Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-656/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)- 2912/2026 saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə Icra Idarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün ## ###### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 bildirmişdir ki, Gəncə şəhəri * saylı Notariat Kontorunun *İ-**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcuna görə 3500 (üç min beş yüz) manat və dövlət rüsumunun əvəzi 25 (iyirmi beş) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Eyni əmələ görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-2912/2026 saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-2912/2026 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edib, iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Həmin qərarla razı deyil və hesab edir ki, qərar qəbul edilərkən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, əməlində inzibati xəta tərkibinin olub-olmamasına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri * saylı Notariat Kontorunun ##.##.2023-cü il tarixli, **-**** nömrəli icra sənədinə əsasən məndən 3.500 (üç min beş yüz) manat borc və dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manatın tutulması müəyyən edilmişdir. Həmin borcu hazırkı vaxtadək ödəyə bilməməsinin əsas səbəbi borcu ödəməkdən qəsdən yayınması deyil, faktiki olaraq maddi imkanının olmamasıdır. Hazırda heç bir yerde işləmir, sabit gəlir və borcu ödəmək üçün kifayət qədər maddi vəsaiti yoxdur. Eyni icra sənədi ilə əlaqədar Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(125)- ****/**** saylı qərarı ilə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda da maddi vəziyyəti dəyişməmişdir. Heç bir yerdə işləmədiyi, sabit gəlirinin olmadığı və borcu faktiki olaraq ödəmək imkanının olmadığı nəzərə alınmalıdır. Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tətbiqi üçün 528.1-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi tələb olunur. Bu baxımdan hesab edir ki, iş üzrə 528.1-1-ci maddənin tətbiqi üçün qanunla müəyyən edilmiş bütün hallar, o cümlədən əvvəlki qərarın qanuni qüvvəyə minmə tarixi, hazırkı iş üzrə təkrar törədilmə halının mövcudluğu və icra sənədi üzrə konkret olaraq hansı qanuni tələbin yerinə yetirilmədiyi tam və hərtərəfli araşdırılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Gəncə şəhəri üzrə Icra Idarəsininə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlərin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş, ## ####### 2023-cü il tarixli, icra qeydində qeyd edilmişdir:X2 xeyrinə ##.##.2023-cü il tarixdə 3M-486 №li reyestrlə təsdiq edilmiş kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixinədək olan müddət üçün vaxtında ödənilməmiş aylıq ödənişlərin cəmi 3500 manat tutulsun. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilməmiş aylıq ödənişlərin cəmi 3525 manat pul tutulsun. Iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli bildirişlə icra vərəqəsinin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Iş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarından görünür ki, Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın ilə Gəncə Şəhər * saylı Notariat Kontorunun *İ-**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, sağlamlıq vəziyyətini, əmlak vəziyyətini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Apellyasiya instansiyası məhkəməsi də işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-2912/2026 saylı qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-656/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-656/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver