Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-644/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məmmədov İlqar Əhməd oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə yaranmış 9240 manat məbləğdə borcunu ödəməkdən boyun qaçırır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarı ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun Tovuz rayonu, Ağbulaq kəndində yerləşən fərdi yaşayış evində saxlanılan cehiz və qızıl-zinət əşyaları, onlar naturada mövcud olmadığı təqdirdə isə onların dəyəri olan 9240 manat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.; “İcraata başlama haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” ## #### 2026-cı il tarixli bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir; İnzibati xəta haqqında edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli Tovuz rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə yaranmış 9240 manat məbləğdə borcunu ödəməkdən boyun qaçırır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli Tovuz rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, o, özünü təqsirli bilmir, borcu ödəməyə imkanı yoxdur, məhkəmə qətnaməsində qaytarılması nəzərdə tutulan qızıllar Zərərçəkmiş şəxs ilə eyni evdə qalan vaxt onun müalicəsinə xərclənmişdir. İXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs açıq-aşkar qərəzli şəkildə icra sənədi üzrə tələbdən yayınması ilə bağlı icra işində olan sübutların nəzərə alınması və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə işin faktiki halları və iş materiallarında olan sübutlar nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öhdəliyini qərəzli şəkildə icra etməmiş və icradan yayınmışdır, bu hal icra işində olan materiallarla öz təsdiqini tapır. Beləliklə, apellyasiya instansiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-in 528.1-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106,109 və 118-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin iş üzrə ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış yeri üzrə icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-644/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-644/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver