Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-670/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs İbrahimov Ayxan Rəhman oğlunun iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək barəsində Gəncə şəhər X2 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim L.Ə.Xanməmmədova) şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək İXM-nin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X1 tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi, ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, "HYUNDAİ" markalı nəqliyyat vasitəsinin sürücüsü sağdan ötmə edərək “Opel Astra H” markalı nəqliyyat vasitəsinin sağ arxa tərəfindən vurmuşdur. Məhkəmə iclasında DVD diskə baxış keçirilən zaman görünür ki, "HYUNDAİ" minik markalı avtomobilin sürücüsü düzünə hərəkət istiqamətindədir və yolayrıcından sağa dönür, digər avtomobilin sürücüsü isə belə bir vəziyyətdə avtomobili sola hərəkət etdirir və sonradan soldan sağa manevr edir və qeyd edilən hadisə baş verir. Məhkəmə isə əsassız olaraq qərarını onunla əsaslandırmışdır ki, "HYUNDAİ" markalı nəqliyyat vasitəsinin sürücüsü sağdan ötmə edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 1-ci maddəsinin 39-cu bəndində ötməyə analyış verilmişdir. Belə ki, ötmə hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Video götüntüdən görünür ki, "HYUNDAİ" minik markalı heç bir zolaq dəyişmir sağ zolaqlada hərəkət edir və zolaq dəyişmədiyinə görə burada ötmə qaydalarının pozulmasından söhbət gedə bilməz. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 42-ci maddəsində hərəkətə başlama və manevr etmə qaydalarından bəhs edir. Belə ki, həmin maddənin 6-cı bəndində qeyd olunur ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin maddənin 7-ci bəndində qeyd olunur ki, elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir, 8-ci bəndə isə, nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmamalı olması bildirilmişdir. Belə ki, "Opel Astra H" markalı nəqliyyat vasitəsinin sürücüsü sağa dönərkən kənar vəziyyət tutmamış və qeyd edilən yol nəqliyyat hadisəsi onun təqsiri səbəbindən baş vermişdir. İşin faktiki hallarından da müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) əməli düzgün olaraq İXM-nin 327.1-ci maddəsinə töfsif edilmişdir”. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs İbrahimov Ayxan Rəhman oğlu apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan: ##.##.2026-cı il tarixli hadisə üzrə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 21:30da Gəncə şəhəri ərazisində «Opel Astra H» markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. CD diskdə əks olunmuş videogörüntüdən görünür ki, inzibati xətanın baş verdiyi küçədə eyni istiqamətli iki hərəkət zolağı mövcuddur. Həmin hərəkət zolaqlarında “Opel Astra H” minik markalı avtomobil yolun sağ zolağında sağ dönmə işığını yandırıb hərəkət edərkən arxadan gələn “Hyundai” markalı avtomobil isə onu sağ tərəfdən ötüb keçmək cəhdi zamanı həmin avtomobilin arxa sağ hissəsinə dəymişdir. Diskdəki fotoşəkillərdə “Opel Astra H” markalı avtomobilin zədələri sağ tərəfdə, arxa qapıdan ön qapı istiqamətinə doğru uzanan yan sürtünmə izi şəklindədir. Zədənin belə yerləşməsi toqquşmanın arxa sağ hissədən baş verdiyini təsdiqləyir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, inzibati xətanın baş verdiyi ərazidə avtomobillər üçün eyni istiqamətdə nəzərdə tutulmuş iki hərəkətli zolaqda “Hyundai” markalı avtomobil irəliləmə yox məhz ötmə əməliyyatı edərək “Opel Astra” markalı avtomobilin sağına keçmiş və nəticədə avtomobillər toqquşmuşdur. Belə ki, eyni istiqamətli iki hərəkət zolağında avtomobillər sağ və sol tərəfdən hərəkət etdiyi zaman üçüncü hərəkət zolağı olmayan yolda “Hyundai” markalı avtomobil arxadan gələrək onunla eyni hərəkət zolağında olan “Opel Astra” markalı avtomobili sağ tərəfdən ötərək keçmişdir. Hərəkət istiqaməti videogörüntü ilə, nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyəti yol-nəqliyyat hadisəsinin sxemi ilə, zərbənin nöqtəsi isə fotoşəkillərdəki zədə izi ilə obyektiv şəkildə müəyyən olunur. Bu üç sübutun hər üçü Qərardan şikayət verən orqan (şəxs) sağa dönmə manevrini icra etdiyini göstərir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, “Opel Astra H” markalı avtomobilinin manevri qanunun bilavasitə göstərdiyi qaydada icra edilmişdir. Hadisə isə arxadan gələn «Hyundai» markalı avtomobilin sürücüsünün həmin Qanunun 51-ci maddəsinin II hissəsinin birinci cümləsinə zidd olaraq nəqliyyat vasitəsini sağ tərəfdən ötmək cəhdi nəticəsində baş vermişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin II hissəsinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Bu normanın ikinci cümləsindəki yeganə istisna yalnız sürücüsü sola dönmə siqnalı verən nəqliyyat vasitəsinə şamil edilir. Beləliklə, baş vermiş hadisə “Opel Astra H” manevrindən deyil, digər sürücünün ötmə qaydalarını pozmasından qaynaqlanmışdır. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) əməli ilə yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqə mövcud deyildir və İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 327.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin olunması və “Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-670/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-670/2026
23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver