Məhkəmə qərarları › İş №3(3-8)-211/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-211/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-211/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının IXM-nin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDI: Azәrbaycan Respublikası DIN Şamaxı rayon X1 Patrul Xidmәtinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarınna әsasәn, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 manat mәblәğindә cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsilә Şamaxı Rayon Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv olunmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdә idarә etdiyi CHANGAN QIYUAN A05 Plugin Hibrid markalı, **-YU-*** dövlәt qeydiyyat nişanlı avtomobillә ünvan 1 ünvanında avtomobilini yol kәnarında saxladığı halda, Qәrarından şikayәt verilәn orqan-nin YPXnin әmәkdaşı guya o, nәqliyyat vasitәsini idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozduğuma görә, barәsindә IXM-nin 327.2-ci maddәsi ilә protokol tәrtib olunmuş vә hәmin protokol әsasında ##.##.2026-cı il tarixdә qәbul edilmiş müvafiq qәrarla o, 100 manat mәblәğindә cәrimә olunmuşdur. Hesab edir ki, hәmin qәrar әsassız vә qanunsuzdur. Belә ki, o, nәqliyyat vasitәsini idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozmamışdır. O, avtomobilini yol kәnarında saxlamış vә düşüb marketә gedmişdir. Yol patrul xidmәtinin әmәkdaşları inzibati pratokol tәrtib edәrkәn dә, avtomobili dayanmış vәziyyәtdә olmuşdur. O, hәr hansı bir yol hәrәkәti qaydası pozmamışdır. Hәmçinin dә onun yol hәrәkәti qaydalarını pozmağı barәdә hәr hansı bir video, foto görüntü dә yoxdur. Tәhlükәsizlik kameraları ilә çәkilmiş görüntülәrә baxdıqda da onun hәmin vaxtı hәr hansı bir yol hәrәkәti qaydası pozmağı, әsasәndә әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozmağı barәdә sübut yoxdur. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim Q.Abbasov) ilә Şamaxı rayonu Yol Patrul Xidmәti inspektoru, R X2 tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, qәrarların lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Şamaxı Rayon Mәhkәmәsi iş üzrә qәrar qәbul edәrkәn mәhkәmәnin gәldiyi nәticә iş üçün mühüm әhәmiyyәti olan bütün faktiki halları araşdırmamış, mәhkәmә tәrәfindәn müәyyәn olunmuş hesab edilәn iş üçün әhәmiyyәti olan hallar binstansiya mәhkәmәsi tәrәfindәn sübut olunmamış, mәhkәmәnin qәrarda göstәrdiyi dәlillәr işin hallarına uygun olmamışdır. Mәhkәmә iş üzrә tәqdim olunmuş, işin obyektiv hәlli üçün mühüm әhәmiyyәt kәsb edәn sübutları nәzәrә almamış, әsassız vә qanunsuz qәrar qәbul etmişdir. Belә ki, o, nәqliyyat vasitәsini idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozmamışdır. O, avtomobilini yol kәnarında saxlamış vә düşüb marketә getmiş, yol patrul xidmәtinin әmәkdaşları inzibati pratokol tәrtib edәrkәndә avtomobili dayanmış vәziyyәtdә olmuşdur. O, hәr hansı bir yol hәrәkәti qaydası pozmamışdır. Hәmçinin dә yol hәrәkәti qaydalarını pozmağı barәdә hәr hansı bir video, foto görüntü dә yoxdur. Tәhlükәsizlik kameraları ilә çәkilmiş görüntülәrә baxdıqda da hәmin vaxtı hәr hansı bir yol hәrәkәti qaydası pozmağı, әsasәndә әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozmağı barәdә sübut yoxdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya insatansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, ## ###### 2026-cı il tarixli, IXP ******* nömrәli protokola әsasәn, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә saat 10:46 radәlәrindә “CHANGAN QIYUAN A05 PLUG-IN HIBRID” markalı, **-YU-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn, Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı (әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarının pozulması) törәtmәkdә tәqsirli bilinәrәk 100 manat mәblәğindә cәrimә edilmişdir. Iş materiallarında olan video diskә baxış keçirilәrkәn müәyyәn olunmuşdur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) istifadәsindә olan “CHANGAN QIYUAN A05 PLUG-IN HIBRID” markalı, **-YU-*** qeydiyyat nişanlı nәqlliyyat vasitәsini idarә edәrәk әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozmuşdur. Yәni bir zolaqlı yolda sola dönәrәk sol tәrәfdә dayanmış maşının yanında saxlamışdır. Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә görә svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmә inzibati mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) yol hәrәkәti qaydalarını pozmağı barәdә hәr hansı bir video, foto görüntü dә olmaması, әsasәndә әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr etmә qaydalarını pozmağı barәdә sübutun olmamasını mübahisәlәndirsә dә, inzibati tәnbeh vermә haqqında qәrarda әks olunan mәlumatlar hadisәnin video görüntülәti ilә tәsdiq edilir. Bu şikayәtin dәlilinin әsassızlığını, onun barәsindә mübahisәlәndirilәn qәrar qәbul edilәrkәn inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası Inzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. Inzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati хәta haqqında qәrar qәbul etmiş orqan tәnbeh edilәn şәхsin inzibati qaydada tәnbeh edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Qәrardan şikayәt verәn orqan (şәxs) tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası Inzibati Хәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati tәnbehvermә haqqında qәrardan verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar