Məhkəmə qərarları › İş №3(3-8)-219/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-219/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-219/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim E.İ.Əliyev) Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlunun Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi tәlәbinә dair şikayәtinin tәmin edilmәmәsi qәrara alınmışdır. IŞIN HALLARI: Azәrbaycan Respublikası DIN-nin BDYPI-nin Mәrkәzi Mәlumat Xidmәtinin rәisi Elvin Abdulәlizadәnin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu Azәrbaycan Respublikası IXM-nin 346.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 40 manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu şikayәt әrizәsi ilә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk ##.##.2026-cı il tarixli elektron qәrarı lәğv etmәklә inzibati material üzrә icraata xitam verilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, inzibati xәta haqqında ******** saylı ##.##.2026-cı il tarixli elektron qәrarla o, IXM-nin 346.5-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 40 manat mәblәğindә cәrimә edilmişdir. Tәrtib olunmuş qәrar tam әsassızdır, belә ki, hәmin qәrardan belә aydın olur ki, qarşı tәrәfin tәrtib etdjiyi inzibati qәrara әsasәn hadisә Sumqayıt şәhәr, Bakı küçәsindә 11:19:26 radәlәrindә olmuş vә qәrarda inzibati orqan bu inzibati xәtanın guya onun tәrәfdәn törәdilmәsinin müәyyәn edilmәsi vә bu sәbәbdәn dә onun barәsindә inzibati qәrarın qәbul edilmәsini qeyd etmişdir. Bildirmәk istәyir ki, qәrarda bәhs edilәn “Khazar LX” minik markalı, **-DQ-*** DQN-lı avtomaşın ona şәxsi mülkiyyәt hüququ әsasında mәxsusdur vә hәmin avtomaşını o, Sumqayıt şәhәr Bakı küçәsindә fәaliyyәt göstәrәn ticarәt mәrkәzinin qarşısında saxlamış vә hәmin әrazidә «dayanma vә durma qadağandır» işarәsi olmamışdır. Bundan başqa onun maşınının saxlanılma mövqeyi bu әrazidәn keçәn maşınlara maneә yaratmamaqla birtәrәfli yoldur vә hәmin yol geniş olduğu üçün bu әrazidәn maşınların keçmәsinә heç bir maneә yaratmamışdır. Bu dördyolayrıcı deyildir vә bu sahәyә bir istiqamәtdәn daxil olmaqla bir yoldan digәr yola bir istiqamәtdәn, digәr istiqamәtә keçid kimi istifadә olunan әrazidir, yol kәsişmәsi deyildir. O, hәmin vaxt maşında qәfil çıxan problemlә bağlı maşını saxlayaraq avtomobil malları maqazasından ehtiyat hissәsi almış vә dәrhal da maşına әylәşәrәk hәmin әrazidәn uzaqlaşmışdır. Lakin inzibati orqan heç bir inzibati icraat aparmadan hazırki qanunsuz qәrarı qәbul etmişdir. Işә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrarla razılaşmayan Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu apellyasiya şikayәt verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarını lәğv etmәklә onun Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polis Idarәsinin inzibati xәta haqqında iş üzrә ******** saylı ##.##.2026-cı il tarixli elektron qәrarından vermiş olduğu şikayәtinin tәmin edilmәsi, qәrarın lәğv edilmәsi vә inzibati material üzrә icraata xitam verilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, o, IXM-in 346.5-ci maddәsi ilә әsassız olaraq inzibati mәsuliyyәtә cәlb edilmişdir. Nәqliyyat vasitәsini saxladığı әrazi yolun hәrәkәt hissәlәrinin kәsişmәsi deyil, hәmin әrazidә “dayanma vә durma qadağandır” yol nişanı mövcud olmamış, avtomobili yol hәrәkәtinә maneә yaratmayan, geniş vә birtәrәfli yolda saxlamışdır, avtomobili qısa müddәtә, texniki zәrurәtlә (ehtiyat hissәsi almaq üçün) saxlamışdır, inzibati orqan tәrәfindәn hadisә yerindә ölçmә aparılmamış, 5 metrlik mәsafә müәyyәn edilmәmişdir, tәqdim edilmiş fotoşәkillәr real vәziyyәti әks etdirmir, inzibati orqan tәrәfindәn ümumiyyәtlә icraat aparılmadan qәrar qәbul edilmişdir, birinci instansiya mәhkәmәsi sübutları tam vә obyektiv araşdırmamış, inzibati orqanın mövqeyini әsaslandıran sübutların tәqdim edilmәmәsinә baxmayaraq şikayәti tәmin etmәmişdir, sübutetmә yükü inzibati orqanın üzәrinә düşdüyü halda mәhkәmә bunu nәzәrә almamışdır, әlavә olaraq, mәhkәmә qәrarında onun guya mәhkәmә iclasında iştirak etmәsi ilә bağlı ziddiyyәtli qeyd aparılmış vә bu hal prosessual pozuntu kimi qiymәtlәndirilmәlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu e-kabinet vasitәsilә әrizә verәrәk, ailә vәziyyәti ilә bağlı mәhkәmә prosesindә iştirak edә bilmәyәcәyini, Azәrbaycan Respublikası hüdudlarından kәnarda olduğunu bildirәrәk mәhkәmә prosesin iştirakı olmadan keçirilmәklә apellyasiya şikayәtinin tәmin olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Işә baxılmasının yeri vә vaxtı barәdә Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş idarәnin nümayәndәsinin vә barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, iş materiallarında olan inzibati xәta haqqında Azәrbaycan Respublikası DINnin BDYPI-nin Mәrkәzi Mәlumat Xidmәtinin rәisi Elvin Abdulәlizadәnin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qәrarına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu Azәrbaycan Respublikası IXM-in 346.5-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib 40 (qırx) manat inzibati cәrimә olunmuşdur. Iş materiallarında olan sәnәdlәri araşdıraraq hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә şikayәtin tәmin edilmәmәsi ilә bağlı gәldiyi nәticә düzgündür. Belә ki, apellyasiya şikayәtindә göstәrilәn yolun kәsişmә olmaması, mәsafәnin 5 metrdәn az olmaması, yol nişanının olmaması, avtomobilin qısa müddәtә saxlanılması kimi hallar iş materiallarında olan sübutlarla tәkzib olunur vә bu dәlillәr obyektiv mәlumatlarla tәsdiqlәnmir. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 52-ci maddәsinin IV hissәsinin 6-cı bәndinә әsasәn 1.1-1.4 nişanlama xәtti, yaxud ayırıcı zolağı olan üçtәrәfli yolayrıclarındakı yan keçidin qarşı tәrәfindә dayanma halları istisna olmaqla, hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanma qadağandır. Mәhkәmә qeyd edir ki, IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә sübutlar müxtәlif mәnbәlәrdәn әldә edilәn faktiki mәlumatlardır vә hәmin sübutların qiymәtlәndirilmәsi mәhkәmәnin daxili inamına әsasәn hәyata keçirilir. Birinci instansiya mәhkәmәsi bu tәlәblәrә uyğun olaraq sübutları hәrtәrәfli, tam vә obyektiv qiymәtlәndirmişdir. Apellyasiya şikayәtindә sübutetmә yükünün inzibati orqanın üzәrindә olması ilә bağlı göstәrilәn arqumentә münasibәtdә kollegiya qeyd edir ki, inzibati orqanın qәrarı vә iş materiallarında olan foto sübutlar inzibati xәtanın baş vermәsini tәsdiq edәn kifayәt qәdәr sübutlar kimi qәbul edilmişdir vә şikayәtçi tәrәfindәn hәmin sübutları tәkzib edәn hәr hansı mötәbәr sübut tәqdim edilmәmişdir. Şikayәtçinin fotoşәkillәrin reallığı әks etdirmәmәsi vә ölçmә aparılmaması barәdә dәlillәri ehtimallara әsaslanır vә heç bir obyektiv sübutla tәsdiqlәnmir. Eyni zamanda, avtomobilin qısa müddәtә saxlanılması vә ya şәxsi zәrurәtlә bağlı olması inzibati mәsuliyyәti istisna edәn hal kimi qanunvericilikdә nәzәrdә tutulmamışdır. Apellyasiya şikayәtindә göstәrilәn prosessual pozuntu ilә bağlı iddialara gәldikdә isә, iş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi işә tәrәflәrin iştirakı olmadan baxılması barәdә qanunvericiliyin tәlәblәrinә uyğun qәrar qәbul etmiş vә bu hal işin düzgün hәllinә tәsir edәn pozuntu kimi qiymәtlәndirilә bilmәz. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә faktiki halları düzgün müәyyәn etmiş, tәtbiq edilmәli maddi hüquq normasını düzgün tәtbiq etmiş vә prosessual hüquq normalarının tәlәblәrini pozmamışdır. Apellyasiya şikayәtindә göstәrilәn dәlillәr әsasәn şikayәtçinin öz mövqeyinin müdafiәsinә yönәlmiş subyektiv mülahizәlәrdәn ibarәt olub, iş materialları ilә tәsdiqini tapmır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsinә әsasәn “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş hallar istisna olmaqla, nәqliyyat vasitәlәrinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanmasına vә ya durmasına görә – qırx manat mәblәğindә cәrimә edilir. Iş üzrә müәyyәn edilmiş faktiki hallar hәmin maddәnin dispozisiyasına tam uyğun gәlir. IXM-nin 124.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 346.1 346.2, 346.4-346.9, 346- 1.1-346-1.4 vә 346-1.6-346-1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş şәxs nәqliyyat vasitәsinin yanında olmadığı hallarda inzibati xәta törәtmiş şәxsin iştirakı olmadan foto vә ya video çәkiliş aparılmaqla, nәqliyyat vasitәsinin istifadәçisi barәdә inzibati tәnbeh vermә haqqında qәrar çıxarılır. Inzibati xәta hadisәsinin baş verdiyini vә hansı nәqliyyat vasitәsinin sürücüsü tәrәfindәn törәdildiyini sübut edәn foto vә ya video materiallar әlavә olunmaqla, hәmin qәrarın surәti nәqliyyat vasitәsinin ön şüşәsinә qoyulur. Inzibati tәnbeh vermә haqqında qәrar operativ nәqliyyat vasitәsindә quraşdırılmış bort-kompüter vasitәsilә tәrtib olunaraq dәrhal müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemindә yerlәşdirilir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn işin halları hәrtәrәfli vә obyektiv araşdırılmış, Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlunun izahatı, tәqdim edilmiş fotogörüntü olan sübutlar düzgün qiymәtlәndirilmiş vә qanuni nәticәyә gәlinmişdir. Hesab edirәm ki, apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn vә hәmin hallara dair birinci instansiya mәhkәmәsi tәrәfindәn verilmiş hüquqi qiymәt әsaslı olduğundan apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri әsaslı hesab edilmәdiyindәn apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Başqa sözlә desәk, apellyasiya şikayәtinin dәlillәri mülahizә xarakterli olmaqla işin halları ilә tәkzib edildiyindәn әsassızdır hәm dә ona görә ki, bu dәlillәrә istinad etmәklә inzibati xәta törәtmiş şәxs mәsuliyyәtdәn yayınmaq mәqsәdi daşıyır, bununla da barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğluna törәtmiş olduğu inzibati xәtaya görә inzibati xәtalar qanunvericiliyinin müvafiq maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi әsaslı olmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edilәrkәn aşağıdakılar nәzәrә alınır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlu barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) Rasim oğlunun apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar