Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-646/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin nümayəndəsi, Şöbənin ITB-nin sahə rəisi R X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin(bundan sonra IXM) 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Protokolu tərtib edən orqan rəisi vəzifəsini müvəqqəti icra edən polis R Rı Musa Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI : Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən N.İ.Məmmədov) ##.##.1986-cı il tarixdə Qazax rayonu, 2-ci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, 2-ci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində Inzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona 206-cı maddədə nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Protokolu tərtib edən orqan rəis vəzifəsini müvəqqəti icra edən, polis Rı Musa Hüseynov apellyasiya şikayəti verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını dəyişdirməklə onun barəsində inzibati tənbeh növü kimi inzibati həbsin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazax rayon məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq inzibati xəta törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində 3 azyaşlı uşaq olmasını onun iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirərək 300 manat məbləğində cərimə etmişdir. Bundan başqa Qazax rayon məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edilən zaman Azərbaycan Respublikası IXM-nin 33-cü maddəsinə əsasən məsuliyyət ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-nin 135-ci maddəsində Inzibati xətc haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. Həmin məcəllənin 135.1.1ci maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2 və 135.1.3-cü maddələrində isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, məhkəmə inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyət müəyyən edən qanunun normasını düzgün tətbiq etmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 300 manat məbləğində inzibati cərimə etmişdir. Eyni zamanda məhkəmə cərimə cəzasını əsassız verməklə Azərbaycan Respublikası IXM-nin 21-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin Qazax rayon məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 300 manat məbləğində cərimə tənbehi onun şəxsiyyətinə və törətmiş olduğu əmələ açıq-aşkar uyğun gəlməmişdir. Bununla yanaşı Qazax rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarın tərtibində çox saylı orfoqrafik nöqsanlara yol verilməklə qərarın məzmunu təhrif edilmişdir. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirməklə onun barəsində inzibati tənbeh növü kimi inzibati həbsin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Qazax RPŞ-nin nümayəndəsi, Şöbənin ITB-nin sahə rəisi R X1 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məznunda çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Qazax Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlilləri çərçivəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ## ###### 2026-cı il tarixli, **** nömrəli rəydə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində THC aşkar edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, HK-*/**** nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin ITB-nə göndərilmişdir. Iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18:10-da inzibati qaydada tutulmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası DIN VIP tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilmiş şəxsi məlumatlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər məhkum olunmamışdır. Iş materiallarından və həmçinin Elektron Məhkəmə Informasiya Sistemindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər eyni inzibati xətanın törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmamışdır. Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində dörd azyaşlı uşağə vardır. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə barəsində icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırma aparmış, sübutları düzgün qiymətləndirmişdir. Həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli qəsdən törətməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı maddəsi ilə təqsirli bilib ona cərimə növündə inzibati tənbehi tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əmələ görə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları(göstərilən xətaya görə ilk dəfə məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını), məsuliyyəti ağırlaşdıran halların olmamasının, nəzərə almaqla ona IXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmiş, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. Odur ki, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əmələ görə daha ağır inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab etmir. Işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə, eləcə də işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə heç bir əsas yoxdur. IXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilib inzibati tənbeh edilməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Protokolu tərtib edən orqan rəsisi vəzifəsini müvəqqəti icra edən Musa Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilib inzibati tənbeh edilməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-646/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-646/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver