Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-216/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin nümayәndәsi X3 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan “xxxx” ASC-nin nümayәndәsi X1 vә X2 iştirakı ilә, “xxxx” ASC barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Hüquq Idarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDI: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Bakı şәhәri Idarәsi tәrәfindәn ““xxxx” ASC barәsindә Azәrbaycan Respublikası IXMnin 539.3-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim E.Teymur-zadә) ilә Azәrbaycan Respublikası IXM-in 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta hadisәsi olmadığına görә “xxxx” ASC barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Hüquq Idarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, tәrәfindәn “xxxx” ASC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә tәrәfindәn inzibati orqanın protokoluna vә ona әlavә edilmiş sәnәdlәrinә sübut kimi düzgün qiymәt verilmәmişdir. Halbuki, elektron mәktubdan görünür ki, araşdırma aparılması üçün müvafiq sәnәdlәrin 7 gün әrzindә Xidmәtә tәqdim edilmәsi barәdә “xxxx” ASC-yә göndәrilәn ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** saylı mәktub ASC-nin elektron kabinetinә yerlәşdirilmişdir. Lakin, “xxxx” ASC tәrәfindәn hәmin sәnәdlәr Xidmәtә tәqdim edilmәmiş vә tәqdim edilmәmәnin sәbәblәri barәdә mәlumat verilmәmişdir. Bununla da, mәktublarda göstәrilәn müddәt әrzindә “xxxx” ASC tәrәfindәn tәlәb olunan sәnәdlәr Xidmәtә tәqdim edilmәdiyindәn IXM-in 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Bununla da, mәktublarda göstәrilәn müddәt әrzindә “xxxx” ASC tәrәfindәn tәlәb olunan sәnәdlәr Xidmәtә tәqdim edilmәdiyindәn IXM-in 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Nәticәdә, Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmiş vә nәticәdә әsassız qәrar qәbul edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Bakı şәhәr Idarәsinin ##.##.2026-cı il tarixli, *-***/*-***/**** nömrәli mәktubundan görünür ki, vәtәndaş X4 “xxxx” ASC -dә әmәk hüquqlarının pozulması barәdә idarәyә şikayәt ilә müraciәt etmişdir. Müraciәtә baxılması mәqsәdi ilә Vüsal Ibadova aid sәnәdlәrin 7 (yeddi) iş günü әrzindә X5 Xidmәtinin Bakı şәhәr Idarәsinә tәqdim edilmәsi xahiş edilmişdir. Müvafiq sorğuya “xxxx” ASC tәrәfindәn 7 (yeddi) iş günü әrzindә cavab verilmәdiyi üçün sonuncu barәsindә Azәrbaycan Respublikası IXM-in 539.3-cü maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardının icrası ilә әlaqәdar “xxxx” ASC tәrәfindәn mәhkәmәyә tәqdim olunmuş sәnәdlәrdәn görünür ki, X5 Xidmәtindәn vә onun tabeliyindә olan qurumlardan "xxxx" ASC-yә ünvanlanmış rәsmi mәktublar mәrkәzlәşdirilmiş elektron informasiya sistemi vasitәsilә "Əmәk vә Mәşğulluq altsistemi” (ƏMAS) üzәrindәn, "rәsmi yazışmalar bölmәsinin" daxil olan mәktublar hissәsindә әks etdirilmir. Hәmçinin mәhkәmәyә tәqdim olunmuş sәnәdlәrdәn aydın olur ki, "xxxx" ASC tәrәfindәn mövcud problemin aradan qaldırılması ilә bağlı Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin rәhbәrliyinә rәsmi qaydada müraciәt edilmiş, lakin mövcud problem öz hәllini tapmamışdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә görә әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsi (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) inzibati mәsuliyyәtә sәbәb olur. Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (IXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan inzibati xәtalar qanunvericiliyinin norması üzrә mәsuliyyәtin yaramasından ötrü IXM-nin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәli yaxud da tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәlidir. Belә olan halda әmәk qanunvericiliyinә әmәl olunmasının yoxlanılmasının müәyyәnlәşdirilmәsindәn ötrü verilmiş sorğunun ünvanlanan şәxs tәrәfindәn alınması inzibati orqan tәrәfindәn sübut edilmәlidir. Elektron sistem vasitәsi ilә göndәrildiyi mübahisәlәndirilsә dә, sorğu elektron formada çatırılması ilә bağlı hәr hansı bir sübut tәqdim edilmәmiş, әksinә hәmin sorğunun görülmәmәsi ilә bağlı elektron sistem üzrә yaranmış anlaşılmazlığın aradan qaldırılması ilә "xxxx" ASC tәrәfindәn mövcud problemin aradan qaldırılması ilә bağlı Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin rәhbәrliyinә rәsmi qaydada müraciәt edilmiş, lakin mövcud problem öz hәllini tapmamışdır. Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlinmәsini mümkünsüzdür. Halbuki inzibati xәta haqqında protokolun әsaslı olması qәnaәtinә gәlinmәsindәn ötrü istinad edilәn hallar әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edilmәlidir. Inzibati хәta haqqında qәrar qәbul etmiş orqan әmәldә inzibati xәta tәrkibinin sübut olunmamasına dair gәlinәn nәticәni mübahisәlәndirsә dә, hәmin halların natamamlığı, tәkzib edilmәsinә dair әsaslı şübhә yaratmayan, mәhkәmә iclasında tәdqiq edilmiş sübutlarla tamamlanan hәr hansı sübut tәqdim etmәdiyindәn, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilmәlidir. Inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğvinә dair gәlinin nәticәnin lәğv edilmәsi üçün Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn Yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-216/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-216/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver