Məhkəmə qərarları › İş №3(3-7)-671/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-671/2026

21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-671/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-3637/2026 saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə Icra Idarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Tələbkar ##.##.2026-cı il tarixli ərizəsində icra sənədi üzrə tələbin tam təmin olunmasını və bunun üçün borclu barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Borclu ##.##.2026-cı il tarixli izahatında 1000 manat ödəniş edə biləcəyini və geri qalan məbləğin hər ay əmək haqqısından tutulmasını bildirmişdir. Belə ki, icra sənədi üzrə borclunun 28946,31 manat borcu vardır. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı apelyasiya icraatı qaydasında ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, Gəncə Gəncə şəhər məhkəməsi tərəfindən verilmiş icra sənədi Gəncə şəhəri üzrə Icra Idarəsinin Icraatmdadır və həmin icra sənədi əsasında ondan 28000 manat pul tutularaq tələbkar X3ma ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə olan borcunu ödəməkdən yayınmır və icra məmurunun çağırışlarına da əməl etməklə həmişə getmişdir. Lakin icra məmuru tam əsassız olaraq barəsində məcburi gətirilməysi ilə dair məhkəməyə təqdimatla müraciət etmiş və məcburi gətirilməsinə dair təqdimatın təmin olunmasına nail olmuşdur. Məcburi gətirilməsinə dair təqdimata məhkəmədə baxılmasına dair məhkəmədən bildiriş ona göndərilməmiş və bu barədə məlumatı olmamışdır. ##.##.2026-cı il tarixdə Gəncə şəhəri üzrə Icra Idarəsində icra məmurunun yanında olmuş və məcburi icra tədbirləri qismində tələb əmək haqqına yönəldilməsinə dair rəsmi ərizə ilə müraciət etmiş və həmin ərizənin surəti protokola baxılan zaman məhkəməyə təqdim edilmişdir. Sonrakı gün tanımadığı polis əməkdaşı zəng edərək barəsində Gəncə şəhəri üzrə Icra Idarəsinə məcburi aparılmasına dair məhkəmənin qərardadı olduğunu bildirmiş və həmin gün yenidən Gəncə şəhəri üzrə Icra Idarəsinə könüllü olaraq getdikdə icra məmuru tərəfindən barəsində Inzibati Xətalar Məcəlləsinin müvatıq maddəsi ilə protokol tərtib etmişdir. Əlavə olaraq onuda bildirir ki, dəfələrlə borcunu hissə-hissə ödəmək üçün tələbkarın Bank hesabının verilməsini icra məmurundan xahiş etməsinə baxmayaraq ona natamam hesab verilmişdir. Yəni onun tərəfindən həmin hesaba pulun ödənilməsi mümkün olmamışdır Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş - Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 28946,31 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. - ##.##.2026-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində icranı təmin etməsi qərara alınmışdır. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2026-cı il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki X2 imza edərək qeyd edilən sənədi qəbul etmişdir. - Borclu ##.##.2026-cı il tarixdə Idarədə verdiyi izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə borcunu qarşı tərəfdən pulu aldıqdan sonra 6 ay ərzində ödəyəcək. Icra sənədi üzrə bugünədək ödəniş etməmişdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. - ##.##.2026-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Tələbkar Zərərçəkmiş şəxs Idarəyə ünvanlandığı ##.##.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq icra tədbirlərinin həyata keçirilməsini, həmçinin borclu barəsində bütün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. - Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş *(***)-****/****- *** nömrəli, ##.##.2026-cı il tarixli üzrə borc ödənilənədək, ##.##.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. - “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” məlumat vərəqindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - “Borclunun məcburi gətirilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Idarəyə gətirilməsi qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, ##.##.1995-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli icra sənədinin icrası ilə bağlı Gəncə şəhəri üzrə Icra Idarəsinə məcburi qaydada gətirilmiş, qərardadın icrası Gəncə şəhər Baş Polis Idarəsinə həvalə edilmişdir. - Borclu ##.##.2026-cı il tarixdə Idarədə verdiyi izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi icra etməməsini səbəbi işləməməsi olmuşdur, indi isə işə düzəlmişdir, icra sənədi üzrə qarşı tərəfə həmin gün 1000 manat ödəniş edə bilər, lakin qarşı tərəf qəbul etmir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. - Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Elektron Icra” Informasiya Sistemindən əldə edilmiş şəxsi və sənəd məlumatları iş materiallarına əlavə edilmişdir. - Borclu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı icra sənədi üzrə borcundan 5000 manat ödəniş edəcəyinə söz verir. Bununla əlaqədar olaraq məhkəmə prosesinin ##.##.2026-cı il tarixədək təxirə salınmasını xahiş etmişdir. - Ödəniş qəbzlərindən görünür ki, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə icra sənədi üzrə tələbkara borclu tərəfindən 2500 manat və 2500 manat olmaqla, 5000 manat ödəniş edilmişdir. Birinci insasniya məhkəməsi hesab etmişdir ki, inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf etməsini, borclunun ödənişlərə davam edəcəyini bildirməsini, həmçinin məhkəmə iclası ərəfəsində icra sənədi üzrə 5000 manat məbləğində ödəniş etməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR IXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR IXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnı törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar