Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-674/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Əliyev Elçin İsmayıl oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “NB SERAMİK” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs X5 nümayəndəsi, Gəncə Regional vəkil Bürosunun vəkili nümayəndə2 iştirakları ilə Hüquqi şəxs “NB SERAMİK” MMC-nin və onun direktoru, vəzifəli şəxs X5 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əmək müfəttişi nümayəndə1 İliç oğlu tərəfindən # ###### 2026-cı il tarixdə “NB SERAMİK” MMC barəsində MN ******* nömrəli, Cəmiyyətin direktoru X5 barəsində isə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokollarda ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbləri pozularaq, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi ilə bağlı İXM-nin 469-1-ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən E.U.Məmmədov) hüquqi şəxs “NB SERAMİK” MMC-nin və vəzifəli şəxs “NB SERAMİK” MMC-nin direktoru X5 əməllərində İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilmədiyindən, barələrində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən "NB SERAMİK" MMC və X5 barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN 2467839, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında "NB SERAMİK" MMC və X5 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə öz qərarında ziddiyətli mülahizələrə əsaslanmışdır. Onun istinad etdiyi qanunvericiliyin müddəalarından qərarın qanuna uyğun olmaması və ya əsassızlığı ilə bağlı məhkəmənin mülahizələrinin qanunvericiliyin tələblərinə və məntiqə uyğun olmadığı müəyyən olunur. Həmçinin məhkəmə işə baxılmasında, yalnız barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Inzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Belə ki, dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunan rəsmi məlumatlara əsasən Xidmət tərəfindən "NB SERAMİK" və X7 tərəfindən işçinin icbari sığortalanmasını həyata keçirilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçinin icbari sığortalanmasını təmin etmədiyinə görə, haqlı olaraq İXM-nin 469-1-ci maddəsi ilə barəsində elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən "İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. Həmçinin “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Göründüyü kimi X3 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X3 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. "NB SERAMİK" və X7 tərəfindən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlanılmayaraq İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. İnzibati xəta tərkibinin obyektiv cəhəti "NB SERAMİK" və X5 tərəfindən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Beləliklə, İXM-nin 469-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli MN 2467839, MN ******* nömrəli protokollar tam qanuni və əsaslıdır. Eyni zamanda, "NB SERAMİK" və X7 Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik təşkilat olduğundan tam əhatə olunur və İXMnin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. İş materiallarında olan sənədlərə əsasən "NB SERAMİK" və X5 tərəfindən İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı qanunvericiliyin tələblərinə tam uyğun olması öz təsdiqini tapır”. Məhkəmə iclası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Əliyev Elçin İsmayıl oğlu apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən "NB SERAMİK" MMC və X5 barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN 2467839, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında "NB SERAMİK" MMC və X5 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “NB SERAMİK” MMC-nin direktoru, vəzifəli şəxs X5 nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək Əmək müfəttişliyi tərəfindən plandan kənar yoxlamanın aparıldığını, tərtib edilmiş protokolların tam əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və ədalətli qərar qəbul etdiyini bildirdi və Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 469-1-ci maddəsinə əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İş materiallarında olan: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY262548133 kodlu çıxarışa əsasən, “NB SERAMİK” MMC barəsində plandankənar yoxlama qeydiyyata alınmış, yoxlamanın ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək aparılması, yoxlama obyektinin Göygöl rayonu, Üçtəpə-Qızılqaya qranit yatağı olması və yoxlayıcı şəxslər müəyyən edilmişdir. “NB SERAMİK” MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, “xxxx” ASC ilə “NB SERAMİK” MMC arasında bağlanmış ##.##.2026-cı il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta müqaviləsinin illik qoşması qeyd olunan əmək müfəttişliyinin ünvanına göndərilmişdir. Həmin qoşmada inzibati xəta haqqında protokolların tərtib edilməsi üçün əsas olmuş 82 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanması təmin edilmişdir. Apellyasiya şikayətinin dəlillərində X3 Xidmətinin iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etdiyi qeyd edilsə də, lakin iş materiallarından bu hal müşahidə edilmir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən protokollarda 82 nəfər işçinin “##.##.2026-cı il tarixədək” icbari sığortasının təmin edilmədiyi göstərilmişdir. Lakin “tarixədək” ifadəsi xətanın törədildiyi konkret vaxtı müəyyən etmir. İş materiallarından isə həmin 82 nəfərin ##.##.2026-cı il tarixdə artıq icbari sığortalandığı görünür. Bu halda ##.##.2026-cı ilədək həmin şəxslərin hansı konkret tarixdə sığortasız vəziyyətdə faktiki əmək fəaliyyətinə cəlb edildiyini sübut etmək protokolu tərtib etmiş orqanın üzərinə düşürdü. Lakin reyestr üzrə yoxlama üçün müəyyən edilmiş 21–## #### 2026-cı il tarixlərində 82 nəfərin yoxlama obyektində faktiki işləməsini və həmin vaxt sığortasız olmasını təsdiq edən yoxlama aktı, iş vaxtının uçotu sənədi, foto-video material, şahid ifadəsi və ya başqa mötəbər sübut təqdim edilməmişdir. Əksinə, ##.##.2026-cı il tarixli aktda obyektə girişin mümkün olmadığı və ərazidə fəaliyyət göstərən şəxslərin müəyyən edilmədiyi qeyd olunmuşdur. İşçilərin ##.##.2026-cı il tarixdə sığortalanması da əvvəlki dövrdə onların faktiki olaraq sığortasız işlədiyini avtomatik sübut etmir. Həmin sənəd yalnız sığorta münasibətinin ##.##.2026-cı il tarixdə rəsmiləşdirildiyini təsdiq edir. Bundan əvvəl inzibati xətanın mövcud olması isə ehtimalla deyil, konkret fakt və mötəbər sübutlarla müəyyən edilməlidir. Bundan başqa, reyestrdə plandankənar yoxlamanın müddəti ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək müəyyən edilmişdir. İş materiallarında yoxlamanın ##.##.2026-cı ildən sonra qanuni qaydada dayandırılması və davam etdirilməsi, yaxud yeni yoxlamanın başlanması barədə qərar və reyestr məlumatı yoxdur. Deməli, ##.##.2026-cı il tarixdə protokol tərtib edilməsi başa çatmış yoxlamanın müddətini geriyə dönük uzada və həmin yoxlama müddətində müəyyən edilməmiş faktı sonradan sübuta yetirilmiş hala gətirə bilməz. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, 82 nəfər işçinin ##.##.2026-cı ilədək konkret hansı vaxtda sığortasız faktiki işləməsi və bu faktın qanuni yoxlama proseduru çərçivəsində aşkar edilməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. İş materiallarında 22 və ## #### 2026-cı il tarixlərində 82 nəfər işçinin faktiki olaraq həmin istehsalat sahəsində işlədiyini təsdiq edən akt, iş vaxtının uçotu sənədi, foto-video material, şahid ifadəsi və ya digər mötəbər sübut yoxdur. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün ilk növbədə xətanın konkret nə vaxt və hansı faktiki şəraitdə törədildiyi müəyyən edilməlidir. Protokollarda 82 nəfər işçinin “##.##.2026-cı il tarixədək” icbari sığortasının təmin edilmədiyi göstərilmişdir. Lakin “tarixədək” ifadəsi xətanın törədildiyi konkret vaxtı müəyyən etmir. İş materiallarından isə həmin 82 nəfərin ##.##.2026-cı il tarixdə artıq icbari sığortalandığı görünür. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında hüquqi şəxs “NB SERAMİK” MMC-nin və onun direktoru, vəzifəli şəxs X5 əməlində İXM-nin 469-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin olunması və hüquqi şəxs “NB SERAMİK” MMC-nin və onun direktoru, vəzifəli şəxs X5 İXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Hüquqi şəxs “NB SERAMİK” MMC-nin və onun direktoru, vəzifəli şəxs X5 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-674/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-674/2026
23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver