Məhkəmə qərarları › İş №3(3-7)-681/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-681/2026

24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Gәncә şәhәri İş № 3(3-7)-681/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sәdrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Şәmkir rayon Polis şöbәsinin X1 bölmәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrәli qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsi barәdә Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarından vәzifәli şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Gәncә Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDİ: Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrarı ilә şikayәtin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) İXM-nin 335.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cәrimә edilmәsinә dair inzibati tәnbeh vermә barәdә Şәmkir rayon Polis Şöbәsinin DYPB tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında iş materialları İXMnin 101-ci maddәsinin tәlәblәrinә riayәt edilmәklә işә yenidәn baxıması üçün Şәmkir rayon Polis Şöbәsinә göndәrilmәsi qәrara alınmışdır İŞİN HALLARI: Azәrbaycan Respublikası DİN Baş Şәmkir Rayon Polis Şöbәsinin ##.##.2026-cı il tarixli, İXP ******* nömrәli inzibati xәta haqqında protokolu әsasında çıxarılmış ##.##.2026-cı il tarixli, TP ******* nömrәli qәrarla Qәrardan şikayәt verәn orqan (şәxs) Muxtar qızı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 335.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәkdә tәqsirli bilinәrәk 60 (altmış) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Barәsindә qәrar çıxarılmış Qәrardan şikayәt verәn orqan (şәxs) Muxtar qızı hәmin qәrardan şikayәt verәrәk Azәrbaycan Respublikası DİN Baş Şәmkir Rayon Polis Şöbәsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini, azyaşlı oğlu X3 barәsindә uydurma 327.1 vә 334.1-ci maddәlәrlә çıxarılmış vә hazırda mәhkәmәnin icraatında olan TP******* saylı şikayәt işi ilә onun bu işi ilә onun bir icraatda birlәşdirilәrәk vahid obyektiv müstәvidә araşdırılmasını Qәrarından şikayәt verilәn orqan-dәn intihar bәyanatı üzrә alınmış rәsmi izahatı Azәrbaycan Respublikasının Baş Prokurorluğundan **-***-**-**-****** nömrәli araşdırılma materialları sübut qismindә mәhkәmә tәrәfindәn rәsmәn tәlәb edilmәsini xahiş etmişdir. İnzibati xәta haqqında protokola baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd olunan qәrarı qәbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya mәhkәmәsinin hәmin qәrarından vәzifәli şәxs apellyasiya şikayәti verәrәk mәhkәmәnin qәrarının lәğv edilmәsini, Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәta haqqında qәrarın lәğv olunması barәdә şikayәtinin tәmin olunmaması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdә saat 10:17 radәlәrindә Şәmkir rayonu, Seyfәli kәndi әrazisindә Qәrardan şikayәt verәn orqan (şәxs) Muxtar qızına mәxsus olan "X2 Prado" markalı, **-HN-*** dövlәt qeydiyyat nişanlı avtomobil YPX әmәkdaşları tәrәfindәn dayandırılmışdır. Sükan arxasında şikayәtçinin yetkinlik yaşına çatmayan, ##.##.2008-ci il tәvәllüdlü (17 yaşlı) azyaşlı oğlu X3 müәyyәn edilmişdir. Aparılan daxili icraat vә alkotestr müayinәsi ilә azyaşlı M.Cәfәrovun hәm sürücülük hüququ olmadan, hәm dә alkoqoldan istifadә edәrәk sәrxoş vәziyyәtdә nәqliyyat vasitәsini idarә etdiyi tam tәsdiqini tapmışdır. Birinci instansiya mәhkәmәsi qәrarında iddia edir ki, xәta ##.##.2026-cı ildә törәdildiyi halda, protokol ##.##.2026-cı ildә, tәnbeh qәrarı isә ##.##.2026-cı ildә tәrtib edilәrәk İXM-nin 101.1 vә 101.2-ci maddәlәri pozulmuşdur. Mәhkәmәnin bu qeyri-obyektiv nәticәsi İXM-nin 101.2-ci maddәsinin birbaşa tәhrifidir. Hәmin maddә rәsmәn tәsbit edir ki, "İşin hallarının, elәcә dә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsin şәxsiyyәtinin vә ya hüquqi şәxs barәsindә mәlumatların әlavә aydınlaşdırılması tәlәb olunduğu hallarda, inzibati xәta haqqında protokol inzibati xәtanın aşkar edildiyi vaxtdan iki gün müddәtindә tәrtib edilir". Hadisә yerindә sürücünün yetkinlik yaşına çatmayan azyaşlı olması, mülkiyyәtçinin hadisә yerindә fiziki iştirak etmәmәsi vә daxili mәlumat bazası vasitәsilә valideynin şәxsiyyәtinin vә sәnәdlәrinin rәsmi aydınlaşdırılması zәrurәti yarandığı üçün, protokolun qanunun verdiyi 2 günlük müddәt daxilindә (növbәti gün) tәrtib edilmәsi tam qanunidir. Mәhkәmәnin bunu "kobud prosessual pozuntu" adlandırması İXM-nin 101.2-ci maddәsinin tәlәblәrinә tamamilә ziddir. Mәhkәmә qәrarında qeyd edilmişdir ki, qurumun nümayәndәsi mәhkәmәyә gәlmәmiş, bunun üçün işә onun iştirakı olmadan baxılmışdır. Lakin Şәmkir Rayon Mәhkәmәsi tәrәfindәn Qәrarından şikayәt verilәn orqan-nә mәhkәmә iclasının yeri vә vaxtı ilә bağlı heç bir rәsmi bildiriş, çağırış vәrәqәsi vә ya mәktub göndәrilmәmişdir. Sürücülük hüququ olmayan 17 yaşlı azyaşlı övladının sәrxoş vәziyyәtdә magistral yolda "X2" markalı ağır nәqliyyat vasitәsini idarә etmәsinә şәrait yaradan, avtomobili ona etibar edәn valideynin tәnbehinin lәğv edilmәsi cәmiyyәtin tәhlükәsizliyinә birbaşa tәhdiddir. Mәhkәmә qәrarı rәsmi sәnәdlәri deyil, şikayәtçinin "avtomobildә pul itib" kimi tamamilә subyektiv vә әsassız bәhanәlәrini әsas götürdüyü üçün lәğv edilmәlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs şikayәti qәbul etmәdi vә tәmin olunmamasını xahiş etdi. Apellyasiya mәhkәmәsinin yeri vә vaxtı barәdә qabaqcadan mәlumat verilmiş inzibati tәnbehetmә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәhkәmәyә mәlumat vermәmişdir. Azәrbaycan Respublikası İXM-in 133.2.4-cü maddәsinә әsasәn mәhkәmә inzibati tәnbehetmә haqqında qәrar qәbul etmiş şәxsin iştirakı olmadan işә baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Şikayәtin dәlillәrini inzibati xәta haqqında işin materialları ilә әlaqәli surәtdә araşdıraraq, qeyd olunan izahatı dinlәyәrәk mәhkәmә hesab edir ki, şikayәt tәmin edilmәmәli vә Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanmalıdır. Belә ki, Azәrbaycan Respublikası İXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası İXM-in 4-cü maddәsinә әsasәn bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İXM-in 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Azәrbaycan Respublikası İXM-in 76-cı maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qanuna zidd olaraq әldә edilmiş sübutların istifadә edilmәsinә yol verilmir. Birinci instansiya mәhkәmәsinin qәrarından verilmiş şikayәtin dәlillәrini araşdıran mәhkәmә tәqdim edilmiş bütün sәnәdlәri, sübutları vә materialları hәrtәrәfli, tam vә obyektiv araşdıraraq aşağıdakıların qeyd edilmәsini zәruri hesab edir. İnzibati Xәtalar Mәcәllәsinin 335.1-ci maddәsinә görә nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün idarәetmә hüququ olmayan şәxsә verilmәsinә görә fiziki şәxslәr altmış manat mәblәğindә, vәzifәli şәxslәr iki yüz manat mәblәğindә, hüquqi şәxslәr iki min manat mәblәğindә cәrimә edilir. Mәhkәmә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşır vә hesab edir ki, mәhkәmәnin gәldiyi nәticә qanuni vә әsaslı olmuşdur. Belә ki, Azәrbaycan Respublikası İXM-in 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Qeyd olunan Mәcәllәnin 8.2-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Azәrbaycan Respublikası İXM-in 8.3-cü maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. İş materiallarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Muxtar qızı ##.##.2026-cı il tarixdә inzibati xәta törәtdiyi halda bu haqda müvafiq protokol ##.##.2026-cı il tarixdә, inzibatı qәrar isә ##.##.2026-cı il tarixdә tәrtib edilmişdir vә inzibatı xәta törәdilәndәn sonra İXM-nin 101.2-ci maddәsindә nәzәrdә tutulmuş hәr-hansı әlavә aydınlaşdırma aparılmayaraq, İXMnin 101.2-ci maddәsinn tәlәblәri pozulmuşdur. IXM-nin 101.1-ci maddәsinә әsasәn inzibati xәtanın törәdilmәsi faktı aşkar edildikdәn dәrhal sonra inzibati xәta haqqında protokol tәrtib edilir. İXM-nin 101.2-ci maddәsinә әsasәn İşin hallarının, elәcә dә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsin şәxsiyyәtinin vә ya hüquqi şәxs barәsindә mәlumatların әlavә aydınlaşdırılması tәlәb olunduğu hallarda, inzibati xәta haqqında protokol inzibati xәtanın aşkar edildiyi vaxtdan iki gün müddәtindә tәrtib edilir. İXM-nin 75.0.1, 75.0.3 vә 75.0.7-ci maddәlәrinә әsasәn inzibati xәta haqqında iş üzrә inzibati xәta hadisәsinin mövcudluğu, şәxsin tәqsiri vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr hallar müәyyәn edilmәlidir. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәyә imkan verәn faktiki mәlumatlar sübut hesab edilir. İXM-in 76.2ci maddәsinә әsasәn isә qanuna zidd olaraq әldә edilmiş sübutlardan istifadә edilmәsinә yol verilmir. Birinci instansiya mәhkәmәsi qәrarda haqlı olaraq qeyd etmişdir ki, İXM-nin 101.1 vә 101.2-ci maddәlәrinin tәlәblәrinin pozulması ilә tәrtib edilәn protokol İXM-nin 76.2-ci maddәsinә әsasәn yolverilәn sübut kimi qiymәtlәndirilә vә şәxsin tәqsirinin müәyyәn edilmәsindә istifadә oluna bilmәz. Odur ki, qәrardan şikayәt vermiş şәxsin şikayәtindә vә izahatında qeyd etdiyi hallar Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Şәmkir rayon Polis şöbәsinin X1 bölmәsi tәrәfindәn araşdırılmalıdır. Belәliklә, mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәrar qәbul edilәrkәn qanunvericiliyin tәlәblәri pozulmamışdır. Bu da qanunun tәlәblәrinin düzgün tәtbiq vә tәfsir edilmәsidir. Belәliklә, birinci instansiya mәhkәmәsi düzgün nәticәyә gәldiyindәn, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirimәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-136-cı maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Şәmkir rayon Polis şöbәsinin X1 bölmәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrәli qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsi barәdә Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar