Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-692/2026 25.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X7 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 189-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim L.Q.Hüseynquliyeva) ##.##.1984-cü il tarixində Ağdam rayonu Kəlbahüseynli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə Rayonu Lənbəran kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, inzibati həbs etmənin əvvəlinin ## ######## 2026-cı il tarixdən saat 21:50-dən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, İXM-nin 189-1-ci maddəsi ilə təqsirli bilinən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz olaraq həbs edilmişdir. Onun ilk inzibati həbsidir. O, heç bir zaman qanun pozuntusuna yol verməmişdir, evin yeganə qazanc gətirən şəxsidir. O, çobanlıq edərək ailəsini dolandırmağa çalışır. Məcburi köçkündür və himayəsində azyaşlı övladı vardır. Hazırda onun həbsdə olması ailə üzvlərinin vəziyyətini daha da pisləşdirmişdir. Bu səbəbdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azadlığa buraxılmasını xahiş edir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və azadlığa buraxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 189-1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan: ##.##.2026-cı il tarixli raportdan görünür ki, Protokolu tərtib edən orqannin İTB-nin polis nəfəri, R Ruslan Əmrahov ilə xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Bərdə rayonu Lənbəran kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızı ##.##.2011-ci il təvəllüdlü Sadıqov İlahə Xəyyam qızını ##.##.1997-ci il təvəllüdlü X6 ilə evliliyə dair H.Nurlanın atası X1 ilə qabaqcadan razılaşaraq sövdələşmişdir. Bərdə rayonu Lənbəran kəndində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evində onun qızına hə mərasimi keçirilmiş və ##.##.2011-ci il təvəllüdlü Sadıqov İlahə Xəyyam qızının barmağına üzük taxılmışdır. X6 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərinə hüquqi qiymət verilməsi üçün Protokolu tərtib edən orqan-nə dəvət etdim. Protokolu tərtib edən orqandə X1 uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək şöbənin iş fəaliyyətini ciddi şəkildə pozmuşdur. ##.##.2026-cı il tarixli, № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2011-ci il təvəllüdlü qızını evliliyə dair X2 oğlu X6 ilə evliliyinə dair sövdələşmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-nin 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin birinci instansiya məhkəməsində izahat vermiş inzibati xəta haqqında protokol tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin polis sahə rəisi X8 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Bərdə Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmıyanlarla iş üzrə baş İnispektor X21 icraatına raport daxil olmuşdur. Arzu Rəşidzadənin raportuna əsasən araşdırma aparılarkən Vadim Səfərova məlumat daxil olduki, 2011-ci İl təvəllüdlü Sadıqova İlahə Xəyyam qızı 1997-ci il təvəllüdlü X6 ilə aralarında “hə” mərasimi keçirilmiş. Valdeyinlərindən alınan izahat nəticəsində məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dostu X3 ilə əvvəlcədən sövdələşərək razılığa gəlmişlər ki, qızını onun oğluna verəcək. Növbəti gün X4 ailə üzvləri ilə birlikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evinə elçiliyə gələrək qızın “hə” mərasimi keçirilir. 2011-ci il təvəllüdlü Sadıqova İlahə Xəyyam qızının barmağına sadə üzük taxmışlar. Bir müddət keçdikdən sonra yenidən ailə qızıl üzük gətirirərək iki alə arasında ittifaqlarını daha da möhkəmləndirmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş zərərçəkmiş şəxs Sadıqova İlahə Xəyyam qızı bildirmişdir ki, onun valdeyinlərinin fikri sadəcə nişan etmək idi. Rəsmi nikah və toyları 18 yaşı tamam olandan sonra olacaqdı. 2011-ci il təvəllüdlüdür. Orta məktəbdə XI sinifdən təhsilimn dayandırmışdır, davam etdirməmişdir. Anam Nurlan adlı oğlanın mənə elçi gələciyini demişdir. Oğlan evindən 6, 7 nəfər gələrək ona üzük taxmışlar. Birinci instansiya məhkəməsində izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izhatında bildirmişdir ki, hal-hazırda qızının 15 (on beş) yaşı olmasına baxmayaraq qarşı tərəflə razılığa gəlmişlər ki, İlahə Sadıqovanın 18 (on səkkiz) yaşı tamam olanda rəsmi nikaha daxil olub el adəti ilə ailə quracaq. O, özü çoban işləyir, maddi imakanı olmadığından övladına təhsil verə biləmişdir. Etdiyi əməldən cox peşmandır. Onların məqsədi sadəcə nişan etmək idi. Rəsmi nikaha daxil olub toy etmək üçün 18(on səkkiz) yaşının tamam olmasını gözləyəcəkdilər. Göstərilən halları nəzərə alaraq barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Teymurov İslam Teymur oğlu bildirmişdir ki, Konstitusiyamıza əsasən nikah yaşı 18(on səkkiz) yaş qeyd olunub, lakin o, belə hesab edi ki, ailə üzük taxıb nişan etmişdir. Onlar İlahə Sadıqovanın 18(on səkkiz) yaşının tamam olmasını gözləyəcəkdilər. Bunları nəzərə alaraq o, məhkəmədən iki ailə arasında münasibətlərin pozulmaması üçün həbslə əlaqədar olmayan inzibati təneh tətbiq edilməsini xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində verilmiş izahatlar və iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, maddi vəziyyətini, inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf etməklə peşman olmasını nəzərə alaraq sanksiyanın aşağı həddində, yəni 1 (bir) ay müddətə inzbati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin inzibati tənbeh tətbiqi ilə bağlı gəldiyi nəyicə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun islah oluna biləcəyi həddə tənbeh təyin etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-692/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-692/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver