Məhkəmə qərarları › İş №3(3-7)-652/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-652/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-652/2026 22.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi,Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş orqan-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X2 nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-3063/2026 saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X2 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. ##.##.2026-cı il tarixli, MN ******* saylı protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, B.Məmmədov küçəsində yerləşən (Hərbi qulluqçular üçün inşa edilmiş binanın yanı) “Star market” adlı obyektə su təchizatı şəbəkəsindən qanunsuz olaraq d=20 mm olan boru ilə su xəttinin çəkilməsi faktı ##.##.2026-cı il tarixdə aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 262.3- cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X2 vəsatət verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Iri şəhərərin Birləşmiş Su təchizatı Xidməti”nin 4104 manat məbləğində vəsaitin tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edib, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Mənə qarşı Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati iş başlanılmış və ##.##.2026-cı il tarixində Gəncə şəhər məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Qərarla ona 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, məhkəmənin qərarı əsaslı və qanuni deyil və aşağıdakı səbəblərə görə həmin qərardan apellyasiya şikayəti verir. Iş materiallarında su idarəsi tərəfindən ona güya təxminən 4000 manat məbləğində ziyan vurulduğu göstərilmişdir. Lakin həmin məbləğin hansı konkret hesablamaya əsasən müəyyən edildiyi ona aydın və əsaslandırılmış şəkildə sübut edilməmişdir. Su sərfinin faktiki olaraq hansı həcmdə olduğu dəqiq ölçülməmişdir; Ziyanın hesablanması zamanı istifadə edilmiş müddət və su sərfi barədə əsaslandırılmış ölçmə və sübutlar təqdim edilməmişdir; Su borusunun diametri, faktiki su axını və istifadə müddəti nəzərə alınmaqla ziyanın hesablanmasının düzgünlüyü şübhəlidir; Iş üzrə protokolun tərtib edilməsi və digər prosessual hərəkətlərin qanunauyğunluğu ilə bağlı etirazlarım vardır; Onun izahat və etirazlarının tam və obyektiv şəkildə nəzərə alınmadığını hesab edir; Təqsirə dair şübhələri aradan qaldıran və ziyanın məbləğini dəqiq təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarında yoxdur. Bundan başqa, ziyanın məbləği ilə inzibati cərimənin məbləği arasında hüquqi əsaslandırmanın necə müəyyən edildiyi də qərarda kifayət qədər izah edilməmişdir Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****** nömrəli aktda qeyd edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, B.Məmmədov küçəsində yerləşən (Hərbi qulluqçular üçün inşa edilmiş binanın yanı) “Star market” adlı qeyriyaşayış obyektində ** saylı GəncəX2 ##.##.2026-cı il tarixli *** nömrəli Sərəncamı əsasında Gəncə şəhər Sukanal Idarəsinin əməkdaşları ilə birgə qanunvericiliynin tələblərinə nəzarətlə bağlı keçirilən tədbir zamanı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi B.Məmmədov küçəsində yerləşən (Hərbi qulluqçular üçün inşa edilmiş yaşayış kompleksinin yanı) “Star market” adlı plastik boru vasitəsi ilə Gəncə Sukanal Idarəsinin balansında və istifadəsində olan su təchizatı şəbəkəsindən su xəttinin çəkildiyi aşkar edildi. Aşkar edilmiş faktın su təchizatı şəbəkəsinə qanunsuz olaraq qoşulma faktı olduğu müəyyənləşdi. Məsələ ilə bağlı özünü “Star market” adlı obyektin sahibkarı kimi təqdim edən Zeynal adlı şəxs obyektin özünə məxsus olduğunu və öz istifadəsində olduğunu bildirsə də, mövcud vəziyyəti ilə bağlı yazılı izahat verməkdən imtina etdi, həmçinin obyektin mülkiyyətinə dair sənədləri və sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir təsdiqedici sənədləri araşdırma müddətində təqdim etmədi. Qanunsuz olaraq obyektə çəkilmiş su xətti Gəncə SKI-in əməkdaşları tərəfindən kəsilərək sudan istifadə dayandırıldı. Odur ki, sözügedən ünvanda fəaliyyət göstərən “Star market” adlı qeyri-yaşayış obyektinə su təchizatı şəbəkəsindən qanunsuz olaraq diametri 20 mm olan plastik boru vasitəsi ilə su xəttinin çəkilməsi və istifadəsi nəticəsində Azərbaycan Respublikası Su Məcəlləsinin 40-cı maddəsinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 1.6-cı bəndinin tələbləri pozulmuşdur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında qeyd etdiyi məlumatları inandırıcı hesab etmir. Əvvəla şəkildən görünür ki, kəsilmiş borunun altındakı torpaq hissəsinin rəngi su tökülmüş torpağın rənginə xarakterikdir. Başqa sözlə borunun altındakı torpaq quru deyil, yaş olmuşdur. Su olmayan yerdə borunun altındakı torpağın yaş olması ona dəlalət edir ki, boru işlək vəziyyətdədir və bu boru kəsilərkən orada olan su torpağa tökülmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, obyektdə kanalizasiya xətti var. Bunu barəsində protokol tərtib edilən şəxs də etiraf etmişdir. Məhkəmə bildirir ki, kanalizasiya xətti olduğu yerdə suyun olmaması və ya suyun bidonlarla obyektə gətirilməsi inandırıcı deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, IXM-in 262.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün qoşulma nəticəsində su təsərrüfatına az miqdarda ziyan dəymiş olmalıdır. Qanunverici az miqdarda ziyanı beş min manatdan yuxarı olmayan məbləğ kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su xəttinə qanunsuz qoşulma nəticəsində ziyan vurulma halı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materiala əlavə edilmiş məktubla təsdiq edilir. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmənin mövqeyinə əsasən iş materiallarında olan sənədlər, eləcə də fotoşəkillər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 262.3-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dəlalət edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin ediləcək inzibati tənbehə gəlincə məhkəmə qeyd edir ki, IXM-in 262.3-cü maddəsi inzibati xətanın subyekti qismində fiziki, hüquqi və vəzifəli şəxsi qəbul edir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 262.3-cü maddəsinə nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar