Məhkəmə qərarları › İş №3(3-7)-663/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-663/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-663/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Vaqif Həsən oğlunun iştirakı ilə İbrahimov Vaqif Həsən oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbrahimov Vaqif Həsən oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X1 Şöbəsi tərəfindən EQ seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ona görə qəbul edilmişdir ki, o, Gəncə şəhəri Heydər Əliyev prospektində ##.##.2026-cı il tarixdə, saat 18:02-də “MERSEDES BEZN V220 CDİ” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və bununla da İXM-nin 327.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. Bu inzibati xəta haqqında elektron qərarla İbrahimov Vaqif Həsən oğluna 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İbrahimov X3 şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə EQ seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim K.F.Bayramova) şikayət təmin edilməmiş, İbrahimov Vaqif Həsən oğlunun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati tənbeh vermə haqqında” EQ seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli Qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Vaqif Həsən oğlu apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və heç bir pozuntu törətmədiyi halda barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X1 Şöbəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İXM-nin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Hakim Yol Polisinin təqdim etdiyi yolun hərəkət hissəsinin yol ayrıcındakı çəkilmiş görüntünü əsas götürməklə onun dəfələrlə təkidinə baxmayaraq işıqforun dayan xəttindəki vəziyyətindəki görüntüsünü, idarə etdiyi nəqliyyat vasitəsinin məhz işiqforun icazə verən yaşıl işığında dönmə əməliyyatına başladığını sübut edən görüntünü DYP-dən tələb etmək əvəzinə, DYP-nın təqdim etdiyi görüntünü əsas tutaraq xahişini təmin etməmişdir. İXM-nin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsini nəzərdə tutur. Bu cərimənin tətbiqi üçün svetoforun qarşısında olan dayan xətti (STOP xətti) əsas götürülür. Bu xətti yaşıl işiqda keçən nəqliyyat vasitəsi hərəkətini davam etdirməlidir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Vaqif Həsən oğlu apellyasiya şikayətini müdafiə edərək heç bir qaydanı pozmadığını, səbəbsiz yerə ona cərimə yazıldığını, işdə inzibati xətanı təsdiq edəcək video görüntü yoxdur. Tələb etməsinə baxmayaraq həmin görüntülər ona təqdim edilmir. Odur ki, şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X1 Şöbəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X1 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan EQ seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarda əks olunmuş fotoşəkillərdən aydın olur ki, İbrahimov X3 şəhəri, Heydər Əliyev prospektində ##.##.2026-cı il tarixdə, saat 18:02-də “MERSEDES BEZN V220 CDİ” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. İXM-nin 81.2-ci maddəsinin tələbinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin fotoşəkillər təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınmışdır və təhlükəsiz şəhər kameraları müvafiq informasiya sisteminə inteqrasiya olunduqlarından onlar tərəfindən qeydə alınmış görüntülər inzibati xəta pozuntusunun müəyyən edilməsində sübut kimi qəbul edilə bilər. Bundan başqa, apellyasiya şikayətinə əsasən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan cərimənin tətbiqi üçün svetoforun qarşısında olan dayan xətti (STOP xətti) əsas götürülür. Bu xətti yaşıl işiqda keçən nəqliyyat vasitəsi hərəkətini davam etdirməlidir. Məhkəmə bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyini təsdiq edərək qeyd edir ki, sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir. Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə və lazımsız cərimələrdən yayınmağa yardım edir. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə maneə olmamaq şərti ilə sarı qutunun içərisində dayanmaq olar. Yəni kəsişmənin çıxış hissəsində tıxac varsa, sürücünün sarı kəsişmə toruna daxil olması qadağandır. “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Göründüyü kimi yuxarıda əks olunanlara əsasən İbrahimov Vaqif Həsən oğlunun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolayrıcını keçmə qaydalarının pozulması) törətməsi sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İbrahimov Vaqif Həsən oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar