Məhkəmə qərarları › İş №3(3-7)-647/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-647/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-647/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Şükürov İlham Sovet oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şükürov İlham Sovet oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli EQ ******** saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir ki, o, ##.##.2026-cı ildə saat 00:54-də «Hyundai Santa EE» minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Binə Atçılıq massivi «OBA» marketin yaxınlığında hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməmiş və bununla da İXM-nin 329.1-ci maddəsində nəzərə tutulmuş xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Şükürov İlham Sovet oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ## ##.2026-cı il tarixdə barəsində tərtib edilmiş EQ ******** saylı inzibati protokol və həmin inzibati protokol əsasında verilmiş 40 manat məbləğində cərimə tətbiq edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim M.Ş.Niftəliyev) şikayət təmin edilməmiş, Şükürov İlham Sovet oğlunun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şükürov İlham Sovet oğlu apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində tərtib edilmiş inzibati protokol və həmin inzibati protokol əsasında verilmiş 40 manat məbləğində cərimə tətbiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə öz qərarında iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsaslanmışdır. Lakin, həmin fotoşəkil situasiyanı tam əks etdirmək imkanına malik deyildir. Belə ki, sözügedən fotoşəkildə günəş şüasının yaratdığı kölgənin tam aydın görüntüyə xələl gətirməsi müşahidə zamanı faktiki şəraitə tam diqqət edilməsinə maneə olur. Bunun nəticəsidir ki, həm BDYPİ tərəfindən, həm də məhkəmə tərəfindən fotoşəkil yanlış oxunmuş və təhlükəsizlik kəmərinin bağlanmaması qənaətinə gəlinmişdir. Qeyd olunmalıdır ki, müvafiq fotoşəkilə xarici müşahidə nəticəsində kəmərin taxılı olub-olmaması qənaətinə gəlmək qeyri-mümkündür. Buna baxmayaraq, bu cür mümkünsüz vəziyyətdə hakim yalnız öz müşahidə imkanlarına və görmə qabiliyyətinə əsasən qiymətləndirərək BDYPİ-nin haqlı olduğu qənaətinə gəlmiş və prosessual hüquq normalarına zidd hərəkət etmişdir. Məhkəmənin fotoşəkli yanlış oxuması, bəlkə də heç şəklə baxmamış olması məhkəmə qərarından da aydın görünür. Belə ki, istinad olunan fotoşəkildə şəklin çəkildiyi tarixin ##.##.2026-cı il saat 09:30 olduğu və havanın günəşli olduğu açıq şəkildə göz qarşısındadır. Lakin məhkəmə öz qərarında qeyd etmişdir ki, “İ.S.Şükürov ##.##.2026-cı ildə saat 00:54-də «Hyundai Santa EE» minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Binə Atçılıq massivi «OBA» marketin yaxınlığında hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir”. Digər tərəfdən bildirir ki, istinad olunan fotoşəkillərdə bədəninin yarı hissəsi qaranlıq kölgəylə örtüldüyündən kəmərin taxılı olmamasına yalnız şübhə yarana bilər. Tam dəyərləndirmək mümkün olmayan belə qeyri-dəqiq (şübhəli) şəraitlər əsasında barəsində qərar qəbul edilməsi isə qanunvericiliyin tələblərinə ziddir”. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Şükürov İlham Sovet oğluna lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə tədbiq edilir. Şükürov İlham Sovet oğlunun ##.##.2026-cı ildə saat 00:54-də «Hyundai Santa EE» minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Binə Atçılıq massivi «OBA» marketin yaxınlığında hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı və həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərlə tam sübuta yetirilir. İş materiallarını tədqiq edən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şükürov İlham Sovet oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar