Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-672/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan İTB-nin sahə rəisi, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2026-cı ilin iyun ayında zərərçəkmiş şəxs oğlu X2 bədənində müxtəlif xəsarətlər aşkar edilmiş və barəsində iş aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirməsinə görə isə guya Yusifi oxumadığına görə oxlovla döymüşdür. Belə ki, oğlu zərərçəkmiş şəxs Yusif Həsənli anası evdən çıxb gedəndən sonra bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mütəmadi işgəncələrə məruz qalmış və həmin şəxs tərəfindən daima döyülmüş və qısnamaya məruz qalmışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsə qarşı olan bu amansız hərəkətləri o vaxtdan başlamışdır ki, zərərçəkmiş şəxs 2026-cı ilin iyun ayında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mobil telefonuna baxış keçirən zamanı "İnstagram" sosial şəbəkəsində anasının "Edik" adlı istifadəçi şəxslə yazışmasını və səmimi münasibətlərni görmüş, şahidi olmuşdur. Anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə bunu bildikdən sonra Yusif Həsənlinin qoluna ağac parçası ilə vurmuş və zərbənin təsirindən ağac onun qolunda sınmışdır. Daha sonra isə zərərçəkmiş şəxsi hədələyərək ona ciddi surətdə hədə qorxu gəlmiş və bu barədə heç kimsəyə bildirməməsini, deməməsini onun nəzərinə çatdırmışdır.Ondan sonra isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2026-cı ilin avqust ayında balaca uşağıda götürərək evi tərk edib getmişdir. Bütün bunların hamısı real surətdə baş vermiş hərəkətlər olduğundan zərərçəkmiş şəxsə yetirilən bu işgəncələr və xəsarətlərlə bağlı Tovuz rayon Məhkəməsi tərəfindən material üzrə heç bir araşdırma aparılmamışdır. Hətta məhkəmədə zərərçəkmiş şəxsin öz ifadəsi ilə başına gətirilən işgəncələri məhkəmə görməzdən gələrək barəsində iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan işə İXM-nin 53.1.2-ci maddəsini əsas tutaraq xitam verməyə nail olmuşdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olaraq Tovuz rayon Məhkəməsinin sözü gedən qərarı ilə razı deyil və həmin qərarın ləğv olunmasını və barəsində icraat açılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə baxışı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** saylı ekspert rəyinə əsasən, X2 bədən səthində xəsarətlər aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərəçəkmiş şəxsə hər hansı fiziki ağrı yetirməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, *** saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qərarında bildirmişdir ki, tərəflərin izahatı qanunvericiliyə əsasən sübut növlərindən biri hesab edilsə də, hazırda tərəflərin ailə daxilində baş vermiş məsələləri (barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin boşanma ərəfəsində olmaları, münasibətlərin gərgin olması və s.) onların ifadələrinə təsir etməkdədir. Ona görə də, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatının sübut kimi qiymətləndirilməsi onun mötəbərliyinə şübhə yaradır. Apellyasiya instansiyası zamanı da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirliliyini təsdiq edən sübutlar Məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## ######## 2026cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-672/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-672/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver