Məhkəmə qərarları › İş №3(3-7)-678/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-678/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-678/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim L.Q.Hüseynquliyeva) ##.##.1964-cü il tarixdə Laçın rayonu Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonu Çəmənli kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin ## ######## 2026-cı il tarixdən saat 15:40dan hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, barəsində daha yüngül inzibati tənbeh tədbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “63 yaşı var. Məhkəmə cəza təyin edərkən onun yaş həddini nəzərə almamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etmədiyi əsası ilə ona ağır cəza təyin edilmişdir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, zərərçəkmiş şəxslə qohumdur, aralarında anlaşılmazlıq olmuşdur. O, başqa şəxs haqqında danışdıqda zərərçəkmiş şəxs onu səhv başa düşmüşdür. Ağac ilə zərərçəkmiş şəxsi bir dəfə vurmuşdur. Özü şəkər xəstəsidir və 63 yaşı var. Odur ki, qeyd olunanlara əsasən Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, barəsində daha yüngül inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona hər gün sataşır. O, mağazaya su almağa girdikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona söydüyü üçün o da cavab vermişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu vurmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş X2 bildirdi ki, şəxslər arasında olan münaqişə davam edən bir münaqişədir, aralarında barışıq yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməli özü də etiraf edir. Odur ki, apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 157-ci maddəsinə görə, şəxsin inzibati tənbehə məruz qalması üçün ona döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi nəzərdə tutulmuşdur. Yəni, həmin maddənin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İş materiallarında olan: ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə X3 döyərək ona zərər yetirmişdir. ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 döyərək ona fiziki ağrı yetirməsi, həmçinin sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi tərəflərin izahatı və iş materialları ilə tam təsdiq olunur və ona görə də onun hərəkəti İXM-nin 157-ci maddəsinin təsiri altına düşür. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi özünü təqsirli bilməsini nəzərə alaraq sanksiyanın aşağı həddində, yəni 15 (on beş) gün müddətə inzbati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin inzibati tənbeh tətbiqi ilə bağlı gəldiyi nəyicə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun islah oluna biləcəyi həddə tənbeh təyin etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar