Məhkəmə qərarları › İş №3(3-7)-650/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-650/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-650/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarı ilə IXM-nin 192.4-cü maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarda qeyd olunan inzibati xəta əməli törədilməmişdir və buna görə də, o, orqan tərəfindən tamamilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, X2 əmək müqaviləsinə ##.##.2026-cı il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra ona aylıq əməkhaqqı olan 400 manat tam şəkildə ödənilmişdir. Lakin texniki səhv ucbatından ona təqdim edilmiş sənədlərdə əməkhaqqının yarısının ödənildiyi qeyd edilmişdir. Reallıqda isə X2 əməkhaqqı tam miqdarda, yəni 400 manat məbləğində verilmişdir. X3 Xidməti Bakı Şəhər Idarəsi işin hallarını tam və hərtərəfli araşdırmamış, əsassız olaraq hazırkı nəticəyə gələrək barəsində sözügedən qanunsuz qərarı qəbul etmişdir. Ona görə də, hazırkı situasiyada Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilmiş hər hansı qanun pozuntusu mövcud deyil. Göstərilən səbəblərdən, qeyd edilən inzibati xəta əməli törədilmədiyindən X3 Xidməti Bakı Şəhər Idarəsinin qəbul etdiyi qərar qanunsuz və əsassız hesab edilməli və dərhal ləğv edilməlidir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) oğlu Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Tovuz rayon məhkəməsinin##.##.2026-cı tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Tovuz rayon məhkəməsinin qərarı əsassız və ədalətsiz olmaqla heç bir sübuta əsaslanmır. Aşağıdakılara əsasən həmin qərar ləğv edilməli nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati icraata xitam verilməlidir. Bildirir ki, o, Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin direktoruyam. ##.##.2026-ci il tarixində mən X3 Xidməti Bakı Şəhər Idarəsinin məktubunu əldə etmişəm. Həmin məktubla bəlli olmuşdur ki, X3 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ilə o, Azərbaycan Respublikası IXM-nin 192.4-cümaddəsində qeyd edilən əməli törətməkdə təqsirli bilinmiş və həmin orqan tərəfindən barəsində 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Bildirir ki, həmin qərarda qeyd olunan inzibati xəta əməli törədilməmişdir və buna görə də, o, orqan tərəfindən tamamilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, B.Xaspolat Pənah oğlunun əmək müqaviləsinə ##.##.2026-cı il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra ona aylıq əməkhaqqısı, 400 manat tam şəkildə ödənilmişdir. Lakin texniki səhv ucbatından ona təqdim edilmiş sənədlərdə əməkhaqqısının yarısının ödənildiyi qeyd edilmişdir. Reallıqda isə ona tam miqdarda, 400 manat məbləğində əməkhaqqı verilmişdir. X3 Xidməti Bakı Şəhər Idarəsi işin hallarını tam olaraq araşdırmamış və əsassız olaraq hazırkı nəticəyə gələrək barəsində sözügedən qanunsuz qərarı qəbul etmişdir. Ona görədə hazırkı situasiya da onun tərəfindən törədilmiş hər hansı qanun pozuntusu mövcud deyil. Göstərilən səbəblərdən qeyd edilən inzibati xəta əməli törədilməyindən X3 Xidməti Bakı Şəhər Idarəsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır, və dərhal ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X2 əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verildiyi zaman əmək haqqının düzgün hesablanıb ödənilmədiyi müəyyən olunmuşdur. Vətəndaşın əmək müqaviləsində iş vaxtı natamam kimi göstərilsə də əmək haqqı buna uyğun hesablanmadığı müəyyən olunmuş, “xxxx” MMC-nin dirketoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 manat məbləğində şərti olaraq cərimə olunmuşdur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, şikayətçinin dəlili əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və əsas şərtləri tərəflərin razılaşması ilə müəyyən edilir və əmək müqaviləsində iş və istirahət vaxtı, əmək haqqı və digər mühüm şərtlər göstərilir. Bu baxımdan işçinin iş vaxtının gündə 4 saat müəyyən edilməsi əmək müqaviləsinin mühüm şərtlərindən biri olmaqla, tərəflərin əmək münasibətlərini hansı şərtlərlə həyata keçirdiklərini müəyyən edən hüquqi əhəmiyyətli haldır. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən natamam iş vaxtı əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri prosesində tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilə bilər. Deməli, əmək müqaviləsində iş vaxtının 4 saat müəyyən edilməsi tərəflərin əmək münasibətlərinin rəsmiləşdirilmiş şərti kimi qəbul edilməlidir. Şikayətçinin həmin şərtin yanlışlıqla müqaviləyə daxil edilməsi və tərəflərin əslində 8 saatlıq iş vaxtı barədə razılaşması barədə dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, belə bir iddianın irəli sürülməsi özlüyündə əmək müqaviləsində əks olunmuş şərtin hüquqi əhəmiyyətini aradan qaldırmır. Əksinə, işəgötürən əmək müqaviləsində 4 saatlıq iş vaxtının göstərilməsini səhv hesab edirdisə, həmin uyğunsuzluğun əmək münasibətləri davam etdiyi müddətdə qanunvericiliyin müəyyən etdiyi qaydada aradan qaldırılması, əmək müqaviləsinin müvafiq şərtinin dəyişdirilməsi və iş vaxtının 8 saat kimi rəsmiləşdirilməsi mümkün olmuşdur. Lakin belə dəyişiklik edilmədiyi halda əmək müqaviləsində açıq şəkildə müəyyən edilmiş 4 saatlıq iş vaxtının yalnız sonradan verilmiş izahla 8 saatlıq iş vaxtı ilə əvəz edilməsi qəbuledilməzdir. Çünki faktiki olaraq 8 saat işləmək ilə əmək müqaviləsində 8 saatlıq iş vaxtının razılaşdırılması eyni hüquqi məna daşımır. Birinci hal faktiki əmək fəaliyyətinin müddətini, ikinci hal isə tərəflərin əmək münasibətlərində razılaşdırılmış və rəsmiləşdirilmiş əmək şəraitini ifadə edir. Bu səbəbdən hazırkı iş üzrə hüquqi qiymətləndirmə aparılarkən ilk növbədə əməkmüqaviləsində rəsmiləşdirilmiş 4 saatlıq iş vaxtı əsas götürülməlidir. işəgötürənin “tərəflər arasında əsl razılaşma 8 saatlıq iş vaxtı barədə olmuşdur” arqumenti də müəyyən edilmiş pozuntunu aradan qaldırmır. Belə ki, tərəflərin həqiqi iradəsinin 8 saatlıq iş vaxtına yönəldiyi barədə mötəbər sübutlar mövcud olduğu və həmin iradənin əmək müqaviləsində 4 saat kimi səhv əks etdirildiyi sübuta yetirildiyi halda belə, əmək münasibətlərinin rəsmiləşdirilməsində yol verilmiş uyğunsuzluğun nəticələri işəgötürənin üzərinə düşür. Işçinin faktiki 8 saat işləməsi müqavilədəki yanlışlığın avtomatik olaraq düzəldilməsi və 4 saatlıq şərtin hüquqi qüvvəsini itirməsi nəticəsini doğurmur. Əks halda əmək müqaviləsində rəsmiləşdirilmiş iş vaxtı ilə faktiki iş vaxtı arasındakı istənilən fərqin sonradan “əsl razılaşma belə olmuşdur” izahı ilə əsaslandırılması mümkün olar ki, bu da əmək münasibətlərinin rəsmiləşdirilməsinə dair qanunvericiliyin məqsədinə uyğun olmazdı. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlmişdir ki, X2 əmək müqaviləsində 4 saatlıq iş vaxtı müəyyən edilmiş, onun faktiki olaraq 8 saat işləməsinə baxmayaraq əmək haqqı həmin müqavilə şərti və faktiki artıq işlənmiş vaxtın hüquqi rejimi nəzərə alınmadan hesablanmışdır. Bu baxımdan X3 Xidmətinin işəgötürən tərəfindən əmək haqqının əmək qanunvericiliyinin tələblərinə uyğun hesablanmaması və ödənilməməsi barədə gəldiyi nəticə iş materiallarının məzmununa uyğundur. Odur ki, şikayət təmin edilməməli, X3 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, səlahiyyətli orqan tərəfindən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsi Azərbaycan Respublikası Inzibati Xətalar Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmişdir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar