Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-205/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (İnzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi ilə, İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasova Qürur Vüqar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim N.Ə.İsmayılov) İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İŞİN HALLARI : İnzibati materialdan müəyyən olunur ki, İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, R X1 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasova Qürur Vüqar qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, inzibati işə üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı işin faktiki halları ilə uzlaşmır və sübutların düzgün, tam və obyektiv qiymətləndirilməməsi nəticəsində qəbul edilmişdir. Məhkəmə qərarında qeyd etsə də ki, sübutları daxili inam əsasında qiymətləndirmişdir, lakin bu qiymətləndirmə birtərəfli xarakter daşıyır və tərəfimizdən təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verilməmiş, şahid ifadələrində mövcud olan ciddi ziddiyyətləri aradan qaldırmamışdır. Belə ki, şahidlərin bir qismi xəsarətin əvvəlcədən mövcud olduğunu bildirmiş, digər şahid isə xəsarətin necə baş verdiyini görmədiyini etiraf etmişdir. Bu cür ziddiyyətli ifadələr şəraitində hadisənin başvermə mexanizmi, o cümlədən xəsarətin kim tərəfindən və hansı şəraitdə yetirilməsi şübhə doğurur. Hadisənin vaxt ardıcıllığı ilə bağlı təqdim olunan texniki sübutlar (səs yazıları və video qeydlər) məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamış və ya lazımi qaydada qiymətləndirilməmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, İlyasova Qürur və onunla birlikdə olan şəxslər saat 11:21 radələrində qapını döymüş, bu zaman səs yazısı aparılmış və həmin yazının müddəti 1 dəqiqə 11 saniyə təşkil etmişdir. Bundan dərhal sonra, saat 11:23-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edilmiş, bir dəqiqəlik danışıq həyata keçirilmiş, daha sonra isə saat 11:25-də yenidən polisə zəng olunmuşdur. Eyni saat – 11:25-də hadisə yerində video çəkiliş aparıldığı və həmin görüntülərdə zərərçəkmiş şəxsin qulaq nahiyəsində qan izlərinin artıq qurumuş vəziyyətdə olduğu aşkar görünür. Bu hal xəsarətin məhz həmin vaxt intervalında, yəni tərəflərin qarşılıqlı təmasından dərhal sonra törədilməsi versiyasını ciddi şəkildə şübhə altına alır. Çünki tibbi və məntiqi baxımdan yeni yaranmış xəsarətdə qanaxmanın aktiv olması gözlənildiyi halda, təqdim olunan görüntüdə qanın artıq qurumuş vəziyyətdə olması xəsarətin daha əvvəl baş verdiyini ehtimal etməyə əsas verir. Tərəflərindən irəli sürülən və iş materialları ilə də dolayı şəkildə təsdiq olunan mühüm hal ondan ibarətdir ki, zərərçəkmiş şəxsin qulaq nahiyəsində olan xəsarət hadisədən əvvəl – konkret olaraq bir gün əvvəl keçirilmiş toy mərasimində uzun və ağır sırğa taxılması nəticəsində yaranmışdır. Bildirildiyinə görə, həmin sırğanın çəkisi və uzun müddət istifadəsi nəticəsində qulaq nahiyəsində zədələnmə baş vermiş, bu zədələnmə sonradan qançır və qan izləri ilə müşayiət olunmuş və hadisə vaxtına qədər qurumuş vəziyyətə keçmişdir. İş materiallarında mövcud olan və hadisə zamanı çəkilmiş foto və video görüntülərdə də zərərçəkmiş şəxsin qulağında qanaxmanın aktiv deyil, məhz qurumuş vəziyyətdə olduğu aydın müşahidə olunur. Bu isə tibbi və məntiqi baxımdan xəsarətin həmin anda, yəni iddia edilən fiziki təsir nəticəsində törədilməsini istisna edən ciddi göstəricidir. Əgər iddia edilən xəsarət həqiqətən bu qədər qısa zaman kəsiyində onun tərəfindən yetirilmiş olsaydı, şəxsin qulağından qan axmalı idi. Belə ki, yeni yaranmış mexaniki xəsarətlərdə, xüsusilə qulaq nahiyəsi kimi həssas sahədə, qanaxmanın dərhal baş verməsi və müəyyən müddət davam etməsi təbii haldır. Halbuki təqdim olunan görüntülərdə qanın axar vəziyyətdə deyil, artıq qurumuş formada olması xəsarətin daha əvvəlki zaman kəsiyində yarandığını ehtimal etməyə əsas verir. Bu hal onların mövqeyini təsdiqləməklə yanaşı, məhkəmənin qəbul etdiyi nəticə ilə ziddiyyət təşkil edir. Məhkəmə isə bu mühüm faktı lazımi səviyyədə araşdırmadan və tibbi-məntiqi baxımdan qiymətləndirmədən, formal şəkildə rədd etmişdir ki, bu da sübutların qiymətləndirilməsi prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, müəyyən olunur ki, tərəflər hadisə yerində polis əməkdaşlarını gözləmiş, lakin sonradan ərazini tərk etmiş və saat 11:32-də çəkilmiş digər video görüntü ilə onların artıq hadisə yerindən uzaqlaşdıqları təsdiq olunur. Bu isə onu göstərir ki, hadisə çox qısa zaman intervalında baş vermiş və həmin müddət ərzində zərərçəkmişə məhkəmənin qəbul etdiyi kimi xəsarət yetirilməsi versiyası obyektiv baxımdan inandırıcı görünmür. Belə mühüm zaman ardıcıllığı və texniki sübutlar iş üzrə həqiqətin müəyyən edilməsi üçün əsaslı əhəmiyyət kəsb etsə də, məhkəmə bu halları araşdırmamış və qərarında onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə-tibbi ekspertiza rəyi də təqsirin qəti şəkildə sübuta yetirilməsi üçün kifayət etmir. Ekspert rəyində yalnız xəsarətlərin müəyyən tarixə uyğun gələ biləcəyi qeyd olunmuş, lakin həmin xəsarətlərin konkret olaraq İlyasova Qürur tərəfindən yetirildiyi təsdiq edilməmişdir. Yəni, səbəb-nəticə əlaqəsi və təqsirkar şəxs məsələsi açıq qalır. Belə olan halda, mövcud şübhələr təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməli olduğu halda, məhkəmə əks mövqe tutaraq təqsiri sübuta yetirilmiş hesab etmişdir. Əlavə olaraq qeyd edirlər ki, ## ###### 2026-cı il tarixində zərərçəkən kimi tanınan Təcrinin bacısı Tüncarə Cabbarova da orada olmuşdur. şahid3 məhkəmə iclasında da bir daha təsdiq etmişdir ki, onun tərəfindən bacısına heç bir xəsarət yetirilməyib və Təcrinin qulağında olan yara izi isə 1 gün əvvəldən mövcud olmuşdur. Bütün bunlar göstərir ki, iş üzrə toplanmış sübutlar İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir və onun təqsiri şübhədən kənar sübuta yetirilməmişdir. Mövcud şübhələrin aradan qaldırılmaması və onların təqsirləndirilən şəxsin ziyanına şərh edilməsi isə hüququn fundamental prinsiplərinə ziddir və qəbul edilmiş qərarın ləğv edilməsini zəruri edir. PROSESSUAL MƏSƏLƏLƏR : Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİnin 1-ci PB-nin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verilməmişdir. Hesab edirəm ki, apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokolu tərtib etmiş polis şöbəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini inzibati icraat materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməməlidir, ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X1 izahat verib bildirmişdir ki, təhqiqat qərarı, ekspert rəyi, izahatlara əsasən İlyasova Qürur Vüqar qızının barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Qürur İsmayılova və xalası şahid1 ##.##.2026-cı il Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46/1, mənzil 14-də xonça götürmək üçün Zərərçəkmiş şəxs evinə getmiş və mübahisə baş vermişdir. Nəticədə Qürur İsmayılova ekpert rəyinə görə Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, *** saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol qulaq sırğalığının, sol körpücüküstü nahiyyənin sıyrıqları, sol saidin aşağı 1/3-nin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla ##.##.2026-cı il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs döyülməsilə bağlı İlyasova Qürur Vüqar qızının barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat başlanılması üçün qərarın surəti Sumqayıt ŞPİnin 1-ci PB-nə göndərilmişdir. Birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, Q.İlyasova məhkəmə iclasında fotoşəkil təqdim edərək Zərərçəkmiş şəxs qulağındakı xəsarətin bir gün əvvələ aid olmasını bildirsə də, iş materialları ilə həmin hal təkzib olunmuşdur. İlkin olaraq ekspert rəyində xəsarətin ##.##.2026-cı il tarixə uyğun gələ bilməsi qeyd olunmuş, xəsarətin özü tərəfindən yetirilməsi inkar olunmuşdur. Birinci instansiya məhkəməsi qərarda onu da qeyd etmişdir ki, məhkəmə iclası zamanı təqdim edilən fotoşəkilin hadisə vaxtı Qürur tərəfindən qeydə alınan videogörüntüdən çıxarış olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, fotoşəkildə qanın axmaması həmin xəsarətin bir gün əvvəl törədilməsinə birbaşa dəlalət etmir. Həmçinin, ekspert rəyində sol körpücüküstü nahiyyənin sıyrıqları, sol saidin aşağı 1/3-nin qançırı xəsarətləri də müəyyən edilmişdir ki, həmin xəsarətlərin Təcrinin tanışı Ləman adlı şəxs tərəfindən törədilməsi faktı təsdiqini tapmamışdır. Təcrinin bacısı olan, həmçinin Qürurun gəlini hesab edilən Tüncarə məhkəmə iclası zamanı həmin faktı birbaşa görmədiyini bildirmiş, şahid qismində ifadə verən Ləman da həmin faktı təkzib etmişdir. Apellyasiya şikayətində göstərilən “sübutların birtərəfli qiymətləndirilməsi”, “şahid ifadələrində ziddiyyətlər”, “xəsarətin əvvəlcədən mövcud olması”, “texniki sübutların nəzərə alınmaması” və “ekspert rəyinin qeyri-müəyyənliyi” barədə dəlillər iş materialları ilə öz təsdiqini tapmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. İlk növbədə, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq, işin bütün hallarının məcmusu əsasında, hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirilmişdir. Məhkəmənin gəldiyi nəticə yalnız ayrı-ayrı sübutlara deyil, onların qarşılıqlı əlaqədə təhlilinə əsaslanmışdır. Apellyasiya şikayətində şahid ifadələri arasında ziddiyyətlərin olduğu göstərilsə də, məhkəmə hesab edir ki, bu ziddiyyətlər iş üzrə həlledici xarakter daşımır və təqsirin sübuta yetirilməsinə mane olmur. Belə ki, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin ümumi gedişi və digər sübutlarla uzlaşır. Şahidlərdən bəzilərinin xəsarətin konkret yaranma anını görməməsi və ya fərqli qiymətləndirmələr verməsi onların ifadələrinin tam inkar edilməsinə əsas vermir və ümumi sübutlar məcmusunu zəiflətmir. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertiza rəyi ilə zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlərin küt əşyanın təsiri nəticəsində, hadisə tarixinə uyğun zamanda əmələ gəldiyi müəyyən edilmiş, həmin xəsarətlərin öz-özünə yetirilməsi istisna olunmuşdur. Bu hal apellyasiya şikayətində iddia olunduğu kimi xəsarətin əvvəlcədən mövcud olması versiyasını təkzib edir. Apellyasiya şikayətində xəsarətin toy mərasimində sırğa nəticəsində yarandığı və hadisə zamanı qanın qurumuş vəziyyətdə olması ilə bağlı arqumentlər irəli sürülsə də, məhkəmə hesab edir ki, bu iddialar ehtimala əsaslanır və obyektiv sübutlarla təsdiqlənmir. Foto və video görüntülərdə qanın axar vəziyyətdə olmaması xəsarətin mütləq şəkildə daha əvvəl törədilməsinə dəlalət etmir və bu hal tibbi ekspertiza rəyini şübhə altına almır. Eyni zamanda, apellyasiya şikayətində qeyd olunan texniki sübutların (səs yazıları, zəng vaxtları və video görüntülər) hadisənin başvermə mexanizmini istisna etməsi barədə arqumentlər də əsassızdır. Həmin materiallar hadisənin müəyyən zaman intervalında baş verdiyini təsdiq etsə də, zərərçəkmişə məhz həmin müddətdə xəsarət yetirilməsini istisna etmir və digər sübutlarla birlikdə qiymətləndirildikdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə ziddiyyət yaratmır. Bundan əlavə, apellyasiya şikayətində göstərilən şahid Tüncarə Cabbarovanın ifadəsi də təqsiri istisna edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin şahid xəsarətin törədilməsini birbaşa müşahidə etmədiyini bildirmiş, onun ehtimala əsaslanan mülahizələri isə digər obyektiv sübutlarla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu – inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və məhkəmə-tibbi ekspertiza rəyi – birlikdə qiymətləndirildikdə İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya şikayətində göstərilən digər dəlillər də formal xarakter daşıyır, iş üzrə müəyyən edilmiş faktiki halları və sübutların hüquqi qiymətləndirilməsini təkzib etmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirdikdə yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasova Qürur Vüqar qızının İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair apellyasiya şikayətində göstərdiklərinə tənqidi yanaşaraq hesab edirəm ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıması və inzibati məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlıdır. Onun birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatı işin halları ilə təkzib edilir. Hesab edirəm ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilən hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasova Qürur Vüqar qızı tərəfindən birinci instansiya məhkəməsində göstərdiyi hallarla eynilik təşkil etdiyindən və həmin hallara dair birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməyərək həmin dəlillər birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İlyasova Qürur Vüqar qızının törətdiyi inzibati xətanın xarakteri və şəxsiyyəti nəzərə alınaraq məhkəmənin təyin etdiyi tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir ona görə ki, İlyasova Qürur Vüqar qızı barəsində təqsirli bilindiyi maddə üzrə minumum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hesab edirəm ki, İlyasova Qürur Vüqar qızının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasının minimum həddində - 300 (üç yüz) manat miqdarında cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün qərar qəbul edilməsinə əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A RA ALDİ : İlyasova Qürur Vüqar qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İlyasova Qürur Vüqar qızının apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-205/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-205/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver