Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-659/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarxli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarxli, *(*-***)-****/**** nömrəli (sədrlik edən Ülkər Babazadə) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul olunmuş ##.##.2025ci il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati tənbehetmə haqqında qərar qəbul edən Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Materialdan görünür ki, Gəncə Şəhər Məhkəməsində inzibati xəta haqqında qərar ## #### 2026-cı il tarixdə çıxarılmışdır. İş materiallarında olan xəbərnamədən (iş materialları 71.vərəq) görünür ki, qərarın surəti Azərbaycan Respublikası Mərkəzi Bankına poçt vasitəsilə ## ###### 2026-cı il tarixdə rəsmi olaraq çatdırılmışdır. Bundan sonra, inzibati tənbehetmə haqqında qərar qəbul edən Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən ## ######## 2026-cı il tarixdə vahid elektron sənəd dövriyyəsi sistemi vasitəsilə şikayət tərtib edilərək Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, inzibati tənbehetmə haqqında qərar qəbul edən orqan tərəfindən şikayət, apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməmişdir. Belə ki, İХM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayəti araşdıraraq və təqdim оlunmuş inzibati materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qərardan şikayət vеrmə müddəti burахıldığındаn şikаyət bахılmаmış sахlаnılmаlı, şikayətin Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməli, şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Gəncə Şəhər Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilməli, mаtеriаl birinci instаnsiyа məhkəməsinə qаytаrılmаlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarxli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilən apellyasiya şikayəti, şikayət vermə müddəti buraxılmaqla verildiyindən bахılmаmış sахlаnılsın və Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsin. Şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr birinci instansiya məhkəməsinə (Gəncə Şəhər Məhkəməsinə) vəsаtət vеrmək hüququ izаh еdilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə material birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-659/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-659/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver