Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-673/2026 25.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xitam verilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, borclunun barəsində IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinə Azərbaycan Respublikası IXM-in 528.1ci maddəsi ilə hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlinərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hesab edirəm ki, həmin qərar qanunsuz və əsassızdır, iş üzrə faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verilməmişdir. 1. Icra sənədinin tələbi faktiki olaraq icra edilməmişdir Iş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- ***/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqların - X6 və X3 tələbkar Zərərçəkmiş şəxs verilməsi tələb olunmuşdur. Lakin həmin icra sənədinin tələbi uzun müddət ərzində icra edilməmişdir. Icra məmurunun məhkəmədə verdiyi izahatdan da görünür ki, hazırkı icra sənədinin icrası ilə əlaqədar dəfələrlə cəhdlər göstərilsə də, tərəflərin bir-birindən kənarlaşdırılmasından, uşaqların atadan alınaraq anaya verilməsindən nəticə əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda IXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Iş materiallarından olan Tərtər rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı protokoldan görünür ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2013-cü il təvəllüdlü X6 və ##.##.2015-ci il təvəllüdlü X4 adlı uşaqları alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Iş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş təfərlərin birgə nikahlarından doğulmuş ##.##.2013-cü il təvəllüdlü X6 və ##.##.2015-ci il təvəllüdlü X4 adlı uşaqları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli Aktın surətindən görünür ki, ## ###### 2026-cı il tarixdə Tərtər rayon Icra və Probasiya Şöbəsinin icra məmurları X5, X1, X2, Tərtər rayon Icra Hakimiyyətinin nümayəndəsi X7, Tərtər RMX-nın psixoloqu X8, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və borclu kimi onun iştirakı ilə icra prosesi təyin olunmuş, icra prosesi zamanı uşaqlar psixoloq vasitəsi ilə dinlənilmişdir. Uşaqların atadan alınıb anaya verilməsi mümkün olmamışdır. Uşaqlar anaları kimi Zərərçəkmiş şəxs yanına getmək istəməmişlər. Bu barədə Akt tərtib olunmuş, həmin Akta proses iştirakçıları, o cümlədən tələbkar kimi Zərərçəkmiş şəxs da imza etmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Apellyasiya məhkəməsi hesab edir ki, tələbkarın şikayətinin təmin olunması və borclunun IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-673/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-673/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver