Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-645/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti 9 Saylı X5 ümayəndəsi böyük-məsləhətçi müfəttiş X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti 9 Saylı X5 rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ## #### 2026-cı il tarixində keçirilən nəzarət tədbirləri zamanı Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən «Neptun» isirahət mərkəzinin mətbəx sahəsində yuma çanağında formalaşan tullantı suyunun d=76 mm-lik boru vasitəsi ilə ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində vəzifəli şəxs qismində IXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Baxşıyev Qafil) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs qismində 120 (yüz iyirmi) manat məbləğində cərimə edilmişdir. IŞIN HALLARI: ## #### 2026-cı il tarixli aktdan görünür ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən “Neptun” istirahət mərkəzinin mətbəx sahəsində yuma çanağında formalaşan tullantı suyun d= 76 mm lik boru vasitəsi ilə ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. Araşdırma zamanı “Neptun” istirahət mərkəzinin Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən fəaliyyət göstərdiyi məlum olmuşdur. Hüsynov Salman Həsən oğlu verdiyi izahatda “Neptun” istirahət mərkəzinin onun tərəfindən fəaliyyət göstərdiyini və mətbəx sahəsində yuma çanağında formalaşan tuulantı suyun ətraf mühitə axıdıldığını bildirmişdir. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Məhkəmənin qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti 9 Saylı X5 rəisi şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs kimi IXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan məlumatlar və əlavə edilmiş sənədlərlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, “Neptun” istirahət mərkəzinin fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirməsi müəyyən edilmişdir, bu baxımdan IXM-in 17-ci maddəsinin qeyd hissəsinə əsasən o, vəzifəli şəxs kimi müəyyən edilməli olduğu halda fiziki şəxs kimi müəyyən edilmişdir. Bu xüsusat məhkəmə tərəfindən tam araşdırılmamış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməli olduğu subyekt kateqoriyasına düzgün hüquqi qiymət verilməmişdir. Monitorinq tədbirləri zamanı Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Neptun” istirahət mərkəzinin mətbəx hissəsində formalaşan tullantı sularının d=76 mm-lik boru vasitəsilə ətraf əraziyə axıdıldığı müəyyən edilmişdir. Məhkəmə qərarında isə tullantı sularının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus fərdi yaşayış evinin sanitar qovşağından axıdıldığı qeyd edilmişdir. Məhkəmə qanun pozuntusuna yol verərək vəzifəli şəxs olduğu halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki şəxs qismində cərimə etmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSSESUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Nicat Cəfərov izahatında şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Salman Hüsyenov vergi ödəyicisi kimi fəaliyyəti göstərir, onun VÖEN-i var və həmin xüsusata dair sənədi məhkəməyə təqdim edir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən “Neptun” istirahət mərkəzini idarə edir və həmin istirahət mərkəzi çimərlik kimi fəaliyyət göstərir. Tərəflərin keçirilmiş monitorinq zamanı aşkar olunmuşdur ki, “Neptun” istirahət mərkəzinin mətbəxində formalaşan tullantı sular diametri 76 mm boru vasitəsilə Tovuz çayının ətrafına axıdılmışdır. Bununla bağlı Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair“ qərarında göstərilir ki, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki şəxs kimi deyil, IXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Salman Hüsyenov üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə məhkəmənin qərarı dəyişdirilməli və barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin tövsif məsələsi deyil, yalnız onun təqsirli bilindiyi maddəsinin sanskiyasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması xahiş edilir. Iş materialına əlavə edilmiş sənəddən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisi kimi aktivdir və VÖEN-i (7300323822) var (İ cild, i.v.11). Eyni zamanda iş materialına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan görünür ki, onun tərəfindən Tovuz rayonu, Dondar Quşçu kəndində fəaliyyət göstərən “Neptun” istirahət mərkəzinin mətbəx sahəsinin yumaçanağında formalaşan su d=76mm plastik boru vasitəsi ilə ətrafa axıdılması nöqsanı fərqində olduğunu göstərmişdir. Həmin izahatda məşğuliyyət növü kimi sahibkar olduğunu göstərmişdir (İ cild, i.v.13). IXM-nin 17-ci maddəsinin qeyd hissəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Belə olan halda apellyasiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatı və səlahiyyətli inzibati orqanın etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatını əsaslı mötəbər sübut kimi lı hesab edərək qeyd edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Ona görə də apellyasiya məhkəməsi onu da qeyd edir ki, toplanmış sübutlara düzgün qiymət verilməmiş, bu da qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 262.2.3-cü maddəsində nəzərində vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunaraq 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə təyin edilməli, qərarın icrası Tovuz Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Şərh edilənlərə və IXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti 9 Saylı X5 rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 262.2.3-cü maddəsində nəzərində vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunaraq 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Tovuz Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-645/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-645/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver