Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-204/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclasının katibi Mәmmәdli Sevinc Əbülfәz qızının katibliyilә, barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş Nuriyeva Nailә Rәhim qızının iştirakı ilә, Nuriyeva Nailә Rәhim qızının Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsi ilә 40 (qırx) manat cәrimә edilmәsinә dair Quba Rayon Polis Şöbәsinin Dövlәt Yol Polisi bölmәsinin polis mayoru Əliyev Nail Bәxtiyar oğlu tәrәfindәn qәbul edilmiş 04.02.2026-cı il tarixli, TP seriyalı 7815385 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasına dair Quba Rayon Mәhkәmәsinin 26 fevral 2026-cı il tarixli, 3(5-139)-121/2026 nömrәli qәrarından Nuriyeva Nailә Rәhim qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә Müəyyən etdi: Quba Rayon Mәhkәmәsinin 26 fevral 2026-cı il tarixli, 3(5-139)-121/2026 nömrәli qәrarı ilә Nuriyeva Nailә Rәhim qızının şikayәti tәmin edilmәyәrәk, Quba Rayon Polis Şöbәsinin Dövlәt Yol Polisi bölmәsinin 04.02.2026-cı il tarixli, TP seriyalı 7815385 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır. (hakim Nigar Xәlilova). İşin halları : Quba Rayon Polis Şöbәsinin Dövlәt Yol Polisi bölmәsinin polis mayoru Əliyev Nail Bәxtiyar oğlu 04.02.2026-cı il tarixli, TP seriyalı 7815385 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Nuriyeva Nailә Rәhim qızı 04.02.2026-cı il tarixdә saat 09:30-da Nissan Note minik markalı 77 RN 559 dövlәt qeydiyyat nömrәli nәqliyyat vasitәsini idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmadan manver etmә qaydalarını pozduğuna görә Azәrbaycan Respublikası İXM-in 327.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 40 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Nuriyeva Nailә Rәhim qızı Quba Rayon Mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati tәnbeh vermә haqqında 04.02.2026-cı il tarixli qәrarın lәğv edilmәsini xahiş etmişdir. Şikayәtә baxan Quba Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş Nuriyeva Nailә Rәhim qızı apellyasiya şikayәti verәrәk, Quba RPŞ-nin Dövlәt Yol Polisi bölmәsinin 04.02.2026-cı il tarixli, TP seriyalı 7815385 nömrәli qәrarının vә Quba Rayon Mәhkәmәsinin 26 fevral 2026-cı il tarixli, 3(5-139)- 121/2026 nömrәli qәrarının lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını tam vә hәrtәrәfli araşdırmamış, sübutların qiymәtlәndirilmәsi obyektiv aparılmamışdır. Belә ki, o, hәmin gün Bakı-Quba-Rusiya Federasiyası yolunun 169-cu km-dәn Quba-Qusar R-3 yolunun 0-cı km-nә döndüyü zaman baş yolda olmasına baxmayaraq arxadan gәlәn “Chevrolet Cruze” markalı (99-VJ-573) dövlәt qeydiyyat nömrәli avtomobil iki eyni istiqamәtli yolda yaşayış mәntәqәsindә ötmә qadağan olunan әrazidә 5.22 (Quba rayon göstәricisi) nişanı , 2.1 (baş yol) nişanı olmasına baxmayaraq “Chevrolet Cruze” markalı avtomobil “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanunu 51 maddәsinin I bәndinin tәlәblәrinә, qoyulmuş nişanlara mәhәl qoymadan kәsişmә vә dönmә yerlәrindә yaşayış mәntәqәlәrindә sağdan ötmә qadağan olunmasına baxmayaraq sağdan ötәrәk qәzaya sәbәb olmuşdur. Birinci instansiya mәhkәmәsi “Yol hәrәkәti haqqında” qanunun 42-ci maddәsini әsas götürәrәk onu tәqsirli hesab etmişdir. Hesab edir ki, “Yol hәrәkәti haqqında” qanunun 42-ci maddәsinin tәlәblәrinin bu işә heç bir aidiyyatı yoxdur, o, baş yolda hәrәkәtdә olmuş vә baş yolda olduğu zaman yaşayış mәntәqәsindә ötmә qadağan olunduğundan arxadakı avtomobil onu ötmәmәli idi. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs apellyasiya şikayәtini müdafiә edәrәk, Quba RPŞ-nin Dövlәt Yol Polisi bölmәsi tәrәfindәn qәbul edilmiş inzibati tәnbeh vermә haqqında qәrarın vә Quba Rayon Mәhkәmәsinin 26 fevral 2026-cı il tarixli, 3(5-139)-121/2026 nömrәli qәrarının lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş Quba RPŞ-nin Dövlәt Yol Polisi bölmәsinin nümayәndәsi mәlumatlandırılmış olsa da, mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәlumat vermәmişdir. Mәhkәmә şikayәtә Quba RPŞ-nin Dövlәt Yol Polisi bölmәsinin nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, şikayәtçini dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәli, inzibati tәnbeh vermә haqqında qәrar vә birinci instansiya mәhkәmәsinin qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata әmәldә inzibati xәta tәrkibi olmadığından xitam verilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarına әlavә edilmiş 04.02.2026-cı il tarixli TP7815385 saylı qәrardan görünür ki, Nuriyeva Nailә Rәhmi qızı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsi ilә tәqsirli bilinib, 40 manat mәblәğindә cәrimә edilmişdir. 1-ci instansiya mәhkәmәsi zamanı müәyyәn etmişdir ki, inzibati xәtanın baş verdiyi 22.12.2025-ci il tarixdә Nissan Note minik markalı 77 RN 559 dövlәt qeydiyyat nömrәli nәqliyyat vasitәsi dönәrkәn öz trayektoriyasından çıxmışdır. Bu zaman digәr nәqliyyat vasitәsi sağa dönәrkәn ona tәhlükә yaratmış, manevr qaydalarını pozmuşdur. Birinci instansiya mәhkәmәsi mәhkәmәyә tәqdim edilmiş fotomaterial vә video görüntününü araşdırmaqla “Yol hәrәkәti haqqında” Qanunun 42-ci maddәsinin I, III, V, VI bәndlәrinә istinad edәrәk, hesab etmişdir ki, Nuriyeva Nailә öz nәqliyyat vasitәsini idarә edәrkәn öz hәrәkәt trayektoriyasından çıxmışdır. Birinci instansiya mәhkәmәsi mübahisәlәndirilәn qәrarını onunla әsaslandırmışdır ki, yol-hәrәkәt qaydalarına әsasәn dönmә işiqlarının yandırılması tәhlükәsiz manevr etmә vә hәrәkәtin digәr iştirakçıları üçün maneә yaratmamaq öhdәliyindәn azad etmir. Əlavә olaraq eyni sәmtә gedәn nәqliyyat vasitәlәri yerdәyişmәni eyni vaxtda edirlәrsә, onda sürücü özündәn sağdakı nәqliyyat vasitәsinә yol vermәlidir. Birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsaslı hesab edilә bilmәz ona görә ki, işin faktiki halları inzibati xәtalar qanunvericiliyinin tәlәblәri ilә uzlaşmır. Apellyasiya mәhkәmәsindә әldә edilmiş fotomaterial vә video görüntülәr araşdırılarkәn müәyyәn olunmuşdur ki, Nissan Note minik markalı 77 RN 559 dövlәt qeydiyyat nömrәli nәqliyyat vasitәsi hәrәktәdә olarkәn öz hәrәkәt trayektoriyasından çıxmamış, yol-hәrәkәt qaydalarına әsasәn dönmә işiqlarını yandırılmaqla tәhlükәsiz manevr etmiş vә hәrәkәtin digәr iştirakçıları üçün maneә yaratmamışdır. Əlavә olaraq eyni sәmtә gedәn “Chevrolet Cruze” markalı 99-VJ-573 dövlәt qeydiyyat nömrәli nәqliyyat vasitәsi “Yol hәrәkәti haqqında” Qanunun 51-ci maddәsinin I bәndinin tәlәblәrini pozaraq girmәk istәdiyi hәrәkәt zolağının ötmә üçün kifayәt edәcәk mәsafәdә boş olmasını vә bu manevr ilә o, bu zolaqda gedәn nәqliyyat vasitәsi üçün maneә yaratmadan, özündәn qabaqda gedәn nәqliyyat vasitәsini ötmә barәdә siqnal vermәdәn ötmәyә başlamışdır. Apellyasiya mәhkәmәsi qeyd edir ki, inzibati xәtanın baş vermәsini, elәcә dә şәxsin tәqsirliliyini sübuta yetirmәk sәlahiyyәtli orqanın üzәrinә düşür vә inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Lakin birinci instansiya mәhkәmәsi tәrәfindәn qeyd olunan xüsusatlar üzrә araşdırma aparılsa da, düzgün nәticәyә gәlinmәmişdir. Ona görә dә hesab edilir ki, işә mәhkәmәdә baxılarkәn Nuriyeva Nailә Rәhim qızı tәrәfindәn İXM-nin 327.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta hadisәsinin törәdilmәsi sübut olunmadan qәrar qәbul edilmişdir. Qeyd edilәnlәr mәhkәmәyә o nәticәyә gәlmәyә әsas verir ki, protokol tәrtib edilәrkәn sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamış vә inzibati xәta haqqında qanunvericiliyin tәlәblәri inzibati xәta haqqında işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulduğundan şikayәt tәmin edilmәli, Quba RPŞnin Dövlәt Yol Polisi bölmәsinin vә birinci instansiya mәhkәmәsinin qәrarları lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. İXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. İXM-nin 8.3-cü maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. Bu sәbәbdәn, birinci instansiya mәhkәmәsinin qәrarı vә inzibati tәnbeh vermә haqqında qәbul edilmiş qәrar qanunsuz vә әsassız hesab edilmәklә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. İXM-nin 48-ci maddәsinin tәlәblәrinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İXM-nin 76-cı maddәsinin tәlәblәrinә görә inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. İXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Hәmin Mәcәllәnin 53.1.2-ci maddәsinә әsasәn әmәldә inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Yuxarıda şәrh edilәnlәrә әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayәt tәmin edilmәli, Quba Rayon Polis Şöbәsinin Dövlәt Yol Polisi bölmәsinin 04.02.2026-cı il tarixli, TP seriyalı 7815385 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı vә Quba Rayon Mәhkәmәsinin 26 fevral 2026-cı il tarixli, 3(5-139)-121/2026 nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. İXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. İXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 53, 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilsin. Nuriyeva Nailә Rәhim qızının Azәrbaycan Respublikası İXM-in 327.1-ci maddәsi ilә tәqsirli bilinib 40 manat cәrimә olunmasına dair Quba Rayon Polis Şöbәsinin Dövlәt Yol Polisi bölmәsinin 04 fevral 2026-cı il tarixli, TP seriyalı 7815385 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı vә Quba Rayon Mәhkәmәsinin 26 fevral 2026-cı il tarixli, 3(5-139)-121/2026 nömrәli qәrarı lәğv edilsin. İnzibati xәta haqqında iş üzrә icraata әmәldә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-204/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-204/2026
07.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver