Məhkəmə qərarları › İş №3(3-8)-207/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-207/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-207/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Quliyev Elsevәr Boris oğunun katibliyi ilә, Protokol tәrtib edәn Azәrbaycan Respublikasının X5 X2 İdarәsinin nümayәndәsi X1 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC-nin nümayәndәsi Hüseynova Leyla İlqar qızının iştirakı ilә, “xxxx” MMC-nin barәsindә Azәrbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Quba Rayon Mәhkәmәsinin *(***)- ****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının X5 X2 İdarәsi “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 428.7.1-ci maddәsinә әsasәn tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmişdir. Quba Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı (hakim G.Kamilli) ilә “xxxx” MMC-nin Azәrbaycan Respublikası İXM-nin 428.7.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 5000 (beş min) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Quba Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qәrarı lәğv edilmәli vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәlidir. Belә ki, qәrarda göstәrilir ki, toplanmış sübutlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edir ki, «xxxx» MMC müvafiq icra hakimiyyәti orqanının yaratdığı qurumun açıq mәkanda reklam sahәsindә (o cümlәdәn tikintisinә icazә tәlәb olunmayan açıq mәkanda reklam qurğularının quraşdırılması vә sökülmәsi sahәsindә) nәzarәtin hәyata keçirilmәsi çәrçivәsindә verdiyi yazılı göstәrişlәrin vә qәrarların (bu Mәcәllәnin 394.0.7-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) vaxtında vә tam yerinә yerinә yetirmәmәklә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 428.7.1ci maddәsindә nәzәrdә tutulan әmәli törәtmişdir. Onun әmәli düzgün olaraq hәmin maddә ilә tövsif olunmuşdur. «xxxx» MMC-nin әmәlinin inzibati xәta olmasını aradan qaldıran hallar vә inzibati mәsuliyyәtdәn azad edilmәsi üçün әsaslar yoxdur. İşin halları ondan ibarәtdir ki, Quba şәhәri, M.P.Vaqif küçәsindә yerlәşәn "xxxx" MMC-ә mәxsus "Citynet" adlı obyektin fasadında 1 ildәn artıqdır ki, müvafiq icazә alınmaqla reklam yerlәşdirilmişdir. Hәmin reklam üçün müәyyәn olunmuş xidmәt haqqı 6 aylıq müddәtinә ödәnilir. Xidmәt haqqının ödәnilmәsi üçün bildiriş isә şirkәtә rәsmi daxil olmamışdır. Bildiriş uzun danışıqlardan sonra 2025-ci ilin dekabr ayının sonlarında onlara verilmiş vә tәrәflәrindәn dәrhal ödәniş hәyata keçirilmişdir. Mәhkәmә iş materiallarında olan Azәrbaycan Respublikası X5 X2 İdarәsinin ##.##.2025-ci il tarixli mәktubuna istinad edәrәk göstәrmişdir ki, hüquqi şәxsә "Reklam haqqında" AR Qanunun tәlәblәrinin pozuntusu barәdә rәsmi qaydada mәlumat verilmişdir. Buna baxmayaraq, MMC tәrәfindәn ödәniş AR X5 X2 İdarәsi tәrәfindәn ##.##.2025-ci il tarixdә protokol tәrtib edildikdәn vә mәhkәmәyә tәqdim edildikdәn sonrakı tarixdә hәyata keçirilmişdir. Bununla bağlı bildirilir ki, hәmin göstәrişdә açıq mәkanda reklam yerlәşdirilmәsi ilә bağlı "pozuntu"ların aradan qaldırılması әks olunsa da, "pozuntu"nun konkret nәdә ifadә edilmәsi bildirilmәmişdir. İş materiallarından isә görünür ki, Reklam İdarәsi "pozuntu" olaraq xidmәt haqqının vaxtında ödәnilmәmәsini göstәrmişdir. Xidmәt haqqı isә daha әvvәl dә bildirdiyimiz kimi bu barәdә bildiriş verilmәdiyi üçün ödәnilmәmişdir. Eyni zamanda hәmin göstәrişә qoşma olunmuş sәnәdlәrin dә siyahısında bildiriş olmamışdır. Mәhkәmә qәrarında göstәrmişdir ki, hüquqi şәxsin bildirişi hәqiqәtәn dә 2025-ci ilin dekabr ayında әldә etmәsi hәr hansı qaydada sübuta yetirilmәmişdir. Eyni zamanda reklam idarәsi ## ######## 2025-ci il tarixdә tәrtib edilmiş dövlәt rüsumunun ödәnişi barәdә bildirişi hәmin tarixdә tәqdim etmәsi ilә bağlı da mәhkәmәyә rәsmi qaydada sәnәd tәqdim etmәmişdir. Əlavә olaraq AR X5 X2 İdarәsinin nümayәndәsi ilә "xxxx" MMC-nin әmәkdaşı arasında rüsumun ödәnişi ilә bağlı müvafiq danışıqların aparılması ilә әlaqәdar yazışmalar mәhkәmәyә tәqdim edilmişdir. Belәliklә dә, yuxarıda sadalanan hallar "xxxx" MMC-nin mәlumatının mövcud olmasını istisna etmәmişdir. Göründüyü kimi ilk növbәdә Reklam İdarәsi göstәrilәn bildirişin rәsmi qaydada tәqdim edilmәsini sübuta yetirmәli idi. Lakin bunu sübuta yetriә bilmәmişdir. İdarәnin әmәkdaşı ilә "xxxx" MMC-nin әmәkdaşı kimi tәqdim edilәn şәxs arasında yazışma isә ümumiyyәtlә sübut kimi qәbul edilә bilmәz. Bütün bunlardan әlavә, hәtta xidmәt haqqının üzrsüz sәbәbdәn gec ödәnildiyi sübuta yetirilsә belә, bu hal cәmiyyәtimizin İnzibati Xәtalar Mәcәllәsinin 428.7.1-ci maddәsi ilә tәqsirli bilinmәsi üçün әsas ola bilmәz. Belә ki, 428.7.1-ci maddәyә görә müvafiq icazә olmadan, hәmçinin onun tәlәblәri pozulmaqla açıq mәkanda reklam yerlәşdirilmәsinә görә mәsuliyyәt nәzәrdә tutulmuşdur. Göstәrilәn normanın dispozisiyasından görünür ki, müvafiq icaza alınmadan reklam yerlәşdirilmәsi inzibati xәta hesab edilir. Xidmәt haqqının gec ödәnilmәsi icazә alınmadan reklam yerlәşdirilmәsi kimi başa düşülmәli deyil. Çünki işin hallarından görünür ki, hәmin reklam lövhәsi 1 ildәn çox bir müddәtdir ki, yerlәşdirilib vә әvvәlki dövrlәrin xidmәt haqqları ödәnilib. "İcazә" sözü isә özü etimoloji cәhәtdәn әrәb mәnşәlidir vә Azәrbaycan dilinә "icazәt" kökündәn keçmişdir. Əsas mәnası bir işi yerinә yetirmәyә, hәrәkәt etmәyә, müәyyәn hüquqdan istifadә etmәyә razılıq, sәlahiyyәt vә ya hüquq vermәkdir. Ədәbi dildә, hüquqi sәnәdlәrdә vә gündәlik nitqdә bu anlayış adәtәn rәsmi razılıq, müvafiq sәlahiyyәtli şәxsin vә ya orqanın razılığı şәklindә işlәdilir. Bütün bunlardan belә nәticәyә gәlmәk olur ki, "xxxx" MMC göstәrilәn reklam lövhәsini quraşdırmaq üçün müvafiq sәlahiyyәti olmuş, 1 İldәn çox bir müddәtdә Reklam İdarәsi buna heç bir irad bildirmәmişdir. Yalnız xidmәt haqqının üzrülü sәbәbdәn gec Ödәnilmәsinә görә inzibati xәta haqqında protokol tәrtib etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. “xxxx” MMC tәrәfindәn AR X5 Quba Regional İdarәsinә әrizә ünvanlanaraq mәktubun әlavәsindә göstәrilәn qurğu vә ünvanlarda ## #### 2025-ci il tarixdәn etibarәn ## ###### 2026cı il tarixinә kimi açıq mәkanda reklam yerlәşdirilmәsi üçün icazә verilmәsinә razılıq verilmәsi xahiş edilmişdir. Eyni zamanda icazәnin verilmәsinә görә qanunvericiliklә müәyyәn edilmiş mәblәğdә vә qaydada dövlәt rüsumunun, hәmçinin reklam yayımına görә haqqın ödәnilmәsinә zәmanәt verilmişdir. ##.##.2025-ci il tarixdә tәrtib edilmiş akta әsasәn Quba şәhәri, M.P.Vaqf küçәsindә yerlәşәn “xxxx” MMC-yә mәxsus “Citynet” adlı obyektin fasadında ##.##.2025-ci il tarixdә müvafiq icazә olmadan açıq mәkanda qanunsuz reklam aşkar edilmişdir. ##.##.2025-ci il tarixli «xxxx» MMC-yә ünvanlanmış göstәrişdәn görünür ki, Quba şәhәri, M.P.Vaqif küçәsi ünvanında yerlәşәn “Citynet” obyektinә aid açıq mәkanda olan reklamlara görә müvafiq icazә alınması üçün 5 gün әrzindә X2 İdarәsinә müraciәt edilmәsi vә ya icazәsiz reklam yayımının dayandırılması xahiş olunmuşdur. Qeyd edilmişdir ki, müvafiq icazә olmadan açıq mәkanda reklam yayımı davam etdirilәcәyi tәqdirdә, İdarә tәrәfindәn mövcud qanunvericilikdә nәzәrdә tutulmuş mәsuliyyәt tәdbirlәri, o cümlәdәn reklamların yayımlanmasının dayandırılması ilә bağlı tәdbirlәr görülәcәkdir. Göstәrişin ##.##.2025-ci il tarixdә rәsmi qaydada tәqdim edilmәsi ilә bağlı xәbәrnamә iş materiallarına әlavә edilmişdir. AR X5 X2 İdarәsi tәrәfindәn dövlәt rüsumunun ödәnişi üçün ## ######## 2025-ci il tarixdә “xxxx” MMC-yә bildiriş göndәrilmişdir. ##.##.2025-ci il tarixli, ******-**** nömrәli ödәniş tapşırığına әsasәn “xxxx” MMC tәrәfindәn ## ###### 2025-ci il tarixdә 8.40 manat mәblәğindә ödәniş hәyata keçirilmişdir. “Reklam haqqında” Azәrbaycan Respublikası Qanunun; 26.1-ci maddәsinә әsasәn reklam birbaşa vә ya reklam daşıyıcısı vasitәsilә torpaq sahәlәrindә, bina, qurğu vә digәr tikililәrin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklәrindә, bayıra ünvanlanmaqla qapıların, pәncәrәlәrin (pәncәrә altlıqlarının), vitrinlәrin çöl vә iç tәrәflәrindә, habelә açıq mәkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında vә yeraltı keçidlәrindә, hava şarlarının, aerostat vә dirijablların üzәrindә yerlәşdirildiyi halda açıq mәkanda reklam hesab olunur. 26.2-ci maddәsinә әsasәn açıq mәkanda reklam yerlәşdirmәk üçün reklam yayıcısı müvafiq icra hakimiyyәti orqanının yaratdığı qurumdan icazә almalıdır. İcazә reklam yayıcısının tәlәbatına uyğun, lakin üç ildәn artıq olmayan müddәtә verilir. İcazәnin verilmәsinә görә “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş mәblәğdә vә qaydada dövlәt rüsumu tutulur. İcazә özündә, hәmçinin reklama dair texniki şәrtlәri, açıq mәkanda reklam yayımına görә haqqın vә bu Qanunun 26.2-2.2-ci maddәsindә nәzәrdә tutulmuş mәblәğin ödәnilmәsi ilә bağlı mәsәlәlәri әks etdirir. 26.2-1-ci maddәsinә әsasәn açıq mәkanda reklam yerlәşdirilmәsinә icazәnin verilmәsi vә bu sahәdә nәzarәtin keçirilmәsi qaydasını, hәmçinin icazәnin formasını müvafiq icra hakimiyyәti orqanı müәyyәn edir. 26.8-ci maddәsinә әsasәn birbaşa aid olduğu xidmәt, ticarәt vә ya digәr obyektlәrin giriş hissәsindә, fasadında (divarında, hasarında) yerlәşdirilәn vә hәmin obyektlәrin adını, mәnsubiyyәtini, fәaliyyәt növünü, ünvanını vә iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelә ölçüsündәn asılı olmayaraq, şәhәr informasiya stendlәrindә qeyri-kommersiya mәqsәdi ilә yerlәşdirilәn plakatlar, siyasi reklamlar, qeyri-hökumәt tәşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) vә fiziki şәxslәrin kommersiya fәaliyyәti ilә bağlı olmayan elanlar, hәmçinin dövlәt orqanlarına aid olan lövhәlәr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azәrbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli Fәrmanı ilә tәsdiq edilmiş “Açıq mәkanda reklam yerlәşdirilmәsinә icazә verilmәsi vә bu sahәdә nәzarәtin hәyata keçirilmәsi” Qaydasının 1.3-cü bәndinә görә reklam birbaşa vә ya reklam daşıyıcısı vasitәsilә torpaq sahәlәrindә, bina, qurğu vә digәr tikililәrin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklәrindә, bayıra ünvanlanmaqla qapıların, pәncәrәlәrin (pәncәrә altlıqlarının), vitrinlәrin çöl vә iç tәrәflәrindә, habelә açıq mәkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında vә yeraltı keçidlәrindә, hava şarlarının, aerostat vә dirijablların üzәrindә yerlәşdirildiyi halda açıq mәkanda reklam hesab olunur. Fәrmanın 2.9-cu bәndinә әsasәn icazә icazә verilmәsinә görә “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdәn 5 iş günü әrzindә reklam yayıcısı tәrәfindәn ödәnilir vә ödәnişi tәsdiq edәn sәnәd müvafiq quruma tәqdim olunur. Fәrmanın 3.7-ci bәndinә әsasәn müvafiq qurum reklamvericilәrin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlәrinin vә reklam yayıcılarının hәrәkәtlәrindә açıq mәkanda reklam üzrә inzibati xәta әlamәtlәri aşkar etdikdә, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә uyğun olaraq tәdbirlәr görür, cinayәt әlamәtlәri olduqda isә aidiyyәti üzrә mәlumat verir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 428.7.1-ci maddәsinә әsasәn açıq mәkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yәni müvafiq icazә olmadan, hәmçinin onun tәlәblәri pozulmaqla açıq mәkanda reklam yerlәşdirilmәsinә görә fiziki şәxslәr üç yüz manatdan beş yüz manatadәk mәblәğdә, vәzifәli şәxslәr min beş yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan on min manatadәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, reklam haqqında qanunvericiliyә görә açıq mәkanlarda 1 kvadrat metrdәn artıq sahәdә reklam yerlәşdirmәk istәyәn reklam yayıcısı müvafiq icra hakimiyyәti orqanından müvafiq icazә almalıdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs obyektdә reklam yerlәşdirmiş, AR X5 X2 İdarәsi tәrәfindәn “xxxx” MMC-yә ünvanlanmış ## ###### 2025-ci il tarixli “müvafiq qanun pozuntularının aradan qaldırılması barәdә icrası mәcburi olan” göstәriş, sonuncunun nümayәndәsi tәrәfindәn xәbәrnamәyә ##.##.2025-ci il tarixdә imza edilmәklә qәbul edilmişdir. Belәliklә dә, hüquqi şәxsә “Reklam haqqında” AR Qanunun tәlәblәrinin pozuntusu barәdә rәsmi qaydada mәlumat verilmişdir. Buna baxmayaraq, MMC tәrәfindәn ödәniş AR X5 X2 İdarәsi tәrәfindәn ##.##.2025ci il tarixdә protokol tәrtib edildikdәn vә mәhkәmәyә tәqdim edildikdәn sonrakı tarixdә hәyata keçirilmişdir. Bu isә onu ehtiva edir ki, birinci instansiya mәhkәmәsi “xxxx” MMCnin Azәrbaycan Respublikası İХM-nin 428.7.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә qәnaәtә gәlәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75- 85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. “xxxx” MMC-ә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Belә olan halda apelyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı hesab edir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apelyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar