Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-660/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi-Əzizov Sevindik Əziz oğlu Hüquqi şəxs “Goranboy GİPS” Məhdud Məsuliyyətli Cəmiyyətinin və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından “Goranboy GİPS” Məhdud MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 uoğlu tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim E.G.Yusifov) hüquqi şəxs "Goranboy GİPS" MMC-nin işəgötürəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 (vəzifəli şəxs) İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, hüquqi şəxs “Goranboy GİPS” MMC İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən # ######## 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan: “AEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ## ###### 2026-cı il tarixdə hüquqi şəxs “Goranboy GİPS” MMC-ə və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 məxsus elektron kabinetə yerləşdirilmişdir. İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti # ######## 2026-cı il tarixdə Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi müəyyən edilir. “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə vəsatət vermədən birbaşa şikayət vermişdir və şikayətdə prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericliyində prosessual müddətin ötürülməsi ilə verilən şikayətlərin birinci instansiya məhkəməsi və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qaytarılması haqqında qərar qəbul edilməsi nəzərdə tutulmamışdır. Prosessual müddət ötürülməklə verilmiş şikayətlərin hansı qaydada həll edilməli olması mübahisə doğurur. Bu vəziyyətdən çıxış imkanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da baxış predmeti olmuş, Plenum qeyd edilən məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Belə ki, “İXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, cinayət işlərinə apellyasiya instansiyası məhkəməsinin hazırlıq iclasında baxılması məsələlərini tənzimləyən 391.3.5 və 391.5ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayəti və ya apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verildiyini müəyyən etdikdə şikayətin və ya protestin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Hazırki iş materiallarını nəzərdən keçirən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 şikayəti (iş materiallarında olan sənədlərə əsasən) prosessual müddət ötürülməklə verildiyi üçün, habelə müddətin bərpasına dair qərar olmadığı üçün şikayət hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qəbul edilməli və onun apellyasiya icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, prosessual normaların əlaqəli təhlilinə görə prosessual müddət ötürüldükdə prosessual hüquq da keçmiş olur. Bu isə özlüyündə o deməkdir ki, müddətin ötürülməsi hüququn olmasını istisna edir ki, qanunvericilik belə hallarda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Goranboy Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün onun məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müddətin bərpası barədə vəsatətlə Goranboy Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Hüquqi şəxs “Goranboy GİPS” Məhdud Məsuliyyətli Cəmiyyətinin və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından “Goranboy GİPS” Məhdud MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 uoğlu tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən iş birinci instansiya məhkəməsinə qaytarılsın. “Goranboy GİPS” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-660/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-660/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver