Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-648/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X5 Xidməti ** saylı Gəncə-X4 nümayəndələri X1 və Şahid İlham oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X5 Xidməti ** saylı Gəncə- X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında ##.##.2026-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göygöl rayonu, Toğanalı kənd ərazisində Ömər dağı ** saylı yay otlaq sahəsində keçən Ömər çayın mühafizə zonasında ##.##.2026-cı il tarixədək mövsümi heyvandarlıq fermasını (düşərgəsini) yerləşdirməsi aşkar edilmiş, onun tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Apellasiya şikayəti belə əsaslandırılmışdır ki, tərtib edilmiş inzibati xəta haqqında protokol qərəzli olaraq və heç bir sübutlara əsaslanmadan tərtib edilmişdir. Məhkəmə isə protokol əsasında inzibat tənbeh vermə haqqında qərar qəbul etmişdir. Birincisi o, heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında da hakimə bildirmişdir ki, özünə məxsus xırdabuynuzlu heyvanları icarə müqaviləsi əsasında mövsümi olaraq icarəyə götürdüyü yaylaqda saxlayır və heyvanlar da gün ərzində otlaqda olur, gecə vaxtı da çaydan aralı düşərgədə gecələyir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunur ki, guya heyvanları gecə vaxtı çayın 2-3 metrliyində olan düşərgədə saxlamışdır. Yay otlaq sahəsi Murovdağ silsiləsində "Ömər dağı" adlanan yüksək ərazidə yerləşir və yay aylarında axşam saatlarında havanın temperatoru -1 dərəcəyədək enir, ona görə də suyun rütubətinə görə heyvanları çaya 200-250 metr məsafədən yaxın saxlamaq qeyri-mümkündür. Havanın soyuq və rütubətindən axşam saatlarında 1 saat da olsun heyvanlar orada qala bilməz. Bundan başqa barəsində inzibati protokol tərtib edən orqanın çay kimi nəzərdə tutduğu su çay deyil, axar bulaq suyudur ki, onun da qanunda heç bir mühafizə zonası nəzərdə tutulmayıb. Apellyasiya instansiyası iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası iclasında inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndələri şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, habelə tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 103cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 264.0.3-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı Gəncə-X4 əməkdaşları – böyük məsləhətçi-müfəttiş Şahid, baş məsləhətçi müfəttiş Emin Abdullayev və məsləhətçi müfəttiş Nümayəndə iştirakı ilə tərtib edilmiş ****** nömrəli, ## #### 2026-cı il tarixli Aktdan görünür ki, ** saylı Gəncə-X4 ##.##.2026-cı il tarixli *** nömrəli Sərəncamına əsasən aparılan nəzarət tədbirləri zamanı Göygöl rayonu, Toğanalı kəndi ərasizində Ömər dağı yaylaq sahələrində keçən Ömər çayın mühafizə zonasında (sahil mühafizə zolağında) çaya təxminən 1-2 metr məafədə heyvanların mövsümi yaylaq düşərgə yatağının yerləşdirilməsi (40 19 33N 46 15 28 E) nəticəsində düşərgədə yerləşən heyvanların ifrazat qalıqlarının (peyin qarışığı) yağış suları vasitəsilə çayın suyuna qarışması faktı aşkar olunmuşdur. (Qeyd: mövsümi yay düşərgə yatağının yerləşdirildiyi hissədən bir qədər aşağı ərazidə Göygöl rayonunu içməli su ilə təmin etmək məqsədilə Ömərçayının məcrasında düzəldilmiş suyu Ömər çayına gətirən su mənbəsi yerləşir). Aşkar olunmuş faktla bağlı araşdırılma zamanı mövsümi yay düşərgəsində heyvanların otarılması ilə məşğul olan şəxs (ad soyadını təqdim etməmiş) Ömər çayının mühafizə zolağında yerləşdirilmiş yatağın Nadir adlı şəxsə məxsus olduğunu bildirmiş və həmin şəxsin əlaqə telefonunu (050-649-54-43) araşdırmaya təqdim etmişdir. Əldə edilmiş telefon nömrəsinə zəng edilərək şəxslə əlaqə saxlanılmış. Özünü mövsümi yay düşərgə yatağının icarədarı kimi təqdim edən Nadir adlı şəxs heyvanların otarılması üçün istifadə olunan mövsümi yay otlaq sahəsini icarə müqaviləsi əsasında istifadə etdiyini, düşərgədə saxlanılan heyvanların özünə məxsus olmasını və şəxsi işi ilə əlaqədar hal hazırda həmin ərazidə olmamasını və araşdırmada iştirak edə bilməyəcəyini bildirmişdir. Ömər çayının mühafizə zonasında, sahil mühafizə zolağında heyvanların mövsümi yay düşərgə yatağının yerləşdirilməsi nəticəsində Azərbaycan Respublikasının Su Məcəlləsinin 82, 103-cü maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su Mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 22, 25 və 27-ci bəndinin tələbləri pozulmuşdur. Akta ərazidən aşkar olunmuş faktla bağlı çəkiliş, foto və videogörüntülər əlavə olunmuşdur. Aktın doğruluğu iştirakçıları imzaları ilə təsdiq etmişlər. - İnzibati araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026cı il tarixli izahatında göstərmişdir ki, Ömər dağı yay otlaq sahəsində yerləşən yay-otlaq düşərgəsini icarə müqaviləsi əsasında ona verilmişdir. Otlaq sahəsində yerləşən heyvanlar ona məxsusdur. ** saylı bölmənin əməkdaşları tərəfindən baxış keçirilərkən saxlanc yerinin Ömər çayın kənarında yerləşdiyini bildirmişlər. Ona məlumat verildikdən sonra, o da həmin halı nəzərə alaraq, təxminən 2-3 gün olar ki, çayın kənarından uzaqlaşdırmışdır. Nəzərə alınmasını xahiş etmişdir; Beləliklə, iş materiallarında olan mötəbər sübutlarla müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Eləcə də şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsi işin hallarını yoxlayarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 264.0.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğvi üçün heç bir qanuni əsas müəyyən etmədi. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-648/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-648/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver