Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-198/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclasının katibi X3 katibliyilә, barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-nin 266.3-cü maddәsi ilә 300 (üç yüz) manat cәrimә edilmәsinә dair X1 sahә rәisi İsgәndәrli Kamran Salman oğlu tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: X1 sahә rәisi İsgәndәrli Kamran Salman oğlu tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-in 266.3-cü maddәsi ilә tәqsirli bilinәrәk 300 manat mәblәğindә inzibati cәrimә edilmişdir. X1 sahә rәisi İsgәndәrli Kamran Salman oğlu tәrәfindәn tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EXP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası İXM-in 266.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) Abşeron Rayon Mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, X1 ##.##.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmiş, eyni zamanda hәmin qәrardan şikayәt verilmәsi üçün ötürülmüş müddәtin bәrpasına dair vәsatәtlә müraciәt edәrәk, qәrardan qanunvericiliklә nәzәrdә tutulmuş müddәtdә şikayәt verә bilmәdiyini göstәrmişdir. Şikayәtә vә vәsatәtә baxan Abşeron Rayon Mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә X1 tәrәfindәn qәbul edilmiş ## #### 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarının lәğv edilmәsi barәdә şikayәti üzrә buraxılmış prossesual müddәtin bәrpasına dair vәsatәti rәdd edәrәk, şikayәti ona әlavә edilmiş sәnәdlәrlә birlikdә geri qaytarmışdır. (hakim Abusәt Qasımov) Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsini vә şikayәt әrizәsinә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Şikayәti onunla әsaslandırmışdır ki, o, Abşeron rayonu, xxxx qәsәbәsi әrazisindә, qamışlıqbataqlıq olan yerә 12 kiçik ölçüdә olan kisәdә torpaq tökmüşdür. Hәmin әrazi “xxxx” MTK-nın vә xxxx sakinlәrinin qazılan tullantı torpaqlarının töküldüyü yerdir. O, DİN-nin әmәkdalşarının gözü qarşısında tökdüyü torpaq doldurulmuş kisәlәri yığıb geriyә aparmaq istәyәrkәn, әmәkdaşlar buna imkan vermәmiş vә bildirmişlәr ki, siz cәrimә olunmalısız. Bundan sonra o, tökdüyü kisәlәri maşına yığmış vә bu barәdә mobil telefonla çәkiliş aparmaq istәyәrkәn DİN-nin әmәkdaşları buna imkan vermәmişlәr. Bu barәdә DİN-nin 102 qaynar xәttinә mәlumat vermişdir. Sonradan o, kisәlәri yığıb hәmin әrazidәn aparmış vә bunu sübut edәcәk video çәkiliş vә fotoşәkillәr tәrәfindәn mәhkәmәyә tәqdim edilmişdir. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt әrizәsini müdafiә edәrәk, X1 tәrәfindәn qәbul edilmiş inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş X1 nümayәndәsi mәlumatlandırılmış olsa da, mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәlumat vermәmişdir. Mәhkәmә şikayәtә X1 nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, şikayәtçini dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәti tәmin edilmәli, inzibati tәnbeh vermә haqqında qәrar qәrar lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarına әlavә edilmiş X1 sahә rәisi İsgәndәrli Kamran Salman oğlu tәrәfindәn tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EXP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası İXM-in 266.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Qeyd edilәn protokol onu tәrtib etmiş şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxs tәrәfindәn imzalanmamış, xәtanın mahiyyәti protokolda qeyd edilmәmiş, inzibati xәta haqqında protokol İXM-nin 100-cü maddәsinin tәlәblәri pozulmaqla tәrtib edilmişdir. İnzibati xәtalar qanunvericiliyinin mәnasına görә, inzibati xәtanın tәrkibini inzibati xәtalar qanunvericiliyi ilә müәyyәn edilmiş әlamәtlәr mәcmusu tәşkil edir vә onların mövcudluğunda ictimai tәhlükәli әmәl inzibati xәta sayılır. İnzibati xәtanın tәrkibini qanunla müәyyәn edilәn obyektiv vә subyektiv әlamәtlәrin mәcmusu tәşkil edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur; 11.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasında inzibati xәtalar haqqında işlәr üzrә icraatın aparılması, inzibati xәtalar haqqında işlәr üzrә qәrarların qәbul vә icra edilmәsi hәmin vaxtda qüvvәdә olan Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinә uyğun olaraq hәyata keçirilir; 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur; 75-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә aşağıdakılar müәyyәn edilmәlidir: inzibati xәta hadisәsi (inzibati xәta törәdilmişdirmi); inzibati xәta törәtmiş şәxs; inzibati xәta törәtmәkdә şәxsin tәqsiri; inzibati mәsuliyyәti ağırlaşdıran vә yüngüllәşdirәn hallar; inzibati xәta nәticәsindә vurulan zәrәrin xarakteri vә miqdarı; inzibati xәtalar haqqında işlәr üzrә icraatı rәdd edәn hallar; işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr hallar, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәr vә şәrait. 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir; 266.3-cü maddәsinә әsasәn mәişәt tullantılarının tutumlardan (urnalardan) kәnar yerlәrә atılmasına görә fiziki şәxslәr üç yüz manat mәblәğindә cәrimә edilir. Mәhkәmә iclasında müәyyәn olunmuşdur ki, inzibati xәtalar haqqında iş üzrә icraatın aparılması, qәrarın qәbul edilmәsi inzibati xәtalar qanunvericiliyinә uyğun olaraq hәyata keçirilmәmişdir. Belә ki, mübahisәlәndirilәn qәrara görә, Qәrardan şikayәt verәn orqan (şәxs) Abşeron rayonu, xxxx qәsәbәsindә yerlәşәn әrazidә urnalardan kәnar yerә qamışlıq-bataqlıq olan yerә tullantıları atdığına görә tәqsirli bilinәrәk inzibati qaydada tәnbeh olunsa da, onun mәişәt tullantılarını tutumlardan (urnalardan) kәnar yerlәrә atmasını, eyni zamanda hәmin mәişәt tullantılarının tutumlardan (urnalardan) kәnar yerlәrә mәhz Qәrardan şikayәt verәn orqan (şәxs) .oğlu tәrәfindәn atılmasını tәsdiq edәn hәr hansı sübut әldә edilmәmiş vә inzibati xәta haqqında protokolda bu barәdә qeyd aparılmamış, belә sübutlar şikayәtә mәhkәmә iclasında baxılarkәn dә tәqdim olunmamışdır. Baxmayaraq ki, İXM-nin 8-ci maddәsinin tәlәblәrinә uyğun olaraq barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs olaraq Qәrardan şikayәt verәn orqan (şәxs) öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, inzibati xәtanın baş vermәsini, elәcә dә şәxsin tәqsirliliyini sübuta yetirmәk sәlahiyyәtli orqanın üzәrinә düşür vә inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Ona görә dә hesab edilir ki, sәlahiyyәtli orqan tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn İXM-nin 266.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta hadisәsinin törәdilmәsi sübut olunmadan qәrar qәbul edilmişdir. Qeyd edilәnlәr mәhkәmәyә o nәticәyә gәlmәyә әsas verir ki, protokol tәrtib edilәrkәn sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamış vә inzibati xәta haqqında qanunvericiliyin tәlәblәri inzibati xәta haqqında işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulduğundan şikayәt tәmin edilmәli, X1 qәrarı lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Habelә iş materiallarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 266.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmәsi ilә bağlı inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçmişdir. Belә ki, iş materialları ilә müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) istinad olunan İXM-nin 266.3-cü maddәsi ilә müәyyәn olunmuş inzibati xәta hadisәsi ##.##.2025-ci il tarixdә baş vermişdir. İXM-nin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. Yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları, gömrük qaydaları, әtraf mühitin qorunması qaydaları, xarici dövlәtlәrin qeyri-hökumәt tәşkilatlarının filial vә ya nümayәndәliklәrinin fәaliyyәt göstәrmәsi qaydaları, qrant müqavilәlәrinin (qәrarlarının) qeydә alınması qaydaları, elәcә dә vergilәrin, rüsumların ödәnilmәsi, maliyyә vә sığorta qaydaları әleyhinә olan inzibati xәtalara görә, habelә qanunsuz sahibkarlıq fәaliyyәti ilә mәşğul olmağa, hüquqi şәxslәrin dövlәt reyestri üçün zәruri mәlumatların verilmәmәsinә, hüquqi şәxslәrin dövlәt qeydiyyatı zamanı yanlış mәlumatların verilmәsinә, siyasi partiyalar haqqında, qeyri-hökumәt tәşkilatları haqqında vә cinayәt yolu ilә әldә edilmiş pul vәsaitlәrinin vә ya digәr әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında, dövlәt satınalmaları haqqında, sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında, hәmçinin dәrman vasitәlәri haqqında qanunvericiliyin, әmәk qanunvericiliyinin, o cümlәdәn әmәyin mühafizәsi qaydalarının, istehsalatda baş verәn bәdbәxt hadisәlәrin araşdırılması vә uçota alınması qaydalarının, habelә әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin Azәrbaycan Respublikasında olması vә yaşaması qaydalarının, әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin işә cәlb edilmәsi qaydasının, kritik informasiya infrastrukturunun tәhlükәsizliyinin tәmin edilmәsi qaydasının pozulmasına, xırda talamaya görә inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) törәdilmiş inzibati xәtaya görә inzibati mәsuliyyәtә cәlb etmә müddәti ##.##.2026-ci il tarixdә başa çatdığına görә barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsinә әsasәn xitam verilmәlidir. İXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. İXM-nin 8.3-cü maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. Azәrbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Hәmin mәcәllәnin 53.2-ci maddәsinә әsasәn hәr hansı şәxs barәsindә başlanılmış inzibati xәtalar haqqında işlәr üzrә icraata, hәmçinin onun inzibati xәta törәdilmәsinә aidiyyәti olmadıqda vә ya tәqsirliliyi sübuta yetirilmәdikdә, o cümlәdәn tәqsirliliyin sübuta yetirilmәsindә qanuna zidd olaraq әldә edilmiş sübutlardan istifadә edildikdә xitam verilir. Yuxarıda şәrh edilәnlәrә әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt tәmin edilmәli, X1 sahә rәisi İsgәndәrli Kamran Salman oğlu tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. İXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. İXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 53, 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-in 266.3-cü maddәsi ilә tәqsirli bilinib 300 manat cәrimә olunmasına dair X1 sahә rәisi İsgәndәrli Kamran Salman oğlu tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilsin. İnzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt tәmin edilsin. İnzibati xәta haqqında iş üzrә icraata xitam verilsin. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-198/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-198/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver