Məhkəmə qərarları › İş №3(3-7)-677/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-677/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-677/2026 25.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılmasına dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-136)-597/2026 saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayətlə müraciət edərək, ##.##.2026-cı il tarixli IXM-in 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı EQ37470320 ləğv edilməsini və əməlin törədilməsinə görə barəsində IXMin 352.1.12-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. "xxxx" mobil tətbiqindəki hesabına şirkətin mülkiyyətində və istifadəsində olan DAF XF 105.510 YÜK markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulmasına görə inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş daxil olmuşdur. Həmin bildirişdən görünür ki, ##.##.2026-cı il tarixdə saat 11:09 radələrində M-2 Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunda qeyd edilən nəqliyyat vasitəsi ilə hərəkət edilərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2- ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən ümumi kütlə və ya oxa düşən yük parametrlərinin 5 faiz və daha artıq aşılması əsası ilə onun barəsində EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O hesab etmişdir ki, Azərbaycan Respublikası Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrəli qərarı qanunsuz və əsassızdır. Sözügedən nəqliyyat vasitəsi zavod istehsalı olaraq hər hansı əlavə quraşdırma və ya yarımqoşqu olmadan belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2009cu il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nə uyğun olmayan nəqliyyat vasitəsidir. Təcrübədə həmin nəqliyyat vasitəsinin "Dayman" tipli nəqliyyat vasitəsi kimi tanındığını, qabarit və çəki göstəricilərinə görə xüsusi ağır və iriqabaritli yüklərin daşınması üçün nəzərdə tutulduğunu bildirmişdir. Bu səbəbdən həmin nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yollarında hərəkətinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2009-cu il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"na uyğun verilmiş xüsusi icazə əsasında mümkün olduğunu göstərmişdir. həmin Qaydanın 1.3-cü bəndinə istinad edərək bildirmişdir ki, qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Bundan əlavə, o qeyd etmişdir ki, Qaydanın 1.4- cü bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkətinə, həmin Qaydanın 1.9cu bəndində göstərilən hallar istisna olmaqla, yalnız hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir. Qaydanın 1.5-ci bəndinə əsasən isə beynəlxalq və ölkədaxili yükdaşımalarını yerinə yetirən nəqliyyat vasitələri ilə iriqabaritli və (və ya) ağırçəkili, bölünən və ya bölünməsi mümkün olmayan yüklərin daşınması müvafiq qanunvericiliyin və həmin Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Sözügedən nəqliyyat vasitəsi üçün əvvəllər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilərək xüsusi icazələr alınmışdır. Lakin mübahisə predmeti olan daşınma zamanı xüsusi icazə yanlışlıq nəticəsində alınmamışdır. Qeyd olunan hallar mübahisəli hadisə üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin deyil, 352.1.12-ci maddəsinin tətbiq edilməli olduğunu göstərir. O, həmçinin bildirmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 352.1.12-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və ya xüsusi icazənin tələbləri pozulmaqla, qanunvericilikdə müəyyən edilmiş hallarda isə müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən "DAF XF 105.510 YÜK" markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixli IXM-in 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı (EQ37470320) ləğv edilməsini və bu əməlin törədilməsinə görə barəsində IXM-in 352.1.12-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-136)-597/2026 saylı qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin «inzibati tənbeh vermə haqqında» ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və "DAF XF 105.510 YÜK" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə IXM-in 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında EQ******** nömrəli qərarın ləğv edilməsini və barəsində IXM-in 352.0.12-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Hesab edir ki, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-136)- ***/**** saylı Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir: O, “xxxx şirkətində” sürücü vəzifəsində işləyir. "xxxx" mobil tətbiqindəki hesabına şirkətin sahibliyində və onun istifadəsində olan “DAF XF 105.510 YÜK” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə IXM-in 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında EQ******** nömrəli qərarın qəbul edilməsinə dair bildiriş (bildiriş və fotoşəkil əlavə edilir) gəlmişdir. Həmin bildirişdən görünür ki, ##.##.2026-cı il tarixdə saat 11:09 radələrində M-2 Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda qeyd edilən nəqliyyat vasitəsi ilə hərəkət edilərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən ümumi külə və ya oxa düşən yük parametrlərinin 5 faiz və daha artıq aşılması əsası ilə onun barəsində EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən nəqliyyat vasitəsi zavod istehsalı olaraq, hər hansı əlavə quraşdırma və yarımqoşqu əlavə olunmadan belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nə uyğun olmayan nəqliyyat vasitəsdir. Belə ki, təcrübədə bu nəqliyyat vasitəsi "Dayman" adlandırılır, qabarit və çəki parametrlərinə görə bu nəqliyyat vasitəsi həddindən artıq böyükdür. Bu tip nəqliyyat vasitəsinin təyinatı olduqca uzun, enli və xüsusi ağır çəkili yüklərin daşınması üçündür. Odur ki, bu nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"na uyğun olaraq xüsusi icazə alınmalı idi. Sözügedən nəqliyyat vasitəsinə əvvəl xüsusi icazə alınması üçün AYNAya müvafiq müraciət ünvanlanmış və xüsusi icazə alınmışdır (əlavə olunur). Lakin bu dəfə yanlışlıqla xüsusi icazə alınmamışdır. Yuxarıda göstərilənlər təsdiq edir ki, adıçəkilən pozuntu ilə bağlı barəmdə IXM-in 353.2- ci maddəsi ilə deyil, 352.0.12-ci maddəsinə əsasən qərar qəbul edilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi Mərkəzi Məlumat Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə EQ ******** nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, ##.##.2026-cı il tarixdə, saat 11:09 radələrində "DAF XF 105.510 YÜK" markalı 77-JR838 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə cərimə edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY*******/** nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X3 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı ##.##.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, «inzibati tənbeh vermə haqqında» qərar qanunvericliyin tələblərinə əsasən qəbul edilmişdir. Belə ki, inzibati xətanı aşkarlayan Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları olmaqla, Inzibati Xətalar Məcəlləsinin 81.2- ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmuşdur. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№****** nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X3 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı ##.##.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-136)-597/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar