Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-213/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, X2 katibliyilә, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Vidadi qızının, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Əmrahlı Rәşid Azәr oğlunun iştirakları ilә, Əmrahlı Rәşid Azәr oğlunun Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk 1000 manat mәblәğindә cәrimә edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Vidadi qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdim : Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim Samir Bayramov) Əmrahlı Rәşid Azәr oğlu Azәrbaycan Respublikası IXMnin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 1000 (bir min) manat mәblәğindә inzibati qaydada cәrimә edilmişdir. Işin halları: Xaçmaz Rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru Şahin Kәrimov tәrәfindәn Əmrahlı Rәşid Azәr oğlu barәsindә ## ###### 2026-cı il tarixdә Azәrbaycan Respublikası IXM-nin 528.1-1-ci maddәsi ilә inzibati xәta haqqında MN ******* saylı protokol tәrtib olunmuşdur, ona görә ki, Əmrahlı Rәşid Azәr oğlu Yevlax Rayon Mәhkәmәsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli icra sәnәdinin icra olunmaması ilә bağlı icra mәmurunun qanuni tәlәblәrini yerinә yetirmәdiyinә görә barәsindә IXM-nin 528.1-1-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Protokol baxılmaq üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Qәrardan narazı qalan zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk, mübahisәlәndirilәn qәrarın lәğv edilmәsini, Rәşid Əmrahlının 1 ay müddәtinә hәbs olunması barәdә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәtini onunla әsaslandırmışlar ki, birinci instansiya mәhkәmәsi iş üzrә heç bir obyektiv araşdırma aparmamışdır. Belә ki, Rәşid Əmrahlı barәsindә tәrtib edilmiş protokol tamamilә qanuni vә әsaslıdır, o, qanuni qüvvәyә minmiş qәtnamәni qәsdәn vә qәrәzli olaraq icra etmir. X1 dәfәlәrlә borcunun ödәnilmәsi vә icra şöbәsinә gәlmәsi barәdә xәbәrdarlıq olunsa da o, icra şöbәsinә gәlmәmişdir. Hazırda onun 3345 manat borcu var. Lakin onun 2 uşağa görә olan aliment borcu faktiki olaraq 5600 manat tәşkil edir. Icra Şöbәsi tәrәfindәn verilmiş arayışa әsasәn bu günkü günә 3345 manat aliment borcu yaranmışdır. Bu günәdәk heç bir ödәniş aparmamışdır. Bu kifayәt qәdәr yüksәk mәblәğdir. Lakin yekunda mәhkәmә onun barәsindә hәbs qәrarı qәbul etmәk әvәzinә ona cәrimә cәzası vermişdir, hәddindәn artıq yüngül cәza tәyin etmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәsini vә Əmrahlı Rәşid Azәr oğlunun hәbs olunması barәdә yeni qәrar qәbul edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, şikayәtin tәmin edilmәmәsini birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar olunsa da, Xaçmaz Rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru Şahin Kәrimov mәhkәmә iclasına gәlmәmiş vә işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər : Azәrbaycan Respublikası IXM-nin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta üzrә işin materiallarını nәzәrdәn keçirib, apelyasiya şikayәtinin dәlillәrini tәdqiq edәrәk hesab edir ki, Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәklә Əmrahlı Rәşid Azәr oğluna tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş hәbs növündә inzibati tәnbeh tәdbiri tәyin edilmәlidir. Belә ki, inzibati xәta haqqında iş üzrә araşdırılmış icraat materiallardan, apellyasiya şikayәtinin dәlillәrindәn qәnaәtә gәlinir ki, hazırkı iş üzrә birinci instansiya mәhkәmәsinin qәrarı ona görә dәyişdirilmәlidir ki, tәtbiq edilmiş tәnbeh tәdbiri IXM-nin 33-cü maddәsinin tәlәblәrinә uyğun olmamışdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsinә әsasәn Bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn bir il әrzindә eyni icra sәnәdinә münasibәtdә tәkrar törәdilmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Qanunun tәlәbinә әsasәn mәhkәmә inzibati tәnbeh tәtbiq edәrkәn xәtanın xarakterini, inzibati xәta törәtmiş şәxsin şәxsiyyәtini, onun tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini, mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Iş materiallarından görünür ki, Yevlax Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sәnәdinә әsasәn bir yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün hәr ay 235 manat aliment alınaraq Zәrәrçәkmiş şәxs Vidadi qızına verilmәsi tәmiin olunmalıdır. Iş materiallarından görünür ki, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vәrәqәsindәn görünür ki, Əmrahlı Rәşid Azәr oğlu Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinib 500 manat cәrimә olunmuşdur. Mәhkәmә baxışı zamanı müәyyәn edilmişdir ki, Əmrahlı Rәşid Azәr oğlu ona tәtbiq olunan 500 manat cәrimәni dә ödәmәmişdir. Apellyasiya mәhkәmәsi Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsindә göstәrilәn halları, o cümlәdәn törәdilmiş inzibati xәtanın xarakterini, Əmrahlı Rәşid Azәr oğlunun şәxsiyyәtini, IXM-nin 528.1-1-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş cәrimә növündә inzibati tәnbeh tәdbirinin tәtbiqini törәdilәn inzibati xәtaya adekvat hesab etmәyib, onun barәsindә inzibati hәbs növündә tәnbeh tәtbiq edilmәsini mәqsәdәmüvafiq hesab edir. Apellyasiya mәhkәmәsi nәzәrә alır ki, inzibati xәta törәtmiş Əmrahlı Rәşid Azәr oğlu daha әvvәl eyni icra sәnәdinin üzürsüz icra edilmәmәsinә görә ona tәtbiq olunmuş 500 manat cәrimәni dә bu günә qәdәr ödәmәmişdir, buna görә dә onun barәsindә yenidәn cәrimә tәnbehinin tәtbiq edilmәsi mәqsәdә uyğun deyil. Inzibati hәbs növündә tәnbeh tәdbirinin tәtbiq edilmәsi isә onun qanunlara әmәl etmәsi ruhunda tәrbiyәlәndirmәk mәqsәdi daşıyır, hәmçinin gәlәcәkdә bu xarakterli әmәllәrә yol vermәsinin daha ağır tәnbehlәrә sәbәb olacağı barәdә ona edilmiş xәbәrdarlıq hesab edilmәli, bu әmәldәn nәticә çıxarması üçün yadda qalan vә tәsirli şәraitin yaradılması kimi qәbul olunmalıdır. IXM-nin 528.1-ci maddәsinin hәmin Mәcәllәnin 9.2 vә 35-ci maddәlәri baxımından şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ######## 2018-ci il tarixli qәrarında qeyd edilmişdir ki, IXM-nin 9.2, 12 vә 35-ci maddәlәrinin mәnası baxımından, şәxs hәmin Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәyә görә inzibati mәsuliyyәtә cәlb edildikdәn sonra mәhkәmә vә digәr orqanların qәrarlarını icra etmәdikdә (qәrәzli olaraq icra etmәmә istisna olmaqla), yenidәn inzibati mәsuliyyәtә cәlb oluna bilәr. IXM-nin 528.1-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn bir il әrzindә eyni icra sәnәdinә münasibәtdә tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 31.4-cü maddәsinin tәlәblәrinә әsasәn bu Mәcәllәnin Xüsusi hissәsindә inzibati xәtanın törәdilmәsinә görә müәyyәn edilәn inzibati tәnbehin yalnız yuxarı hәddi müәyyәn edildikdә, tәtbiq edilәn inzibati tәnbeh onun yuxarı hәddinin dörddә birindәn az ola bilmәz. IXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. IXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә protestә baxılarkәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması halında qәrar dәyişdirilir vә ya lәğv edilir vә yeni qәrar qәbul edilir. Apellyasiya mәhkәmәsi hesab edir ki, icra sәnәdi üzrә tәlәbkar Zәrәrçәkmiş şәxs Vidadi qızı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәli, X a ç m a z R a y o n M ә h k ә m ә s i n i n # # # # # # # # 2 0 2 6 - c ı i l t a r i x l i , * ( * - * * * ) - * * * / * * * * n ö m r ә l i q ә r a rı barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Əmrahlı Rәşid Azәr oğluna inzibati hәbs növündә inzibati tәnbeh tәdbiri tәyin edilmәklә dәyişdirilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, Qərara aldım : Apellyasiya şikayәti tәmin olunsun. Əmrahlı Rәşid Azәr oğlunun Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk 1000 manat mәblәğindә cәrimә edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı Rәşid Əmrahlıya tәyin edilmiş inzibati tәnbeh tәdbiri hissәsindә dәyişdirilsin. Əmrahlı Rәşid Azәr oğlu Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk 20 (iyirmi) gün müddәtinә inzibati qaydada hәbs edilsin. Hәbsdә saxlama müddәtinin әvvәli ## ##### 2026-cı il tarixi, saat 15:30-dan hesablansın. Qәrarın icrası Sumqayıt şәhәr Polis Idarәsinә hәvalә edilsin. Qәrar dәrhal icra olunsun. Azәrbaycan Respublikası IXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-213/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-213/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver