Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-194/2026 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr İsmayıl oğlunun katibliyi ilә, Qәhrәmanlı Rahil Mәtlәb oğlunun Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair 15.01.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәhrәmanlı Rahil Mәtlәb oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarı ilә (hakim N.N.Xәlilova) şikayәtin qismәn tәmin edilmәsi, Qәhrәmanlı Rahil Mәtlәb oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair tәrtib olunmuş 15.01.2026-cı il tarixli, EQ 33305072 saylı “İnzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsi vә inzibati işin yenidәn araşdırılması üçün Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Baş Dövlәt Yol Polis İdarәsinә göndәrilmәsi qәrara alınmışdır. İŞİN HALLARI: Azәrbaycan Respublikası DİN-nin BDYPİ-nin Mәrkәzi Mәlumat Xidmәtinin rәisi Elvin Abdulәlizadәnin 15.01.2026-cı il tarixli, EQ 33305072 nömrәli qәrarı ilә Qәhrәmanlı Rahil Mәtlәb oğlu Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 40 manat mәblәğindә cәrimә edilmişdir. Qeyd edilәn qәrardan narazı qalan Qәhrәmanlı Rahil Mәtlәb oğlu şikayәtlә mәhkәmәyә müraciәt edәrәk inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, mülkiyyәtindә olan “FORD FUSION” markalı, 99-RQ-088 dövlәt nömrә nişanlı avtomaşınla Quba şәhәrindә 15.01.2026-cı ildә saat 16:46 radәlәrindә Quba şәhәri Heydәr Əliyev prospekti adlanan әrazidә hәrәkәtdә olmağına görә bәrәsindә (Yol nişanlarının tәlәblәrinә riayәt edilmәmәsi) qaydalarının pozulması әsası ilә Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaya görә 15.01.2026-cı il tarixli, EQ 33305072 nömrәli nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrar çıxarılmışdır. Hәmin vaxt o heç bir YPX-nin әmәkdaşı tәrәfindәn vә ya YPX-nın tәyin olunmuş stasionar postunda hәr hansı bir yolpatrul xidmәtinin әmәkdaşı onun idarә etdiyi 99-RQ-088 dövlәt qeydiyyat nişanlı “FORD FUSION” markalı avtomabilini saxlayıb protokol yazmamışdır. Halbuki, 15.01.2026-cı il saat 16:46 radәlәrindә o Quba şәhәrindә olmamışdır. Olmadığı bir әrazidә barәsindә necә olur ki, EQ 33305072 nömrәli nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrar çıxarılır. İşә әlavә etdiyi elektron qәrarada inzibati xәta 15.01.2026-cı il saat 08:10 radәlәrindә müәyyәn edildiyi göstәrilsә dә lakin qәrarırın çıxarıldığı yer Quba şәhәri Heydәr Əliyev prospekti saat 16:46 göstәrilmişdir. Belә olan halda açıq-aşkar görünür ki, inzibati xәta xüsusi texniki vasitә ilә aşkar edilmәmiş vә aşkar edilsә belә 9 saat sonra nә olacağını ölçә bilәn hәr hansı bir xüsusi texniki vasitә yoxdur. Onun idarә etdiyi avtomobilin şәklini Quba şәhәri Heydәr Əliyev prospekti quraşdırılan nәzarәt kamerası (TŞK) vasitәsi ilә hәrәkәtdә olan zaman Yol nişanlarının tәlәblәrinә riayәt edilmәmәsi halları Yol-patrul xidmәtinin әmәkdaşı tәrәfindәn yollara nәzarәt olunan kameraların monitoru vasitәsi ilә monitora pauza verib bort-kompüterlә foto şәkilini çәkәrәk BDYPİnin mәrkәzi informasiya sisteminin bazasına yerlәşdirәrәk sürücünün ünvana göndәrilir. Belә olan tәdqirdә barәsindә hansı әsasla İXM-nin 327.1 maddәsi ilә inzibati tәnbeh vermә haqqında tәdbir görülüb. Barәsindә Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaya görә 15.01.2026-cı il tarixli EQ 33305072 saylı inzibati tәnbeh vermә haqqında qәrar çıxarılmış vә hәmin qәrarla o, 40 manat inzibati qaydada cәrimә olunmuşdur. Digәr tәrәfdәn, 15.01.2026-cı il tarixli EQ 33305072 saylı elektron qәrar qәbul etmiş DİN BDYPİ-nin Mәrkәzi Mәlumat Xidmәtinin rәisi polkovnik-leytenant Elvin Abdulәlizadәnin hәmin qәrarı qәbul edәrkәn inzibati xәtanın aşkar edilmәsindә istifadә olunan xüsusi texniki vasitәnin mәlumatları qәrarda öz әksini tapmamış vә hәmin DYP-nin Yol patrul xidmәti әmәkdaşının xidmәt etdiyi әrazi üzrә dislokasiya cәdvәli, daha sonra xidmәti marşrutu vә xidmәti әrazisi kmi hallar araşdırılmalıdır. Belә olan halda hansı әsasla ona cәrimә yazılması hansı mәqsәdlә qanuna uyğundur? Hesab edir ki, 15.01.2026-cı il tarixli, EQ 33305072 saylı inzibati tәnbeh vermә haqqında qәrar qanunsuz olaraq çıxarılmışdır. Belә olan halda yol-patrul xidmәtinin әmәkdaşı monitordan bortkompüterlә şәkil çәkib sürücüyә cәrimә yazması hansı mәqsәdlә qanuna uyğundur. Eyni zamanda monitordan şәkil çәkilmәsindә istifadә olunan bort-komputer hansı YPX-nin әmәkdaşına tәhkim olunub vә hәmin vaxt bortkompüterdәn hansı YPX-nin әmәkdaşı istifadә edib bu da mәlum deyildir. Digәr tәrәfdәn, 15.01.2026-cı il tarixli, EQ 33305072 nömrәli barәsindә elektron qәrar çıxarmış DYPİ-nin әmәkdaşının xidmәt etdiyi әrazi üzrә dislokasiya cәdvәli, daha sonra xidmәti marşrutu vә xidmәti әrazisi kmi hallar araşdırılmalıdır. Halbuki, hәr hansı bir şәxs barәsindә inzibati mәsuliyyәtin yaranması üçün hәmin şәxs törәdilmiş inzibati xәtanın ilk әvvәl subyekti olmalıdır vә tәqsirli bilindiyi maddәnin dispozisiyasında nәzәrdә tutulmuş hәrәkәtlәrin vә yaxud hәrәkәtsizliyin onun tәrәfindәn törәdilmәsi qanunla müәyyәn edilmiş sübutlarla müәyyәn olunmalı vә bu halların olması toplanmış sәnәdlәrlә kifayәt qәdәr öz tәsdiqini tapmalıdır. Hәmçinin İnzibati Xәtalar Mәcәllәsinin vәzifәlәri vә prinsiplәrinә әsasәn mәhkәmәnin ziddiyyәtli vә şübhәli mәqamların şәxsin ziyanına aradan qaldırıb, barәsindә elektron qәrar çıxarılmış şәxsin ziyanına onun inzibati xәta törәtmәsini tәsdiq edәn sübutlar toplamaq yox, hәmin şübhәlәri vә ziddiyyәtli mәqamları hәmin şәxsin xeyrinә hәll etmәli olması müәyyәn edilmişdir. İşә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrarla razılaşmayan Qәhrәmanlı Rahil Mәtlәb oğlu apellyasiya şikayәt verәrәk, Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarının lәğv edilmәsini, әmәlindә inzibati xәta tәrkibi olmadığı üçün iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. APELLYASİYA ŞIKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi işin hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmamışdır. Belә ki, onun mülkiyyәtindә olan “Ford Fusion” markalı, 99-RQ-088 dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi ilә 15.01.2026-cı il tarixdә saat 16:46 radәlәrindә Quba şәhәri, Heydәr Əliyev prospektindә yol nişanlarının tәlәblәrini pozması әsası ilә Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә elektron qәrar qәbul edilmişdir. Göstәrilәn tarix vә vaxtda o, Quba şәhәrindә olmamış, bu hal müvafiq müşahidә kameralarının görüntülәri ilә tәsdiq edilә bilәr. Buna baxmayaraq, onun iştirakı olmadan inzibati mәsuliyyәtә cәlb edilmәsi әsassızdır. Bundan әlavә, inzibati xәtanın xüsusi texniki vasitә ilә aşkar edilmәsi barәdә qәrarda konkret mәlumatlar, o cümlәdәn istifadә edilmiş texniki vasitәnin tipi, markası, modeli, yerlәşdiyi yer, habelә foto vә ya video materiallar öz әksini tapmamışdır. Hәmçinin inzibati xәtanın aşkar edilmә vaxtı ilә qәrarda göstәrilәn vaxt arasında uyğunsuzluq mövcuddur ki, bu da hәmin qәrarın etibarlılığına şübhә yaradır. İnzibati xәtanın törәdilmәsi onun tәrәfindәn sübuta yetirilmәmiş, iş üzrә toplanmış sübutlar kifayәt etmәmiş vә mövcud şübhәlәr onun ziyanına şәrh edilmişdir. İnzibati mәsuliyyәtin tәtbiqi üçün onun konkret olaraq inzibati xәtanın subyekti olması vә hәmin әmәli törәtmәsi mötәbәr sübutlarla tәsdiq edilmәlidir. Bu isә mövcud iş materialları ilә sübuta yetirilmәmişdir. PROSES İŞTİRAKÇILARININ İZAHATLARI : İşә baxılmasının yeri vә vaxtı barәdә Azәrbaycan Respublikası DİN-nin Baş Dövlәt Yol Polisi İdarәsinә mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәhrәmanlı Rahil Mәtlәb oğlu e-kabinet vasitәsilә әrizә göndәrәrәk Hacıqabul şәhәri, Ə.Vahid küçәsi, ev 101 ünvanında qeydiyyatda olmaqla hal-hazırda hәmin ünvanda yaşadığını, yol uzaq olduğu üçün mәhkәmә iclasında iştirak edә bilmәyәcәyini, şikayәtini müdafiә etdiyini qeyd edәrәk, mәhkәmә iclasının onun iştirakı olmadan keçirilmәsi, Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarının lәğv edilәrәk barәsindә İXM-in 327.1-ci maddәsilә tәrtib edilmiş 15.01.2026-cı il tarixli, EQ 33305072 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş idarәnin nümayәndәsinin vә barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, iş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati iş üzrә bütün mühüm hallar araşdırılmış, tәrәflәrin arqumentlәrinә hüquqi qiymәt verilmiş vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә uyğun nәticәyә gәlinmişdir. Apellyasiya şikayәtindә göstәrilәn әsas arqumentlәr ondan ibarәtdir ki, inzibati xәta hadisәsi baş vermәmiş, şikayәtçi hәmin vaxt qeyd olunan әrazidә olmamış, hәmçinin inzibati xәtanın xüsusi texniki vasitәlәrlә aşkar olunması qaydalarına әmәl edilmәmişdir. Lakin mәhkәmә hesab edir ki, bu dәlillәr birinci instansiya mәhkәmәsindә araşdırılmış vә onlara düzgün hüquqi qiymәt verilmişdir. Belә ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, inzibati tәnbeh vermә haqqında elektron qәrarın qәbul edilmәsi zamanı inzibati xәtanın aşkar edilmәsi, sübutların toplanması vә qәrarın rәsmilәşdirilmәsi ilә bağlı müәyyәn prosessual çatışmazlıqlar mövcud olmuşdur. Mәhz bu sәbәbdәn hәmin qәrar lәğv edilәrәk işin yenidәn araşdırılması üçün sәlahiyyәtli orqana göndәrilmәsi barәdә nәticәyә gәlinmişdir. Mәhkәmә qeyd edir ki, inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilәrәk işin yenidәn baxılması üçün göndәrilmәsi Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134 vә 135-ci maddәlәrinә uyğun olaraq tәtbiq edilәn prosessual tәdbirdir vә bu halda iş üzrә bütün halların tam, hәrtәrәfli vә obyektiv araşdırılmasının tәmin edilmәsi mәqsәdi güdülür. Apellyasiya şikayәtindә irәli sürülәn “iş üzrә icraata xitam verilmәli olması” barәdә dәlilә münasibәtdә mәhkәmә hesab edir ki, iş materialları üzrә inzibati xәta hadisәsinin vә ya onun tәrkibinin tam şәkildә istisna edilmәsi üçün zәruri olan sübutlar mövcud deyildir. Əksinә, mövcud sübutlar inzibati xәtanın baş verib-vermәmәsi ilә bağlı әlavә araşdırmaya ehtiyac olduğunu göstәrir. Bu baxımdan, birinci instansiya mәhkәmәsinin inzibati orqanın qәrarını lәğv edәrәk işi yenidәn araşdırılması üçün göndәrmәsi, iş üzrә ziddiyyәtlәrin aradan qaldırılması vә sübutların tam toplanması mәqsәdinә xidmәt edir vә bu qәrar qanuni vә әsaslıdır. Apellyasiya şikayәtindә göstәrilәn digәr dәlillәr (şәxsin hadisә yerindә olmaması, texniki vasitәlәrә dair mәlumatların göstәrilmәmәsi vә s.) dә birinci instansiya mәhkәmәsi tәrәfindәn nәzәrә alınmış vә mәhz hәmin halların әlavә araşdırılması üçün işin geri qaytarılması zәruri hesab edilmişdir. Bu sәbәbdәn hәmin dәlillәr apellyasiya instansiyası tәrәfindәn qәrarın lәğvi üçün әsas kimi qәbul edilmir. Qeyd olunmalıdır ki, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinin tәlәblәrinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İXM-nin 76-cı maddәsinin tәlәblәrinә görә inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. İXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, İXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn İXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Quba Rayon Mәhkәmәsinin 16 fevral 2026-cı il tarixli, 3(5-139)-104/2026 nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәhrәmanlı Rahil Mәtlәb oğlunun apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-194/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-194/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver