Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-669/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, MÜƏYYƏN ETDI: Həmin qərardan narazı qalan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsini, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəməyə dəvət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində icraat aparılan şəxsin iştirakı ilə baxılır. Şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun. Ona belə məlumat verilməmişdir. Iş materiallarında onun imzası olan poçt qəbzi, SMS və ya çağırış vərəqəsi yoxdur. Buna görə qərar qanunsuzdur. Cərimə ilə razı deyildir. ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarla 10 manat cərimə olunmuşdur. Həmin protokol ilə razı olmadığına görə rəsmi qaydada şikayət etmiş və cavab gözlədiyi üçün cəriməni ödəməmişdir. Bu, IXM-nin 150-ci maddəsində nəzərdə tutulan qanunla müəyyən edilmiş əsasdır. Yəni "əsaslar olmadan icra etməmək" halı yoxdur. EQ ******** nömrəli qərarla təyin edilmiş 10 manat cərimə və 6 manat dəbbə pulu olmaqla ümumilikdə 16 manat ##.##.2026-cı il tarixdə tam ödənilmişdir. IXM-nin 529.3-сü maddəsi ilə cəza vermək üçün əsas artıq aradan qalxmışdır. Ona görə də qərarın surətinin ona 11.09.26-cı il tarixdə təqdim edildiyinə görə apellyasiya şikayət vermə müddətinin bərpa edilməsini, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və işə xitam verilməsini və nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmamasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. O, apellyasiya şikayəti ilə bağlı verdiyi izahatında göstərdi ki, Gəncə şəhər DYPŞ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı ilə ona cərimənin tətbiq edilməsi ilə razılaşmasa da, ona təyin edilmiş 10 manat cəriməni və 6 manat dəbbə pulunu tam məbləğdə ödəmişdir və heç bir borcu qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ-in R X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Gəncə şəhər DYPŞ-in R X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından verilmiş şikayətin dəlillərini, həmin qərarın qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın həmin maddəsinin ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 529-cu maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh etmə haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12:10:14-də M2, F60, AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 184 km-də “FIAT DUCATO ARMORED XÜSUSI TƏYINAT markalı **JC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 11 km/saat həddində aşdığına görə IXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10(on) manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarında olan Gəncə şəhəri DYPŞ-nin inspektoru R X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla təyin edilmiş cəriməni 3 ay müddətində ödəməkdən yayınmaqla IXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmişdir. Apellyasiya icraatı zamanı “E-Polis” elektron tətbiqinə baxış keçirilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhəri DYPŞ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı ilə ona təyin edilmiş 10 manat məbləğində cəriməni və 6 manat dəbbə pulunun tam məbləğdə ödədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhəri DYPŞ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı ilə ona təyin edilmiş 10 manat məbləğində cəriməni və 6 manat dəbbə pulunun tam məbləğdə ödədiyi şikayət əlavə edilmiş ödəmə əməliyyatlarına dair çıxarışlarla da təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhəri DYPŞ-in ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı ilə ona təyin edilmiş 10 manat cəriməni və 6 manat dəbbə pulunu ödədiyindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qanuna müvafiqdir. Apellyasiya şikayətinin Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi dəlilinə gəldikdə qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərardan apellyasiya şikayətini vaxtında təqdim etdiyindən həmin dəlil əsassızdır. IXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar çıxarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-669/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-669/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver