Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-666/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş DMX 1000068 və DMX 1000069 inzibati xəta haqqında elektron protokollar Gəncə şəhər Məhkəməsinə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 5000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “MH QRANİT” MMC-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətləri verərək məhkəmənin qərarının ləğv edilməsini və “MH QRANİT” MMC-nin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, alternativ olaraq, iş üçün mühüm halların tam araşdırılmadığı hesab edildikdə, məhkəmənin qərarının ləğv edilərək işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, X6 Xidməti tərəfindən DMX 1000068, DMX ******* nömrəli elektron protokollar tərtib edilmişdir. Hər iki protokolda protokolun tərtib edilmə tarixi və vaxtı##.##.2026-cı il, saat 15:53 olaraq göstərilmişdir. Lakin protokolların “inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar” hissəsində inzibati xətanın konkret hansı tarixdə aşkar edildiyi göstərilməmişdir. Protokollarda yalnız işçilərin icbari sığortalanmaması faktının müəyyən edildiyi ümumi şəkildə qeyd olunmuşdur. Halbuki bu məlumat inzibati xəta haqqında protokolun tərtib edilmə müddətinin yoxlanılması üçün mühüm əhəmiyyət daşıyır. Elektron protokolların hər ikisinin ##.##.2026-cı il saat 15:53-də tərtib edildiyi protokollarda açıq şəkildə göstərilir. Lakin inzibati xətanın faktiki olaraq hansı tarixdə aşkar edildiyi protokollardan məlum deyil. Əgər inzibati xəta faktı ##.##.2026-cı il saat 15:53-dən əvvəl müəyyən edilmişdirsə, protokolların “dərhal” və ya qanunda nəzərdə tutulan iki günlük müddətdə tərtib edilib-edilmədiyi müəyyənləşdirilməlidir. Əksinə, inzibati xəta məhz həmin vaxt aşkar edilmişdirsə, bunun da hansı ilkin yoxlama və ya sənədlə müəyyən edildiyi göstərilməlidir. Bu hallar müəyyən edilmədən inzibati xəta haqqında protokolların prosessual baxımdan qanuni hesab olunması mümkün deyildir. DMX 1000068 və DMX ******* saylı protokolların hər ikisi##.##.2026-cı il saat 15:53-də elektron qaydada tərtib edilmişdir. Bir protokol hüquqi şəxs – “MH QRANİT” MMC, digər protokol isə vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmişdir. Eyni hadisəyə əsaslanan iki protokolun eyni saniyə və vaxtda tərtib edilməsi özlüyündə qanun pozuntusu olmasa da, bu hal inzibati xəta faktının və subyektlərin hansı konkret sübutlarla həmin anda müəyyən edilməsinin araşdırılmasını zəruri edir. Xüsusilə protokollarda inzibati xətanın aşkar edilmə vaxtı göstərilmədiyindən, 101-ci maddədə nəzərdə tutulan müddətin hesablanması faktiki mümkün deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə baxışı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş DMX 1000068 və DMX 1000069 inzibati xəta haqqında elektron protokollara əsasən “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Qəzənfər oğlu, X5, X4, X1, X2 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışlar. Nəticədə “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsinə əsasən inzibati xəta törətmişlər. İXM-in 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməlində İXM-in 469-1-ci maddəsinin tərkib əlaməti vardır. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir sənədlə öz təsdiqini tapmır. Beləliklə, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. “MH QRANİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-666/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-666/2026
23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver