Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-679/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə təqsirli bilinməsi barədə Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru və Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirli bilinməsi və ona köçürülmüş olan xarici valyutanın dəyərinin - 23589 ABŞ dollarının 10 faizi məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır. İŞİN HALLARI Azərbaycan Respublikası Mərkəzi Bankı hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə EP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və inzibati xəta tərkibi olmadığı üçün hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin qərardan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və “xxxx” MMC barəsində ##.##.2026cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokol üzrə 23589 ABŞ dolları məbləğində avans köçürməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış sözügedən qərar qanunsuz və əsassızdır, iş üzrə faktiki hallar hərtərəfli və obyektiv araşdırılmamış, materiallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qərarında iddia olunur ki, ##.##.2024-cü il tarixdə "xxxx" ASC vasitəsilə xaricə köçürülmüş 23.589 ABŞ dolları məbləğində avans ödənişinin müqabilində mallar ölkəyə idxal edilməmişdir. Lakin bu nəticə tamamilə yanlışdır. Köçürülmüş vəsaitin müqabilində müvafiq mallar tam həcmdə və qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş və gömrük rəsmiləşdirilməsindən keçmişdir. Malların idxal edilməsini təsdiq edən yük Gömrük bəyannaməsi tam mövcuddur. Həmin sənədlər bu apellyasiya şikayətinə əlavə olunur və köçürülmüş 23.589 ABŞ dollarının tam qarşılığının ölkəyə gətirildiyini şübhəsiz şəkildə sübut edir. Tərtər Rayon Məhkəməsi işə baxarkən "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan qərar qəbul etmiş, işin faktiki hallarını və gömrük bazasında mövcud olan məlumatları dəqiqləşdirmədən yalnız protokol göstəriciləri ilə kifayətlənmişdir. İXM-nin 76.1 və 84.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, sübutlar hərtərəfli və obyektiv qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi inzibati xətanın törədilməsində MMC-ni əsaslı olaraq təqsirli bilsə də, onun barəsində qanunla müəyyən edilmiş inzibati tənbehi düzgün olaraq tətbiq etməmişdir. Belə ki, qərarda məhkəmənin özü tərəfindən də göstərildiyi kimi, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 430.4-cü maddəsində təsbit olunmuş inzibati xətanın törədilməsinə görə mövcud qanunvericilik hüquqi şəxslərin barəsində tətbiq edilməli olan cəzanın aşağı həddini inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin iyirmi faizi məbləğində müəyyən etsə də, Tərtər Rayon Məhkəməsi -yuxarıda qeyd olunmuş qərarı ilə MMC-nin barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin 10 faizi məbləğində cərimə tətbiq olunması qənaətinə gəlmiş, bu hal isə qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarının tələbləri ilə uzlaşmamışdır. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilən şikayət təmin edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru tərəfindən verilən şikayət təmin edilməməli, iş üzrə Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilməli, hüquqi şəxs barəsində təyin edilmiş cərimənin məbləği dəyişdirilməlidir. Aşağıda qeyd olunanlara görə şikayətin dəlillərini əsaslı hesab edir. Məhkəmə ilkin olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iş materiallarının tədqiqi zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC 23589 ABŞ dolları məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 23589 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. “xxxx” ASC-nin baş ofisindən daxil olmuş müştərilərin ödəniş əməliyyatlarına dair sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-nin ##.##.2024-cü il tarixdə ödənişinin məbləği 23589 ABŞ dolları olmuşdur. “xxxx” ASC-nin Gəncə filialının direktoru Sevil Abbasova tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış ## #### 2026-cı il tarixli məktubdan görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən mallar idxal edilməmiş, xidmətlər göstərilməmiş və ödənilmiş vəsait geri göndərilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən və apellyasiya şikayəti verilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas olacaq hallar, yəni malların idxal edilməsi, xidmətlərin göstərilməsi və ödənilmiş vəsaitin geri göndərilməsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilən apellyasiya şikayətin münasibətdə isə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əməlin tövsifi hissəsində düzgün nəticəyə gəlinsə də, qanunvericiliyin tələbləri pozularaq cərimə məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, müvafiq normanın tələbindən görünür ki, İXM-in 430.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmiş hüquqi şəxslərə münasibətdə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə təyin edilir. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilərək inzibati xəta törətmiş hüquqi şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizi həcmində cərimə təyin edilmişdir. Odur ki, Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, “xxxx” MMC İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xəta obyektinin 20 (iyirmi) faizi həcmində müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli, “xxxx” MMC barəsində təyin edilmiş inzibati cərimə tənbeh tədbirinin həcmi dəyişdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilsin. “xxxx” MMC -in İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində təyin edilmiş cərimə inzibati tənbeh tədbirinin miqdarı dəyişdirilsin. “xxxx” MMC inzibati xətanın bilavasitə obyekti olan 23589 (iyirmi üç min beş yüz səksən doqquz) ABŞ dollar təşkil edən inzibati xəta obyektinin 20 (iyirmi) faizi həcmində, yəni 4717.8 ABŞ dolları ( dörd min yeddi yüz on yeddi dollar, səksən sent) məbləğində cərimə edilsin. Qərarın icrası hüquqi şəxsi olduğu yer üzrə icra və probasiya idarəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz. .
Məhkəmə qərarları › İş №3(3-7)-679/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-679/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver