrin göstəricisini və ya həkim rəyinin olmasını əsas gətirmiş və şəxsin etirafını əhəmiyyətsizləşdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti araşdıraraq, qeyd olunan izahatı dinləyərək və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməlidir. Göründüyü kimi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətdə inzibati xəta haqqında qərarın ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibinin əlamətləri olduğu üçün inzibati iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroruna göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun IXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməli IXM-in 157-ci maddəsinin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Bununla belə, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməlinin tövsifi ilə razılaşsa da, tətbiq edilmiş inzibati tənbehin növü ilə bağlı daha ədalətli qərar qəbul edilməsinin zəruriliyinə diqqəti yönəltməyi məqsədəuyğun hesab edir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təyin edilmiş tənbehlə bağlı aşağıdakıları qeyd edir: IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq ona cərimə tənbehi təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın zəruri müdafiənin IXM ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətlilik prinsiplərinə əsaslanmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Hazırkı iş üzrə törədilmiş əməlin xarakteri və zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq edilməsinin nəticələri nəzərə alındıqda, yalnız 300 manat məbləğində cərimənin tətbiqi inzibati tənbehin məqsədlərinə tam cavab vermir. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbehin məqsədi yalnız şəxsi tərbiyələndirmək deyil, həm də həm həmin şəxs, həm də digər şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaqdır. Məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışmaq istədiyini, peşman olduğunu və ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin həmin hallar inzibati həbs tətbiq edilməsini istisna etmir. IXM-in 31.2-ci maddəsi tənbeh müəyyən edilərkən həm xətanın xarakterinin, həm də şəxsi xarakterizə edən halların kompleks şəkildə qiymətləndirilməsini tələb edir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barışığa cəhd göstərməsini və tərəflərin qohumluq münasibətlərini nəzərə alaraq həbs növündə tənbeh tətbiq edilməsini zəruri hesab etməmişdir. Lakin zərərçəkmiş şəxsin açıq və qəti şəkildə barışmaqdan imtina etməsi göstərir ki, tərəflər arasında faktiki barışıq əldə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bu hal digər iş materialları ilə birlikdə qiymətləndirilməli və inzibati tənbehin seçilməsi zamanı nəzərə alınmalıdır. Belə ki, inzibati tənbehin məqsədlərindən biri gələcəkdə yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasıdır. Birinci instansiya məhkəməsinin özü də IXM-in 21-ci maddəsinə istinad etməklə inzibati tənbehin bu məqsədini qeyd etmişdir. Odur ki, zərərçəkmiş şəxsin barışmaqdan açıq şəkildə imtina etməsi, onun fiziki zorakılıq nəticəsində xəsarət alması və tərəflər arasında faktiki barışığın əldə olunmaması iş üzrə təyin ediləcək tənbehin fərdiləşdirilməsi zamanı nəzərə alınmalı hallar kimi qiymətləndirilməli və yalnız cərimə tətbiq edilməsinin kifayət edibetmədiyi məsələsinə yenidən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yuxarıda qeyd olunan hallar nəzərə alınaraq ona təyin olunmuş cərimə tənbeh növü inzibati həbs tənbeh növü ilə əvəz edilməlidir. Bu qaydada da onun islah olunması mümkündür. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun IXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməlidir. Şərh olunanları və IXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli ## ######## 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbs edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar