Məhkəmə qərarları › İş №3(3-8)-206/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-206/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-206/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, X4nun iştirakı ilә Tәhmәzov Çingiz Ədil oğlunun Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından X4 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Tәhmәzov Çingiz Ədil oğlu Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinib, 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә olunmuşdur (hakim Firuzә Kәrimova). Işin halları: Abşeron rayon icra vә probasiya şöbәsinin icra mәmuru X3 tәrәfindәn Tәhmәzov Çingiz Ədil oğlu barәsindә tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli protokoldan görünür ki, borclu Tәhmәzov Çingiz Ədil oğlu Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdini üzrsüz sәbәbdәn icra etmәmiş, bununla da, o, IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Apellyasiya şikayətinin dəlilləri: X4 Abşeron Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә Tәhmәzov Çingiz Ədil oğlunun barәsindә inzibati hәbs tәtbiq olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә X4 apellyasiya şikayәtini müdafiә edәrәk, Tәhmәzov Çingiz Ədil oğlunun barәsindә inzibati hәbs tәtbiq olunması barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә daxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Tәhmәzov Çingiz Ədil oğlu vә Abşeron rayon icra vә probasiya şöbәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişlәr vә gәlmәmәlәrinin sәbәblәri barәdә mәlumat vermәmişlәr, bu sәbәbdәn şikayәt üzrә mәhkәmә baxışı iclasının onların iştirakları olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, tәlәbkarı dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdinә әsasәn Tәhmәzov Çingiz Ədil oğlunan maddi ziyanın әvәzi qismindә 2112 manat, ödәnilmiş cәrimәlәrә görә 535 manat olmaqla, ümumilikdә 2647 manat mәblәğindә pul vәsaitinin tutularaq X1 ödәnilmәsi qәrara alınmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli “icraata başlamaq” haqqında qәrardan görünür ki, Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdi üzrә icraata başlanılmış vә hәmin tarixdә cavabdeh Tәhmәzov Çingiz Ədil oğluna tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbardarlıq edilmişdir. Mәhkәmә inzibati xәta törәtmiş şәxs barәsindә daha sәrt cәza tәyin edilmәsinә dair şikayәtin dәlillәri ilә bağlı qeyd edir ki, inzibati xәta törәtmiş şәxsә tәyin olunmuş inzibati tәnbeh növünün ağırlaşdırılması üçün әsaslar yoxdur. Belә ki, qanunun tәlәbinә әsasәn mәhkәmә inzibati tәnbeh tәtbiq edәrkәn xәtanın xarakterini, inzibati xәta törәtmiş şәxsin şәxsiyyәtini, onun tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini, mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 32.2-ci maddәsinә әsasәn inzibati tәnbeh tәtbiq edilәrkәn bu Mәcәllәnin 32.1.1-32.1.7-ci maddәlәrindә göstәrilmәmiş başqa hallar da hakim tәrәfindәn mәsuliyyәti yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. Mәhkәmә törәdilmiş inzibati xәtanın xarakterini, Tәhmәzov Çingiz Ədil oğlunun şәxsiyyәtini, tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini, mәsuliyyәtini ağırlaşıdıran hallar olmamaqla yanaşı hazırki vәziyyәtdә hәbs olunması üçün әsaslar olmamasını nәzәrә alaraq, onun barәsindә inzibati cәrimә tәtbiq edilmәsinә dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni düzgün hesab edir. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә qeyd olunan inzibati xәtanın obyekti әdalәt mühakimәsinin, xeyrinә mәhkәmә qәrarı çıxarılmış ayrı-ayrı hüquqi vә fiziki şәxslәrin, habelә dövlәtin mәnafeyi olmaqla, obyektiv cәhәtdәn qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsini qәrәzli olaraq icra etmәmәdә, hәmin mәhkәmә qәtnamәsinin icrasına maneçilik törәtmәdә, habelә icra ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini icra etmәmәdә ifadә olunur. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәrәkәtlәrini davam etdirmiş olsun. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Tәhmәzov Çingiz Ədil oğlu barәsindә tәtbiq olunmuş inzibati cәrimә tәnbeh tәdbiri ilә bağlı mәhkәmә qeyd edir ki, birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd olunan qәnaәti inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur. Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Mәhkәmә yuxarıda şәrh edilәnlәrә әsasәn hesab edir ki, icra sәnәdi üzrә tәlәbkar tәrәfindәn verilmiş apellyasiya şikayәtini tәmin edib, inzibati xәta törәdәn Tәhmәzov Çingiz Ədil oğlunun inzibati qaydada hәbs olunması üçün әsaslar olmadığından, Tәhmәzov Çingiz Ədil oğlunun Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. X4 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar