Məhkəmə qərarları › İş №3(3-7)-654/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-654/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-654/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsinə dair qərarı qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.M.Mürsəlova) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının, "Howo" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə İXM-nin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarının (EQ36938675) ləğv edilməsini, bu əməlin törədilməsinə görə barəsində İXM-nin 352.0.12-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx" MMC-də sürücü vəzifəsində işləyir. "xxxx" mobil tətbiqindəki hesabına şirkətin sahibliyində və onun istifadəsində olan "Howo" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə İXM-nin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş (bildiriş və fotoşəkil əlavə edilir) gəlmişdir. Həmin bildirişdən aydın olur ki, ##.##.2026-cı il tarixdə, saat 19:22 radələrində "Howo" markalı **-JM-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsində Ələt istiqamətində hərəkətdə olarkən İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə barəsində EQ******** saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrəli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Sözügedən nəqliyyat vasitəsi zavod istehsalı olaraq, hər hansı əlavə quraşdırma və yarımqoşqu əlavə olunmadan belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitəsdir. Belə ki, təcrübədə bu nəqliyyat vasitəsi "Dayman" adlandırılır, qabarit və çəki parametrlərinə görə bu nəqliyyat vasitəsi həddindən artıq böyükdür. Bu tip nəqliyyat vasitəsinin təyinatı olduqca uzun, enli və xüsusi ağır çəkili yüklərin daşınması üçündür. Odur ki, bu nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"na uyğun olaraq xüsusi icazə alınmalı idi. Bu Qaydanın 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələri ilə iriqabaritli və (və ya) ağırçəkili, bölünən və ya bölünməsi mümkün olmayan yüklərin daşınması müvafiq qanunvericiliyin, habelə bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Sözügedən nəqliyyat vasitəsinə əvvəl xüsusi icazə alınması üçün onlar tərəfindən AYNA-ya müvafiq müraciət ünvanlanmış və xüsusi icazə alınmışdır (əlavə olunur). Lakin bu dəfə yanlışlıqla xüsusi icazə alınmamışdır. Yuxarıda göstərilənlər təsdiq edir ki, adıçəkilən pozuntu ilə bağlı barəsində İXM-nin 353.2-ci maddəsi ilə deyil, İXM-nin 352.0.12ci maddəsinə əsasən qərar qəbul edilməli idi”. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə və Qərardan şikayət verən orqan (şəxs) lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 352.1.12-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” haqqında Qanununa əsasən kombinə edilmiş nəqliyyat vasitələri üzrə yəhərli avtoqatarlar üçün ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 ton (40000 kq) müəyyən edilmişdir. İşdə olan elektron tənbeh vermə haqqında qərar və əlavə olunmuş fotoşəkillərdən görünür ki, ##.##.2026-cı il tarixdə saat 19:22-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti ərazisində hərəkətdə olan **-JM-*** dövlət nömrə nişanlı avtomobildə olan yükün çəkisi 44480 kq (limit 40000 kq) təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan X2 tərəfindən verilmiş iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətlərinə dair ***** saylı aktdan görünür ki, Howo ZZ4257V324HE1B, **- JM-***, Altınordu, Yarımqoşqu **-YX-*** markalı yük avtomobilinə ## #### 2026-cı il tarixdən 30 gün müddətinə hərəkət maşrutu Ümid qəsəbəsi-Ələt-Ümid qəsəbəsi olmaqla, müşayiətin növü mühafizə (AAYDA) avtomobili ilə müşayiət edilməsi şərti ilə xüsusi icazə verilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) Howo ZZ4257V324HE1B, **-JM-***, Altınordu, Yarımqoşqu **-YX-*** markalı yük avtomobili ##.##.2026-cı il tarixdə Qaradağ rayonu Səngəçal qəsəbəsində Bakı istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinin ümumi çəkisi 40 tondan (40000 kq-dan) artıq, yəni 44480 ton olduğundan onun barəsində İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 352.1.12 və 353.2-ci maddələrinin tərkibi olduğundan, o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilmişdir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarını tədqiq edən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar