Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-209/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X10 xidməti * saylı Abşeron-X6 nümayəndəsi - böyük məsləhətçimüfəttişi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu barəsində Azərbaycan Respublikası IXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.R.Ismayılova) vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun (VÖEN: 2901377312) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun Azərbaycan Respublikası IXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X10 xidməti * saylı Abşeron-X6 məsləhətçi-müfəttişi X1 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilib, inzibati işə üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanunsuz və əsassız olduğundan həmin qərarla razılaşmır və məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş edir. Belə ki, ona məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29-cu km ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun istifadəsində deyildir. Çünki həmin ərazi rəsmi qaydada icarə verilmişdir və hazırda icarə münasibətləri zəminində həmin qeyri-yaşayış sahəsi istifadə edilir. Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Halbuki tərəfindən heç bir hüquqazidd və ictimai münasibətlərə qəsd edən əməl törədilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Sumqayət Şəhər Məhkəməsi tərəfindən qərar qəbul edilərkən bu hal nəzərə alınmamış və başqa şəxslərin icarəsində olması halına diqqət yetirmədən onun mülkiyyətində olmasına əsaslanmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Abşeron-Xızı regional bölməsi tərəfindən törədildiyi bildirilən inzibati xətanın tərəfindən törədildiyi barədə heç bir sübut təqdim edilməmişdir. Belə ki, inzibati xəta ilə əlaqədar göstərilən obyekt (kafe) onun mülkiyyətində olsa da, faktiki olaraq həmin obyekt digər şəxs tərəfindən istifadə edilmiş və fəaliyyət onun tərəfindən həyata keçirilmişdir. O həmin dövrdə obyektin gündəlik fəaliyyətində iştirak etməmiş və inzibati xətaya səbəb olan hərəkətlər onun tərəfindən törədilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət yalnız hüquqazidd əməli törədən şəxsə tətbiq edilməlidir. Faktiki istifadəçi və fəaliyyət göstərən şəxs müəyyən edilmədən onun məsuliyyətə cəlb olunması hüququn əsas prinsiplərinə ziddir. Məhkəmə tərəfindən işə baxılarkən bu hallar tam və obyektiv araşdırılmamış, faktiki istifadəçi şəxsin kimliyi müəyyən edilməmiş və sübutlar düzgün qiymətləndirilməmişdir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaninda Suların istifadəsinə və X10 xidməti * saylı Abşeron-X6 nümayəndəsi - böyük məsləhətçi-müfəttişi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edərək əlavə olaraq qeyd etdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X10 xidməti tərəfindən mütəmadi monitorinqlər keçirilir. Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Abşeron-X6 ## ###### 2026-cı il tarixli, ***** nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29 kilometrliyi ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsus Türkan iaşə obyektində formalaşan tullantı suları iaşə obyektinin uçulmuş hasarından kənarda qazılmış şamboya, oradan da sızaraq ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. Qeyd edilməlidir ki, yerin təki haqqında qanuna əsas olaraq və şəhərsalmanın qəbul olunmuş normativ aktlarında yerin 5 metrədək tikilən qurğular xüsusi qaydalarla tikilməlidir. Bu halların heç birinə əməl olunmamışdır. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29-cu km ünvanında vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsus “Türkan” kafesinin fəaliyyəti zamanı formalaşan tullantı suları “Şambo”-ya toplanır və ordan ətraf mühitə torpaq çökəyə axıdılır. Bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Abşeron-X6 ##.##.2026-cı il tarixli, ****** nömrəli aktından görünür ki, Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Abşeron-X6 ## ###### 2026-cı il tarixli, ***** nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29 kilometrliyi ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsus Türkan iaşə obyektində formalaşan tullantı suları iaşə obyektinin hasarından kənarda qazılmış şamboya, oradan da sızaraq ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. Iaşə obyektinin qapısı döyülsə də, açan olmamışdır. Obyektin yiyəsinin qardaşı X2 ilə telefon əlaqəsi saxlanılmış və çirklənmə faktı ilə bağlı məlumat verilmişdir. X2 şambo adlanan qurğunun qonşu tərəfindən divarının dağıdılmasını bildirmişdir. Lakin, yerin təki haqqında qanuna əsas olaraq və şəhərsalmanın qəbul olunmuş normativ aktlarında yerin 5 metrədək tikilən qurğular xüsusi qaydalarla tikilməlidir. Bu halların heç birinə əməl olunmamışdır. Bununla da, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29 kilometrliyi ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsus Türkan iaşə obyekti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 45, 16 və 103-cü maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1992-ci il tarixli *** nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsusdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2012-ci il tarixli xidmət müqaviləsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu ilə “xxxx” ASC-nin “Sumqayıt Sukanal Idarəsi”nin direktoru Ə.C.Mansurov arasında Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində yerləşən ünvanda içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfində yerləşən sahənin mülkiyyətçisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu ilə X3 arasında icarə müddəti ##.##.2027-ci il tarixədək olmaqla icarə müqaviləsi bağlanmışdır. Protokola əlavə edilmiş video görüntüyə birinci instansiya məhkəməsində məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Abşeron-X6 əməkdaşları tərəfindən Bakı- Sumqayıt yolunun 29-cu kilometrliyində yerləşən ünvanda kustar üsulla hazırlanmış şambodan çirkab sularının ətrafa axıdılması müşahidə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı barəsində protokol tərtib edilmiş vəzifəli şəxs teleqram göndərib mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında şahid X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu ilə Bakı-Quba yolunun sol tərəfində yerləşən sahənin icarəyə götürülməsi ilə bağlı müqavilə bağladığını bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hala münasibətdə bildirmişdir ki, həmin qeyriyaşayış sahəsinin icarəyə verilməsi mülkiyyətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun inzibati məsuliyyətdən, onun qanunvericiliyin tələblərinə riayət etmək vəzifəsini icra etməkdən azad edilməsi üçün əsas deyildir. Belə ki, qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsus olmaqla onun üzərində sahiblik, istifadə və nəzarət səlahiyyətləri də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. Həmçinin, bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsində içməli və istehsal məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə axıdılması və qeyd edilən öhdəliyin icra edilməməsi ilə bağlı məsuliyyətə dair hər hansı bənd nəzərdə tutulmamışdır. Bundan başqa, bağlanmış icarə müqaviləsinin 8-ci bəndində icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işlərini apara bilməməsi qeyd edilmişdir. Yuxarıda göstərilən hallar, həmçinin, barəsində protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun kafelərin fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınması, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair Sumqayıt Sukanal Idarəsi ilə içməli və məişət suyunun, tullantı sularının kanalizasiya sisteminə axıdılması ilə bağlı müqavilə bağlaması, video görüntü vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyri-yaşayış sahəsindən çirkab sularının kənara axıdılmasının qeydə alınması xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə əsas verir. Apellyasiya şikayətində əsas arqument kimi göstərilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi icarəyə verildiyindən, həmin obyektin faktiki istifadəçisi başqa şəxs olmuş və buna görə də inzibati məsuliyyət onun üzərinə qoyulmamalıdır. Lakin iş materiallarından görünür ki, sözügedən obyekt xüsusi mülkiyyət hüququ əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsusdur və bu hal daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi mülkiyyətçinin qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərdən, o cümlədən ətraf mühitin mühafizəsi və tullantı sularının düzgün idarə olunması ilə bağlı tələblərə riayət etmək vəzifəsindən azad etmir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli icarə müqaviləsindən də görünür ki, həmin müqavilədə tullantı sularının axıdılması və bununla bağlı məsuliyyətin icarəçinin üzərinə qoyulmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Əksinə, müqavilənin şərtlərinə əsasən, icarəçi mülkiyyətçinin razılığı olmadan obyekt üzərində dəyişikliklər edə bilməz ki, bu da mülkiyyətçinin nəzarət səlahiyyətinin saxlanıldığını göstərir. Apellyasiya şikayətində qeyd edilən “inzibati xətanın onun tərəfindən törədilməməsi” barədə dəlil də iş üzrə toplanmış sübutlarla təkzib olunur. Belə ki, inzibati xəta haqqında protokol, nəzarət aktı, video görüntülər və digər sübutlar məcmu halda qiymətləndirildikdə, məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğluna məxsus obyektin fəaliyyəti nəticəsində tullantı sularının təyinatsız olaraq ətraf mühitə axıdılması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq bu məlumatlar sübut kimi qəbul edilməli və məhkəmə tərəfindən düzgün olaraq nəzərə alınmışdır. Bundan başqa, apellyasiya şikayətində göstərilən “faktiki istifadəçinin müəyyən edilməməsi” ilə bağlı arqument də əsassızdır. Çünki inzibati məsuliyyətin tətbiqi üçün yalnız faktiki istifadəçinin müəyyən edilməsi kifayət etmir, eyni zamanda mülkiyyətçinin obyekt üzərində nəzarət və təhlükəsiz istismar öhdəlikləri də nəzərə alınmalıdır. Mövcud qanunvericiliyə əsasən su təsərrüfatı qurğularının istismarı qaydalarının pozulmasına görə məsuliyyət həmin qurğuların sahibi olan şəxsin üzərinə düşür. Bu baxımdan, mülkiyyətçi kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu həmin obyektdə baş verən hüquq pozuntularına görə məsuliyyət daşıyır. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamışdır. Lakin iş materiallarından görünür ki, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol, akt, video görüntülər, şahid ifadələri və digər sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlara düzgün hüquqi qiymət verilmişdir. Qeyd edilməsi zəruridir ki, IXM-in 262.2.3-cü maddəsinə əsasən içməli, məişət və tullantı sularının kənara - küçələrə, çöllərə, açıq əraziyə və digər təyinatı olmayan yerlərə axıdılması inzibati xəta hesab edilir. Birinci instansiya məhkəməsi xətanın xarakterini, ətraf mühitə vurula biləcək potensial zərəri, təqsirin dərəcəsini nəzərə alaraq IXM-in 262.2.3-cü maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulan inzibati cərimə olaraq 800 manat tətbiq etmişdir ki, bu da IXM-nin 9, 18, 21 və 31-ci maddələrinin tələblərinə tam uyğundur. Belə ki, IXM-nin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, şikayətin dəlilləri işdəki sübutlarla əlaqəli şəkildə təhlil edilərək bu qənaətə gəlinir ki, həmin dəlillər müdafiə xarakterli olmaqla əsassızdır və inzibati xəta törətmiş hüquqi şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməyərək həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-209/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-209/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver