Məhkəmə qərarları › İş №3(3-8)-215/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-215/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-215/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Azәrbaycan Respublikası Dövlәt X4 Regional Reklam Idarәsinin nümayәndәsi X1 iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsi ilә maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 1500 (min beş yüz) manat mәblәğindә cәrimә edilmişdir (hakim Samir Bayramov). Işin halları: X3 Idarәsinin böyük müfәttişi X2 tәrәfindәn ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokol tәrtib olunaraq baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmişdir. Tәqdim edilmiş protokoldan vә ona әlavә olunmuş sәnәdlәrdәn görünür ki, ##.##.2025ci il tarixindә Xudat şәhәri Nabran yolunda yerlәşәn “Isti Tәndir” obyektinin fasadında müvafiq yayım haqqı ödәnilmәdәn reklam yayımı aşkar edilmişdir. Işә baxan Xaçmaz Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, cәrimә tәnbeh tәdbirinin lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, Xudat şәhәri Nabran yolunda yerlәşәn “Isti Tәndir” adlı obyektin üzәrindә onun heç bir hüquqları yoxdur. Obyekt onun yox, onun anası X5 adınadır. Hәmin obyektlәrin hüquq sahibi X5r. Onun o obyektә heç bir aidiyyәti yoxdur. Hәmin obyekt X5 tәrәfindәn Radik adlı şәxsә icarәyә verilmişdir. Əgәr bir obyekt icarәyә verilirsә, hәmin obyekt üzәrindә mәsuliyyәt icarәyә verilәn şәxsә keçmiş olur. X3 Idarәsinin әmәkdaşları obyektә gәlәrkәn orada hәmin obyekti icrәyә götürәn şәxslәr olmuşdur. Lakin hәmin şәxslәrin VÖEN-i olmadığı üçün obyektin kimә sahib olduğunu soruşublar vә hәmin şәxslәr dә onun adını veriblәr ki, guya ki, obyektin hüquqları ona mәxsusdur. Bildirir ki, Radik ilә X5 arsında icarә müqavilәsi bağlanılmışdır. Hәmin müqavilәyә әsasәn X5 mәxsus olan “isti tәndir” yeri icarәyә verilmişdir. Radik adlı şәxs icarә hüququna sahib olduqdan sonra hәmin obyektә reklam lövhәsini yerlәşdirmişdir. Nәticә olaraq aydın olur ki, münasibәtlәr Radik ilә X5 arasında yaranmışdır. Onun isә bu münasibәtlәrә heç bir aidyyәti yoxdur. Radikin özü tәrәfindәn hәmin obyektin fәaliyyәti müxtәlif şәxslәrә verilmişdir vә tapşırılmışdır. Bu da artıq onun özünә aid olan problemdir. X3 Idarәsinin әmәkdaşları onun Nabranda işlәdiyi başqasına mәxsus olan müәssisәyә gәlәrәk belә reklam lövhәsinin olduğunu bildirmişlәr vә onu aldadaraq bildirmişlәr ki, guya ki, onlar icarәyә verilәn şәxslәr ilә razılaşıblar ki, hәmin şәxslәr reklama görә ödәnişi edәcәklәr vә işi sәnәdlәşdirmәk üçün VÖEN lazımdır. O da onlara VÖEN-i vermiş vә reklam yayıcısı kimi ona qol çәkdirmişlәr. O, bunu onlara olan inamından etmişdir. Sonradan bilmişdir ki, artıq mәsәlә ciddilәşib vә onu cәrimә etmәk üçün mәhkәmәyә müraciәt edilib. Inzibati Xәtalar Mәcәllәsinin 53.2-ci maddәsinә әsasәn qeyd edir ki, onun bu inzibati xәtaya heç bir aidiyyәti yoxdur. Onun tәrәfindәn belә bir reklam lövhәsi yerlәşdirilmәyib. X5 rәsmi olaraq hüquq sahibi olduğu obyekti icarәyә vermiş vә icarәyә götürәn şәxs tәrәfindәn dә reklam lövhәsi yerlәşdirilmişdir. Onun VÖEN-ni ilә hәmin obyektә dair heç bir vergidә qeydiyyat aparılmamış, vergi vә digәr ödәnişlәr hәyata keçirilmәmişdir. Bir VÖEN varsa, hәmin VÖEN-dә onun fәaaliyyәti göstәrilmәlidir. Onun VÖEN-nin tarixçәsinә baxanda görünür ki, tәndir ilә bağlı burada heç nә yoxdur. Ümumilikdә onun VÖEN-dә aparılmış heç bir әmәliyyat yoxdur. X3 Idarәsinin hәrәkәtlәrindәn o ortaya çıxır ki, istәdiklәri obyektin hüquq sahiblәrini müәyyәn etmәdәn istәdiklәri adamın VÖEN-i ilә sәnәdlәşdirә bilәrlәr. Bu da onların fәaliyyәtinin qeyri-professionallığından xәbәr verir. Onu da qeyd edir ki,X3 Idarәsinin әmәkdaşları onun yanına cәmi 1 dәfә gәlmişlәr vә onlarla cәmi 2 dәfә görüşmüşdür. X3 Idarәsi tәrәfindәn mәhkәmәyә tәqdim edilmiş sәnәdlәr arasında 2 sәnәd vardır ki, hәmin sәnәdlәrdә onun imzası vardır. Hәmin imzalardan biri onun tәrәfindәn reklamın yerlәşdirilmәsinә dair әrizә (##.##.2025), digәri isә reklam haqqında qanunvericiliyin pozulmasına dair aktdır (##.##.2025). Ona qanunsuz olarq 1 gündә ayrı-ayrı tarixlәrdә tәrtib olunan sәnәdlәrә qol çәkdirilir. ##.##.2025-ci il tarixdә yanına gәlәrәk, ##.##.2025-ci il tarixdә tәrtib olunacaq (hәlә ki, tәrtib olunmamışdır) sәnәdә qol çәkdiriblәr. Ərizә vә aktın mәzmununu agentliyin işçilәri sonradan doldurmuşdur. Burada konkret olaraq o, aldadılmışdır. Mәhkәmә tәrәrfindәn xәtşünaslıq ekspertizası tәyin olunsa, mәzmunda olan yazıların onun tәrәfindәn yazıldığı, onun tәrәfindәn әrizәlәrә 1 gündә qol çәkildiyi vә qeyd olunan tarixlәrin bir gündә qol çәkilәn sәnәdlәr üzrә qeyd olunduqu ortaya çıxacaq. Eyni akt sonradan da tәrtib olunub vә hәmin akt tәrәfindәn imzalanmamışdır. Mәhkәmә tәrәfindәn onun tәqdim etdiyi sübutlara hüquqi qiymәt verilmәmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtini müdafiә edәrәk, tәqsiri olmadığından apellyasiya şikayәtinin tәmin edilmәsini, barәsindә tәtbiq edilmiş cәrimә tәnbeh tәdbirirnin lәğv edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Dövlәt X4 Regional Reklam Idarәsinin nümayәndәsi X1 apellyasiya şikayәtinә etiraz edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsi üçün әsaslara olmadığını, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs reklam yayımı haqqını әvvәlәr ödmiş, sonra xәbәrdarlıq edilmәsinә baxmayaraq itmina etmişdir. Odur ki, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Dövlәt X7 Regional Reklam Idarәsinin әmәkdaşları tәrәfindәn tәrtib olunmuş Açıq mәkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müәyyәn edilmәsinә dair ##.##.2025-ci il tarixli Aktdan vә ona әlavә olunmuş fotoşәkildәn görünür ki, ##.##.2025-ci il tarixindә Xudat şәhәri Nabran yolunda yerlәşәn “Isti Tәndir” obyektinin fasadında müvafiq yayım haqqı ödәnilmәdәn reklam yayımı aşkar edilmişdir. Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ünvanlanmış ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, nümayәndә2 tәrәfindәn Xaçmaz rayonu, Xudat şәhәri, Nabran yolunda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәxsus “Isti Tәndir” adlı obyektin üzәrindә müvafiq yayım haqqı ödәnilmәdәn açıq mәkanda reklam yerlәşdirilmәsi faktı müәyyәn edilmişdir. Bununla bağlı Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi vә barәsindә ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edildiyi bildirilmәklә inzibati xәta haqqında protokolun surәti ona göndәrilmişdir. Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ünvanlanmış ##.##.2025-cı il tarixli, 11-3-4/2- ***/**** saylı müvafiq qanun pozuntularının aradan qaldırılması barәdә icrası mәcburi olan göstәrişdәn görünür ki, Azәrbaycan Respublikası Dövlәt X7 Regional Reklam Idarәsi tәrәfindәn Xaçmaz rayonu Xudat şәhәri Nabran yolu ünvanında ona mәxsus "Isti Tәndir" adlı obyektin üzәrindә I25051228070002 vә İ************** nömrәli icazәlәrin tәlәblәri pozularaq, yәni müvafiq yayım haqqı mәblәği vaxtında ödәnilmәyәrәk reklam yayımının hәyata keçirildiyi müәyyәn edilmiş vә bu barәdә ##.##.2025-ci il tarixli Akt tәrtib edilmişdir. "Reklam haqqında" Azәrbaycan Respublikasının Qanununun 26-cı maddәsini vә Azәrbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş "Açıq mәkanda reklam yerlәşdirilmәsinә icazә verilmәsi vә bu sahәdә nәzarәtin hәyata keçirilmәsi Qaydası"nı 3- cü bәndini rәhbәr tutaraq ##.##.2025- ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün әrzindә aradan qaldırılması Sizdәn tәlәb edilir. Icrası mәcburi olan göstәrişi aldığınız vaxtdan 5 gün әrzindә müvafiq yayım haqqı mәblәğini ödәmәyiniz Sizdәn tәlәb olunur. Əks tәqdirdә, müvafiq icazә olmadan, hәmçinin onun tәlәblәri pozulmaqla açıq mәkanda reklam yerlәşdirilmәsinә görә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdildiyi üçün pozuntuların aradan qaldırılması ilә bağlı müәyyәn edilmiş müddәtin başa çatdığı tarixdәn 1 iş günü әrzindә barәnizdә inzibati xәta haqqında protokol tәrtib edilәcәkdir. Nәzәrinizә çatdırırıq ki, müvafiq icazә olmadan, hәmçinin onun tәlәblәri pozulmaqla açıq mәkanda reklam yerlәşdirilmәsi Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7-ci maddәsindә nәzәrdә tutulmuş inzibati mәsuliyyәtin yaranmasına sәbәb olur vә müvafiq xәtanın törәdilmәsinә görә vәzifәli şәxslәr 1500 manatdan 2500 manatadәk mәblәğindә inzibati cәrimә edilir Iş materiallarında olan ##.##.2026-cı il tarixli MN №-******* saylı inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-ci maddәsi ilә inzibati protokol tәrtib olunmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәxsus “Isti Tәndir” obyektinin üzәrindәki fotolardan müәyyәn olunur ki, hәmin fotolar reklam xarakteri daşıyır. Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ünvanlanmış zәrf vә xәbәrnamәdәn müәyyәn olunur ki, X3 Idarәsinin poçt vasitәsilә göndәrilmiş zәrfi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsәn imza edәrәk qәbul etmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirliliyi inzibati xәta haqqında protokol vә digәr materiallarla, mәhkәmә iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş vә onun әmәli düzgün olaraq IXM-nin 428.7.3-cü maddәsi ilә tövsif edilmişdir. Onun hәrәkәtlәrinә münasibәtdә әmәlin inzibati xәta olmasını aradan qaldıran hallar yoxdur, inzibati mәsuliyyәtdәn azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsinә әsasәn müvafiq icra hakimiyyәti orqanının yaratdığı qurumun açıq mәkanda reklam sahәsindә (o cümlәdәn tikintisinә icazә tәlәb olunmayan açıq mәkanda reklam qurğularının quraşdırılması vә sökülmәsi sahәsindә) nәzarәtin hәyata keçirilmәsi çәrçivәsindә verdiyi yazılı göstәrişlәrin vә qәrarların (bu Mәcәllәnin 394.0.7-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) vaxtında vә tam yerinә yetirilmәmәsinә görә vәzifәli şәxslәr min beş yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Göründüyü kimi birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәqsirli bilindiyi maddәnin sanksiyasında vәzifәli şәxslәr üçün müәyyәn edilmiş әn aşağı hәddә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә әsas ola bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәdәn, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI : Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar