Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-655/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsinə dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-107)-650/2026 saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, EQ ******** nömrəli qərarla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar əsassızdır və ləğv edilməlidir. ##.##.2026-cı il tarixdə Babək prospektinin X4rşısından geriyə dönmək üçün yuxarıdan sol tərəfə dönərək üzü Xalqlar Dostluğu metrostansiyası tərəfə geriyə dönmə manevri edərək hərəkət edərkən təhlükəsizlik kamerasından da göründüyü kimi sağ tərəfində digər nəqliyyat vasitəsi olmuş və ona görə Qərardan şikayət verən orqan (şəxs) digər nəqliyyat vasitəsinə maneə və təhlükə yaratmaması üçün sağ tərəfə dərhal keçə bilməmişdir. Həmçinin arxadan gələn xeyli nəqliyyat vasitələri də olmuşdur. Həmin yolda həmişə nəqliyyat sıxlığı olur və sağ tərəfə rahatlıqla keçmək mümkün olmur. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) xeyli getmişdir ki, arxadan gələn digər nəqliyyat vasitələri dayanmasın və daha pis sıxlıq yaranmasın. Xeyli getdikdən sonra sağ tərəfə zolağa keçə bilmişdir. Buna baxmayaraq təhlükəsizlik kamerası vasitəsilə yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi əsasında 40 manat cərimə protokolu tərtib edilmiş və həmin tarixdə qüvvəyə minmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 3-cü hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 36-cı maddəsinin IV. 5.9, 5.10.1-5.10.3 bəndinə əsasən nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Bundan başqa qərarlar ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə qəbul edilmiş və həmin vaxtdan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən prosessual müddətlər ötürülmədən həmin gün elektron qaydada şikayət edilmişdir. Lakin polis orqanlarının bu məsələyə səthi yanaşması, vaxtında şikayətlərinə cavab verilməməsi ilə nəticələnmiş və bu günə qədər uzadılmışdır. Bakı Şəhər X1 Idarəsinin inzibati xəta haqqında EQ ******** nömrəli, ##.##.2026-c1 il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-107)-650/2026 saylı qərarı ilə Şikayət təmin edilməmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-107)-650/2026 saylı qərarının ləğv olunması və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Hesab edir ki, qərar tam əsassızdır, ətraflı araşdırılmamış və ləğv edilməlidir. ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Babək prospektində, X2rşısında geriyə dönmə manevri edərək Xalqlar Dostluğu metrostansiyası istiqamətində hərəkət etdiyi zaman sağ tərəfində başqa nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. Həmin nəqliyyat vasitəsinin mövcudluğu səbəbindən dərhal sağ zolağa keçmək onun üçün təhlükəsiz və mümkün olmamışdır. Sağ tərəfə dərhal keçməsi həmin nəqliyyat vasitəsinə maneə və təhlükə yarada bilərdi. Bundan başqa, avtomobilinin arxasında çoxsaylı nəqliyyat vasitələri hərəkət edirdi. Həmin ərazidə nəqliyyatın sıxlığı nəzərə alınmaqla, hərəkəti qəfil dayandırmaq və ya təhlükəli manevr etmək əvəzinə, təhlükəsiz məsafə yarandıqdan sonra sağ zolağa keçmişdir. Beləliklə, onun hərəkəti qəsdən və ya yol hərəkəti qaydalarını pozmaq məqsədi ilə həyata keçirilmiş hərəkət deyil, konkret yol şəraitində təhlükəsiz hərəkətin təmin edilməsi məqsədi ilə edilmiş manevr olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu faktiki halları hərtərəfli araşdırmamış, hadisənin dinamikasını müəyyən etməmiş və yalnız inzibati tənbeh qərarını təsdiq edən fotoşəkillərə əsaslanaraq nəticəyə gəlmişdir. Bu işdə isə onun hərəkətinin konkret olaraq hansı hərəkətlə inzibati xəta tərkibini yaratdığı hadisənin tam video görüntüləri və digər obyektiv sübutlarla müəyyən edilməmişdir. Məhkəmənin və inzibati orqanın nəticəsi əsasən fotoşəkillərə söykənir. Lakin fotoşəkilin mövcudluğu öz-özlüyündə həmin fotoşəkildə görünən vəziyyətin hansı səbəbdən yarandığını və həmin anda sürücünün təhlükəsiz hərəkət etmək üçün hansı imkanlara malik olduğunu sübut etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarinda olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, qırx manat cərimə edilmişdir.. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş ##.##.2026- cı il tarixli protokolla, həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiq olunmuşdur. Həmin sübutlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı ildə saat 14:30-da «X3 hibrit» minik markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nizami rayonu Babək prospekti körpü istiqamətində hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-655/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-655/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver