Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-197/2026 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Mәrkәzi Bankı tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 40.000 ABŞ dolları mәblәğindәvәsait bank vasitәsilә ## ###### 2023-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. Ödәnişin aparıldığı gündәn 2 il müddәtindә 40.000 ABŞ dolları mәblәindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsairi geri qaytarılmamışdır. Xәta ## ###### 2025ci il tarixdә hüquqi şәxsin qeyd olunan ünvanında törәdilmişdir. Nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim F.Nәsimiyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (VÖEN: **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 40000.00 (qırx min) ABŞ Dolları mәblәğindә (ABŞ dollarının ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin qәrarı qanunsuz vә әdalәtsizdir. ##.##.2023-cü il tarixindә xxxx” MMC tәrәfindәn xarici ölkәnin bank hesabına 40000.00 (qırx min) ABŞ dolları mәblәğindә vәsait avans olaraq ödәnilmişdir. Lakin xarici ölkә tәrәfindәn mallar göndәrilmәdiyi üçün hәm ölkәdәki banka, hәm dә xarici ölkәnin bankına müvafiq sorğular göndәrilmişdir. Lakin hәmin malların tapılmasında çәtinlik çәkdiklәrini bildirmişdirlәr. “xxxx" MMC dә ya malları çatdırmalarını, ya da ödәnişi geri qaytarmalarını tәlәb etmişdir. Yәni MMC tәrәfindәn banka rәsmi müraciәt ünvanlanmışdır. Ölkәdәki bank da xarici ölkәnin bankına müvafiq sorğu göndәrmişdir. Bundan başqa, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin hәmin ölkә ilә alqı-satqı müqavilәsi var vә külli miqdarda dövriyyәlәr olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC dәftәrxana vә ofis lәvazimatlarının satışı ilә mәşğuldur. Mәhkәmә öz qәrarında da bildirdiyi kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәlәblәrinә әsasәn İnzibati Xәta üzrә iş üzrә icraata baxılması nәzәrdә tutulan müddәt iddia etdiyi üçün iş materiallarında mövcud olan sәnәdlәrinә әsasәn mәhkәmә yekun nәticәyә gәlmişdir. Hәtta mәhkәmәnin keçirildiyi sonuncu gün tәrәflәrindәn hәmin vәsaitin müvәkkil bank hesabına geri qaytarılması "SWIFT” sәnәdi tәqdim edilsә dә, hәmin sәnәd Çin dilindә olduğu üçün mәhkәmә tәrәfindәn qәbul edilmәmişdir. Bir daha bildirilir ki, şirkәt olaraq mütәmadi köçürmәlәr tәrәflәrindәn hәyata keçirilir vә mallar alınır. İlk dәfәdir ki belә bir mәsәlә ilә qarşılaşırlar. Artıq sәnәdlәşmә prosesi yekunlaşmaqdadır. Bu sәbәbdәn dә mәhkәmәnin qәrarı ilә onlara tәyin edilmiş cәrimә mәblәği ilә razı deyillәr. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. “xxxx” ASC tәrәfindәn verilmiş sәnәdlәrdәn görünür ki, hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn ##.##.2023-cü il tarixdә 40000.00 (qırx min) ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti Azәrbaycan Respublikasından kәnara köçürülmüş vә 40000.00 (qırx min) ABŞ dolları vәsait hesabına alınan mallar (xidmәti) ölkәyә idxal edilmәmiş, valyuta vәsaiti geri qaytarılmamışdır. ##.##.2023-cü il tarixli köçürmә haqqında әrizәdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 40000.00 (qırx min) ABŞ dolları mәblәğindә vәsaiti “xxxx” ASCdәki hesabından xarici ölkәdәki bankın hesabına köçürmüşdür. ##.##.2026-cı il tarixli çin dilindә olan bank qәbzindәn görünür ki, 40000.00 (qırx min) ABŞ dolları mәblәğindә vәsait köçürülmüşdür. ##.##.2026-cı il tarixli çin dilindә olan bank qәbzinin tәrcümәsindәn görünür ki, 40101.79 ABŞ dolları mәblәğindә vәsait xxxx MMC-nin YeloBank ASC-dә olan hesabına köçürülmüşdür. Azәrbaycan Respublikası Mәrkәzi X1 ##.##.2016-cı il tarixli, **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş vә ##.##.2016-cı il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması” Qaydalarının 4.3.1.1-ci bәndinә әsasәn ödәniş malların idxalı ilә әlaqәdar olduqda banka idxal müqavilәsi vә ya ödәnişin tәyinatını, mәblәğini vә idxal olunan mallar barәdә mәlumatı özündә әks etdirәn bildiriş, hesabfaktura vә ya digәr sәnәdlәr, hәmçinin malların idxalını tәsdiq edәn gömrük bәyannamәsinin әsli (vә ya rezident vә qeyri-rezident fiziki şәxslәrin kommersiya vә istehsal mәqsәdlәri üçün nәzәrdә tutulmayan beynәlxalq poçt göndәrişlәri ilә göndәrilәn mallarla bağlı X2 aktlarında nәzәrdә tutulmuş müşayiәtedici sәnәd) tәqdim edilir (bәyannamә elektron formada tәrtib edildikdә, bank hesabının sahibi hәmin sәnәdin elektron formada әldә edilmәsini tәmin etmәlidir); Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. ##.##.2023-cü il tarixli köçürmә haqqında әrizәdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 40000.00 (qırx min) ABŞ dolları mәblәğindә vәsaiti “xxxx” ASCdәki hesabından xarici ölkәdәki bankın hesabına köçürmüşdür. ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bank hesabına, 40000.00 (qırx min) ABŞ dolları mәblәğindә vәsait köçürülmüşdür ki, pul vәsaiti qanunvericiliklә müәyyәn edilmiş iki illik müddәt bitdikdәn 2 ay sonra qaytarılmışdır ki, bu da әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtini formalaşdırır. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin barәsindә İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-197/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-197/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver