Məhkəmə qərarları › İş №3(3-8)-202/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-202/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-202/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə (hakim N.N.Xəlilova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilməsi alınmışdır. İŞİN HALLARI: İnzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs X1 şikayət verərək həmin qərarın ləğv edilərək, İXM-in 528.1-ci maddəsi ilə inzibati həbs tənbeh növü tətbiq edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. ŞIKAYƏTİN DƏLİLLƏRİ : Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu hissə-hissə könüllü şəkildə ödədiyi göstərilmişdir. Bu qeyd həqiqəti əks etdirmir. Belə ki, onun tərəfindən müxtəlif inzibati orqanlara edilmiş çoxsaylı şikayətlər nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məcburi qaydada qeyd olunan ödənişləri həyata keçirmişdir. Eyni zamanda qeyd edir ki, borcun hissə-hissə ödənilməsi yalnız tələbkarın yazılı razılığı əsasında mümkündür. Lakin bu halda tələbkar tərəfindən belə bir yazılı razılıq verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər dəfə əsassız olaraq borcu birdəfəlik ödəmək imkanının olmadığını bildirmişdir. Bu baxımdan sual yaranır: əgər həmin şəxsin maddi imkanı yoxdursa, o, müvafiq məbləğdə vəsaiti icra orqanının depozit hesabına necə yerləşdirmişdir? PROSES İŞTİRAKÇILARININ İZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, Quba Rayon Məhkəməsinin 2024-cü il tarixdə qəbul etdiyi qətnamə hazırki tarixədək icra olunmur. Həmin qətnamə ilə barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs tərəfindən ona 5220 manat məbləğində maddi zərərin ödənilməsi qət edilmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs hissə-hissə olmaqla ona 2900 manat pul ödəmişdir, hazırda onun 2320 manat borcu vardır. Ödənilən 2900 manat məbləğində pul icra qurumunun depozit hesabına köçürüldüyündən qalan pulu ödəməmiş həmin məbləği götürə bilmir. Borclu bir dəfə də məhkəmə tərəfindən cərimə edilib, buna baxmayaraq borcu ödəmir. İndi də təkrar cərimə edilməsilə razı deyildir. Daha ciddi tənbeh həbs edilməsini istəyir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə əlavə olaraq qeyd etdi ki, o 2024-cü ilin dekabr ayından başlayaraq ödənişlər etmiş, borcunun çox hissəsini yekunlaşdırmışdır. Hazırda gündəlik 15 manat müqabilində fəhlə işləyir. Bir dəfə də cərimə edilmişdir, amma maddi vəziyyəti imkan vermir ki, çox ödənişlər etsin. Həm də atası və bacısı xəstə olduğu üçün onlara da baxmağa çalışır. 2026-cı ilin avqust ayınadək qalan borcunu da tam şəkildə ödəyəcəkdir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Quba Rayon İcra və Probasiya Şöbəsinin rəisi, R Arif İmanov Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsinə dair qərardan verilmiş apellyasiya şikayətinə baxılarkən onun tərəfindən bu günədək cəmi 2900 manat pul vəsaitin ödənildiyini, 2320,40 manat borcu qaldığını, həmçinin tələbkar X1 borcu birdəfəyə tam olaraq tələb etdiyini və bununla əlaqədar dəfələrlə müraciətlərinin olduğunu nəzərə alaraq qərar qəbul edilməsini xahiş edir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları ilə birgə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, iş üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı və bununla əlaqədar ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatın materialları həmin məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirmişdir ki, Quba Rayon Məhkəməsinin *(***)- ****/****-*** saylı, ##.##.2024-cü tarixli icra vərəqəsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 5220.40 manat məbləğində pul tutularaq tələbkar X1 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına ##.##.2024-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu üzrə bu günədək 2550 manat məbləğində ödəniş etmiş və hal-haızrda onun 2270,40 manat məbləğində qalıq borcu mövcuddur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilin təmiri ilə bağlı ödənilmiş 4740 (dörd min yeddi yüz qırx) manat, cərimələrə dair ödənilmiş 400 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 80,40 manat alınaraq, iddiaçı X1 ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Zərərçəkmiş şəxs apellyasiya qaydasında verilmiş şikayətində birinci instansiya məhkəməsinin qərarını mübahisələndirərək tətbiq edilmiş inzibati tənbeh növünün – cərimənin – kifayət qədər təsirli olmadığını, borclunun məhkəmə qərarını uzun müddət icra etmədiyini və yalnız məcburi tədbirlər nəticəsində qismən ödəniş etdiyini göstərmiş, bu səbəbdən barəsində daha sərt tənbeh növü olan inzibati həbsin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən borcun bir hissəsi – 2900 manat məbləğində vəsait ödənilmiş, lakin 2320,40 manat məbləğində borc ödənilməmiş qalmışdır. Eyni zamanda müəyyən olunur ki, ödənişlər icra qurumunun depozit hesabına köçürülmüşdür. Bununla belə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin borcun könüllü qaydada deyil, yalnız məcburi tədbirlər nəticəsində ödənilməsi barədə dəlilləri iş üzrə qiymətləndirilməli olan hallardandır və bu hal inzibati tənbehin növü və ölçüsü müəyyən edilərkən nəzərə alınmalı mühüm meyarlardan biridir. Digər tərəfdən, barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasında izahat verərək maddi vəziyyətinin ağır olduğunu, aşağı əmək haqqı ilə işlədiyini, ailə üzvlərinin xəstəliyi ilə əlaqədar əlavə xərclərinin olduğunu bildirmiş və borcun qalan hissəsini ödəmək niyyətində olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəmə hesab edir ki, İXM-in 31.2-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh təyin edilərkən şəxsin şəxsiyyəti, maddi vəziyyəti, törədilmiş xətanın xarakteri və digər hallar nəzərə alınmalıdır. Bu baxımdan yalnız borcun tam ödənilməməsi faktı avtomatik olaraq daha ağır tənbeh növü olan inzibati həbsin tətbiqi üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, iş materiallarında olan məlumatlara əsasən barəsində inzibati icraat aparılan şəxs daha əvvəl də eyni maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu hal təkrar törətmə məsələsinin hüquqi qiymətləndirilməsini tələb edir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan qərarı ləğv edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək ona 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati icraat aparılan şəxs artıq eyni icra sənədi üzrə İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və ona inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən həmin şəxsin eyni icra sənədi üzrə davranışına görə bir il müddəti keçmədiyi halda yenidən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Halbuki, İXM-nin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ayrıca hüquqi tərkib yaradır və belə hallarda əməl məhz həmin maddə üzrə tövsif olunmalıdır. Göründüyü kimi, iş materiallarında bu hal açıq-aşkar təsdiq olunsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hüquqi vəziyyətə düzgün qiymət verilməmiş, icra məmuru tərəfindən borclunun il ərzində inzibati xətanın təkrar törədilmə məsələsi araşdırılmamış və nəticədə şəxsin əməli düzgün hüquqi tövsif edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın düzgün tövsif edilməməsi, tətbiq edilməli maddənin səhv tətbiq edilməsi və iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmamasına məhkəmə tərəfindən münasibət bildirilməməsi iş üzrə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində iş üzrə bütün mühüm hallar, o cümlədən əvvəlki məhkəmə qərarlarının hüquqi nəticələri, təkrar törətmə məsələsi və tətbiq edilməli maddənin düzgün seçilməsi hərtərəfli araşdırılmamışdır. Belə ki, İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi və digər məsələləri həll edir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələlər barəsində qərardad qəbul edilir. İXM-nin 100.5.5-cı maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda həmçinin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən xüsusatlarla əlaqədar ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü inzibati xəta haqqında material yenidən hazırlıq mərhələsindən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati xətalar haqqında qanunla müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana göndərilməsi haqında qərar qəbul edilir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının İXM-nin 100, 106, 109, 134.1.4 və 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı və ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol Quba Rayon Məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə göndərilsin. Zərərçəkmiş şəxs X1 şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar