Məhkəmə qərarları › İş №3(3-8)-193/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-193/2026

24.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-193/2026 24.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Oruczadә Urfan Eynur oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi İldırımzadә Rәşad Baris oğlunun iştirakları ilә, Yusifova Ramilә İsmayıl qızının Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)-1066/2026 nömrәli, 19 mart 2026-cı tarixli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsin müdafiәçisi Əliyeva Aynurә İltifat qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon İcra vә Probasiya şöbәsinin icra mәmuru Abdullayev Kәnan Vladimir oğlu tәrәfindәn Yusifova Ramilә İsmayıl qızının Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә inzibati xәta törәtmәsi haqqında tәrtib edilmiş MN 2330806 saylı protokol Abşeron Rayon Mәhkәmәsinә daxil olmuşdur. Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)-1066/2026 nömrәli, 19 mart 2026-cı tarixli qәrarı ilә (hakim Habil Əhmәdov) 06.05.1985-ci ildә ildә Zәngilan rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, işlәyәn, Qubadlı rayonu, Xocahan Ə/D, Xocahan kәndi ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qәsәbәsi, Zәngilan şәhәrciyi, bina 5, mәnzil 55 ünvanında yaşayan Yusifova Ramilə İsmayıl qızı Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, barәsindә 15 (on beş) gün müddәtinә hәbs növündә inzibati tәnbeh tәtbiq edilmişdir. Qeyd olunan qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Əliyeva Aynurә İltifat qızı apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin 19 mart 2026-cı il tarixli, 3(5-105)-1066/2026 nömrәli qәrarının lәğv edilmәsini vә Yusifova Ramilә İsmayıl qızı barәsindә tәtbiq edilmiş 15 (on beş) gün inzibati hәbs tәnbehinin dәyişdirilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Mәhkәmә sosial vә ailәvi halları nәzәrә almadan әn ağır inzibati tәnbeh növünü seçmişdir. Belә ki, mәhkәmә Yusifova Ramilә İsmayıl qızının 3 uşağının olmasını, maddi imkanının mәhdud olmasını, aylıq gәlinin 500 manat olmasını, 7240,50 manat mәblәğ üzrә icra sәnәdinin dayandırılması üçün xahiş etdiyini, digәr icra sәnәdi üzrә olani 4827 manat ödәnişdәn qaçmadığını vә hәr ay 100 manat ödәniş etmәyә gücü çatdığını nәzәrә almamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi İldırımzadә Rәşad Baris oğlu apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtin tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)- 1066/2026 nömrәli, 19 mart 2026-cı tarixli qәrarının dәyişdirilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq Abşeron rayon İcra vә Probasiya şöbәsinin icra mәmuru Abdullayev Kәnan Vladimir oğlu vә tәlәbkar Eyvazova Maral Oktay qızı mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onların iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisini dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)-1066/2026 nömrәli, 19 mart 2026-cı tarixli qәrarı dәyişdirilmәmәlidir. Belә ki, iş materiallarından görünür ki, Abşeron Rayon Mәhkәmәsinin 3(012)-1624/2024 saylı, 15.08.2024-cü il tarixli icra sәnәdinә әsasәn, Yusifova Ramilә İsmayıl qızı AR İXM-nin 232-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmiş vә 7240,50 manat cәrimә tәtbiq edilmişdir. Abşeron Rayon İcra vә Probasiya Şöbәsinin 07.11.2024-cü il tarixli “icraata başlamaq haqqında” qәrardan görünür ki, Abşeron Rayon Mәhkәmәsinin 3(012)-1624/2024 saylı 15.08.2024-cü il tarixli icra sәnәdi üzrә icraata başlanılmış vә borcluya hәmin tarixdә tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbәrdarlıq edilmişdir. Qubadlı Rayon Mәhkәmәsinin 2(028)-145/2025 saylı 23.06.2025-ci il tarixli icra vәrәqәsinә әsasәn, Yusifova Ramilә İsmayıl qızından maddi zәrәrә görә 4827 manatın tutularaq Eyvazova Maral Oktay qızına ödәnilmәsi qәrara alınmışdır. Abşeron Rayon İcra vә Probasiya Şöbәsinin 02.09.2025-ci il tarixli “icraata başlamaq haqqında” qәrardan görünür ki, Qubadlı Rayon Mәhkәmәsinin 2(028)-145/2025 saylı 23.06.2025-ci il tarixli icra vәrәqәsi üzrә icraata başlanılmış vә borcluya hәmin tarixdә tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbardarlıq edilmişdir. 02 sentyabr 2025-ci il tarixli “bir neçә icra sәnәdinin ümumi icraatda birlәşdirilmәsi barәdә” Qәrardan görünür ki, Qubadlı Rayon Mәhkәmәsinin 2(028)-145/2025 saylı 23.06.2025-ci il tarixli vә Abşeron Rayon Mәhkәmәsinin 3(012)-1624/2024 saylı, 15.08.2024-cü il tarixli icra sәnәdlәri ümumi icraatda birlәşdirilmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin 06 noyabr 2025-ci il tarixli, 3(105)-701/2025 nömrәli qәrarı ilә Yusifova Ramilә İsmayıl qızı Azәrbaycan Respublikasının İXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 500 manat mәblәğindә cәrimә növündә tәnbeh növü tәtbiq edilmişdir. 11 mart 2026-cı il tarixli borclunun axtarışı haqqında qәrardan görünür ki, Yusifova Ramilә İsmayıl qızı barәsindә axtarış elan edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsinә әsasәn Bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn bir il әrzindә eyni icra sәnәdinә münasibәtdә tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә edilir. “İcra Haqqında» Azәrbaycan Respublikasının Qanunun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Yusifova Ramilә İsmayıl qızının icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Abşeron Rayon Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Birinci instansiya mәhkәmәsi hal-hazırda mübahisә olunan qәrarı qәbul edәrkәn törәdilmiş inzibati xәtanın xarakterini, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini, o cümlәdәn icra sәnәdlәri üzrә maddi ziyanın vә cәrimә mәblәğinin miqdarının kifayәt qәdәr olmasını, ötәn müddәt әrzindә ümumiyyәtlә ödәnişlәrin olmamasını, icra sәnәdlәrinin mövcudluğundan mәlumatı olsa da, icra hәrәkәtlәri ilә bağlı laqeydlik nümayiş etdirmәsini, barәsindә axtarış elan edilmәklә, müәyyәn müddәtdә axtarışda olmasını, elәcә dә icradan qaçaraq yayınmasını, tәqsirinin dәrәcәsini, ailә vә әmlak vәziyyәtini nәzәrә almış vә ona tәqsirli bilindiyi maddәnin sanksiyası hәddindә hәbs növündә tәnbeh tәdbiri tәtbiq etmişdir. Apellyasiya mәhkәmәsi Yusifova Ramilә İsmayıl qızının mәsuliyyәtini yüngüllәşdirәn hal kimi himayәsindә bir yetkinlik yaşına çatmayan övladının olmasını nәzәrә alır vә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Bundan başqa apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, iş materiallarından görünür ki, borclu tәrәfindәn icra sәnәdlәri üzrә heç bir ödәniş edilmәmiş vә o birinci dәfә inzibati qaydada cәrimә edilmәsinә baxmayaraq, yenәdә ödәniş etmәmiş vә barәsindә ikinci dәfә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Buda onu demәyә әsas verir ki, borclu Yusifova Ramilә İsmayıl qızı birlәşdirilmiş icra sәnәdlәrini icra etmәkdәn üzrsüz sәbәbdәn yayınır vә icra mәmurunun qanuni tәlәbini qәrәzli şәkildә icra etmir, icra sәnәdinә etinasız yanaşır vә xeyli müddәt keçmәsinә baxmayaraq heç bir ödәniş etmir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 31.4-ci maddәsinә әsasәn bu Mәcәllәnin Xüsusi hissәsindә inzibati xәtanın törәdilmәsinә görә müәyyәn edilәn inzibati tәnbehin yalnız yuxarı hәddi müәyyәn edildikdә, tәtbiq edilәn inzibati tәnbeh onun yuxarı hәddinin dörddә birindәn az ola bilmәz. Azәrbaycan Respublikası İXM-nin 528-ci maddәsinin qeydinә әsasәn bu Mәcәllәnin 528.1ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş borclu müvafiq icra sәnәdini hәmin inzibati xәta haqqında iş üzrә mәhkәmә qәrar qәbul edәnәdәk icra etdikdә inzibati mәsuliyyәtdәn azad olunur. Belәliklә Apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Yusifova Ramilә İsmayıl qızının Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)-1066/2026 nömrәli, 19 mart 2026-cı tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Hәmçinin mәhkәmә hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Yusifova Ramilә İsmayıl qızının apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili İldırımzadә Rәşad Baris oğluna dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, Azәrbaycan Respublikası inzibati qanunvericiliyin tәlәblәrinә әsasәn müdafiәçinin mәhkәmә prosesindә iştirakı İXM-nin 66-cı maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, mәhkәmә prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrәli qәrarına (01 fevral 2001-ci il tarixli, 31 saylı qәrara edilmiş dәyişikliklәrlә) әsasәn hüquqi yardımın göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 (on bir) manat mәblәğindә müәyyәn edilir. Mәhkәmә, vәkil tәrәfindәn tәqdim edilmiş hesabatı nәzәrdәn keçirәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs İldırımzadә Rәşad Baris oğluna göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili İldırımzadә Rәşad Baris oğluna mәhkәmәdә iştirak etdiyi cәmi 03 (üç) iş saatına görә 33 (otuz üç) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDI : Apellyasiya şikayәti tәmin edilmәsin. Yusifova Ramilә İsmayıl qızının Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)-1066/2026 nömrәli, 19 mart 2026-cı tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Yusifova Ramilә İsmayıl qızının apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili İldırımzadә Rәşad Baris oğluna sәrf etdiyi hәr iş saatına görә 6 (altı) manat hesab edilmәklә, 03 (üç) iş saatına görә 33 (otuz üç) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsindәn Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar