Məhkəmə qərarları › İş №3(3-8)-220/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-220/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-220/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs «Mәrmәr İnşaat» ASCnin nümayәndәsi X1 iştirakı ilә, «Mәrmәr İnşaat» Açıq Sәhmdar Cәmiyyәtinin (VÖEN: **********) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin direktoru Azәr Bayramov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : «Mәrmәr İnşaat» ASC-nin Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Protokol tәrtib edәn orqanlar tәrәfindәn tәrtib olunmuş EP № ******* nömrәli, ## ###### 2026-cı il tarixli protokol vә ona әlavә edilmiş sәnәdlәr aidiyyәti üzrә baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarına әsasәn «Mәrmәr İnşaat» ASC (VÖEN: **********) İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib barәsindә inzibati xәtanın obyekti olmuş 73117.28 Avro valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 14623.45 (on dörd min altı yüz iyirmi üç avro qırx beş sent) Avro mәblәğindә (ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә növündә tәnbeh tәdbiri tәtbiq olunmuşdur (Hakim: Firuzә Kәrimova). Qәrardan hüquqi şәxsin direktoru Azәr Bayramov apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Türkiyә Cümhuriyyәtinin “Schüco İstanbul” şirkәti arasında bağlanmış 2 әdәd, “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilәyә әsasәn 63 566.55 Avro, “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilәyә әsasәn isә 73 117.28 Avro, cәmi 136 683.83 Avro mәblәğindә vәsait “Schüco İstanbul” şirkәtinә köçürülmüşdür. Belә ki, yuxarıda qeyd edilәn müqavilәlәrә әsasәn “Schüco İstanbul” şirkәtinә köçürülәn cәmi 136 683.83 Avro dәyәrindә tikinti malları Azәrbaycan Respublikasına tam şәkildә idxal olunmusdur. Lakin idxal olunmuş malların rәsmilәşdirilmısi texniki sәhv olaraq ** nömrәli ##.##.2023-cü il tarixli müqavilә әsasında aparılmışdır. Hәmçinin ## #### 2026-cı il tarixindә «Mәrmәr İnşaat» ASC “xxxx” ASC Sumqayıt filialına vә “xxxx” ASC Binәqәdi filialına müraciәt edәrәk «Mәrmәr İnşaat» ASC ilә “Schüco İstanbul” şirkәti arasında bağlanmış “01” nömrәli, ##.##.2023-cü il tarixli vә “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilәlәr üzrә "Mәrmәr İnşaat” ASC tәrәfindәn aparılmış köçürmәlәr barәdә arayış verilmәsi xahiş olunmuşdur.##.##.2026-cı il tarixindә “xxxx” ASC Sumqayıt filialı vә “xxxx” ASC Binәqәdi filialı tәrәfindәn mәktuba cavab olaraq “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilә üzrә köçürülәn vәsaitin mәblәği 63 566.55 (altmış üç min, beş yüz altmış altı avro, 55 sent) Avro vә “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilә üzrә isә köçürülәn vәsaitin mәblәği 73 117.28 (yetmiş üç min, yüz on yeddi avro, 28 sent) Avro tәşkil etdiyi qeyd edilmişdir. Mәhkәmәyә tәqdim edilәn 01241000146387, 01241000232168, ************** saylı gömrük bәyannәmәlәri ilә “Schüco İstanbul” şirkәti tәrәfindәn göndәrilәn tikinti materiallarının ümumi mәblәği 139 758.45 (yüz otuz doqquz min, yeddi yüz әlli sәkkiz avro, 45 sent) Avro olduğu tam tәsdiq olunur. Belә ki, “Schüco İstanbul” şirkәtinә yuxarıda qeyd olunan hәr iki müqavilәlәr üzrә köçürülәn vәsaitin mәblәği ilә bağlı tikinti materiallarının ölkәyә idxal olunduğu, gömrük bәyannamәlәri vә digәr rәsmi sәnәdlәr ilә, yәni mötәbәr sübutlar ilә tәsdiq olunur. Hәmçinin “Schüco İstanbul” şirkәti tәrәfindәn “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilә üzrә köçürülәn vәsaitdәn 73 117.28 Avro mәblәğindә tikinti materialları ölkәyә idxal olunmuş, digәr müqavilә olan “01” nömrәli, ##.##.2023-cü il tarixli ikinci müqavilә üzrә isә 63 566.55 Avro mәblәğindә tikinti materialları ölkәyә tam idxal olunmuşdur. Belәliklә “Schüco İstanbul” şirkәtinә köçürülәn vәsaitlәr üzrә ölkәyә tikinti materialları tam idxal olunmuş vә tikinti materiallarının idxal olunması rәsmi sәnәdlәr ilә, mötәbәr sübutlar ilә tәsdiq olunur. Mәhkәmә qәrarında qeyd edir ki, köçürülәn vәsait 136.683,83 Avro mәblәğindә olsa da, idxal olunan materialların gömrük bәyәnnamәlәri üzrә qismәn, tәxminәn 3000 Avro mәblәğindә artıq mal idxal olunmuşdur. Bu fakt köçürmәlәr üzrә ölkәyә tikinti materiallarının idxal olunduğunu bir daha tәsdiq edir. Tәxminәn 3000 Avro dәyәrindә artıq materialların ölkәyә idxal olunması hәm gömrük orqanlarına, elәcә dә banklara vә iş adamlarına mәlumdur ki, tikinti materialları daşıyıcı nәqliyyat vasitәsinә onun tutumuna uyğun yüklәnәrәk ixrac bәyәnnamәlәri tәrtib olunur vә bunun әsasında da idxal olunaraq ölkәdә rәsmilәşdirilir. Bundan sonrakı idxal olunan materiallar yüklәnәrkәn hәmin fәrq nәzәrә alınır vә köçürmәlәr hәyata keçirilir. Bu halın mәhkәmә qәrarında irad kimi bildirilmәsi absurddur vә bu faktın özü bir daha köçürülmüş vәsaitә uyğun materialların ölkәyә idxal olunduğunu tәsdiq edir. Bundan başqa, «Mәrmәr İnşaat» ASC köçürmәlәri hәyata keçirәn “xxxx” ASC-yә vә “xxxx” ASC-yә mәktubla müraciәt edәrәk, qeyd olunan müqavilәlәr üzrә köçürülәn vәsaitlәrlә bağlı mәlumat verilmәsini xahiş etmişdir. Banklar da sorğuya cavab olaraq, qeyd olunan müqavilәlәr üzrә köçürülәn vәsaitlәrlә bağlı arayışlar vermişdir. Hәmin arayışlar da tәrәfindәn mәhkәmәyә tәqdim edilib. Bundan başqa, «Mәrmәr İnşaat» ASC “xxxx” ASC-yә ##.##.2025-ci il tarixindә müraciәt edәrәk 73 117.28 avro mәblәğindә vәsait hesabına alınan mallar ölkәyә tam hәcmdә idxal olunduğunu bildirәrәk, qeydә alınmamasının sәbәbi barәdә arayış verilmәsini xahiş etmişdir. “xxxx” ASC-nin Binәqәdi filialı mәktuba cavab olaraq bildirmişdir ki,##.##.2023-cü il tarixli ** saylı müqavilә әsasında köçürmә icra olunmasına baxmayaraq yük bәyәnnamәsindә 4011 bölmәsindә müqavilә 01 tarix ##.##.2023-cü il kimi qeydә alınmışdır. Bu sәbәbdәn dә qeydiyyata ala bilmirlәr. Yәni 73 117.28 avro mәblәğindә köçürmә üzrә bәyәnnamә açıqda qalsa da, faktiki olaraq hәmin vәsait hәcmindә mallar idxal olunmuşdur, lakin malların idxalı zamanı bәyәnnamәdәki texniki sәhvә görә elektron sistemdә qeydә alınması mümkün olmur. Bu hal da bir daha onu tәsdiq edir ki, hәmin vәsait hәcmindә mallar ölkәyә idxal olunmuşdur, lakin texniki sәbәbdәn onları qeydә alına bilmir. Hazırki halda isә hәr iki müqavilә üzrә köçürülәn ümumi vәsait dәyәrindә malların ölkәyә idxal olunduğu mötәbәr sübutlarla, yәni gömrük bәyәnnamәlәri, bank arayışları, invoyslarla tam tәsdiq olunur. Belә olan halda isә, «Mәrmәr İnşaat» ASC-nin inzibati tәnbehә mәruz qalması tam әsassız vә qanunsuz olmaqla yanaşı, әdalәtsizlikdir. Onu da qeyd edir ki, bankın özünә dә mәlumdur ki, köçürmәlәr üzrә tikinti materialları ölkәyә tam şәkildә idxal olunmuşdur. Hәmçinin bildirir ki, tәrәfindәn Bakı Baş Gömrük İdarәsinә müraciәt olunaraq, «Mәrmәr İnşaat»Açıq Sәhmdar Cәmiyyәti ilә Türkiyә Cümhuriyyәtinin “Schüco İstanbul” şirkәti arasında bağlanmış 2 әdәd, “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilәyә әsasәn 63 566.55 Avro, “01” nömrәli, ##.##.2023-cü il tarixli müqavilәyә әsasәn isә 73 117.28 Avro, cәmi 136 683.83 Avro mәblәğindә “Schüco İstanbul” şirkәtinә pul köçürülmüşdür. Yuxarıda qeyd olunan müqavilәlәr üzrә tikinti materiallarının rәsmilәşdirilmiş yük gömrük bәyәnnamәlәrinin tam idxal olunduğunun tәsdiqinә dair arayış verilmәsi xahiş olunmuşdur. Hәmçinin «Mәrmәr İnşaat» ASC tәrәfindәn Türkiyә Cümhuriyyәtinin “Schüco İstanbul” şirkәtinә müraciәt olunaraq, qeyd olunana müqavilәlәr üzrә ixrac edilәn tikinti materiallarına dair arayış vә digәr sәnәdlәrin tәqdim edilmәsi xahiş olunmuşdur. Belәliklә, ümumi köçürülmüş vәsaitlәr üzrә mallar ölkәyә idxal olunmuş, lakin tikinti materiallarının gömrük orqanında rәsmilәşdirilmәsindә texniki sәhvlәrә yol verildiyindәn bank tәrәfindәn tam qeydiyyata alınmamışdır. Apellyasiya şikayәtinә әlavә edilmiş vә bank tәrәfindәn tәsdiq edilmiş inkaredilmәz sübutlar vә faktlar onu tәsdiq edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәlәsinin tәlәblәri kobud şәkildә pozulmuş, nәticәdә «Mәrmәr İnşaat» ASC әsassız olaraq inzibati mәsuliyyәtә cәlb olunmuşdur. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İnzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs «Mәrmәr İnşaat» ASC-nin nümayәndәsi X1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, malların idxal olunduğunu tәsdiq edәn mötәbәr sәnәdlәr işә әlavә edilib. Elәcә dә “Ekspres Bank” vә Beynәlxalq bankla köçürmәlәrlә bağlı müraciәt edilәrәk arayışlar tәqdim edilib. Hәmin arayışlarda köçürmәlәrin İstanbul şirkәtinә göndәrildiyi müәyyәn edilir. Bundan başqa mallar idxal olunsa da bәyannamәnin olmaması barәdә arayış tәqdim edilib. İki müqavilә bağlanmışdır. Bakıda vә Sumqayıtda tikinti şirkәtlәri mövcuddur. Layihәlәrә uyğun müqavilәlәr bağlanılır. Gömrük bәyannamәsi iki müqavilә ilә rәsmilәşdirilmәli olsa da bir müqavilә ilә rәsmilәşdirilib. X5 Komitәsinә dә 6 aprel tarixindә tәqdim edilәrәk arayış istәnilib. Hәmçinin xarici şirkәtә dә müraciәt edilib. Onların mәktubu, hәmçinin ixrac bәyannamәlәri vә daşınma sәnәdlәri mәhkәmәyә tәqdim edilmişdir. Əmәkdaşlıq etdiklәri bank mәktubda idxal vә ixracı tәkzib etmir. Texniki sәhvә yol verildiyi müәyyәn edilir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xarici şirkәtlә iki müqavilә bağlanılıb. ##.##.2023 vә ##.##.2023-cü il tarixli müqavilәlәr. Pulun ümumi mәblәği 136.683, 88 Avrodur. Mallar hissә-hissә gәtirilmişdir. Mallar aliminum, qapı-pәncәrә vә tikinti materiallarıdır. X2 Komitәsi tәrәfindәn yol verilmişdir. Bununla bağlı şifahi qaydada sәvlәrini tәsdiq ediblәr vә mәktub tәqdim edilmişdir. Bütün rәsmi sәnәdlәr - bankın arayış vә cavab mәktubu, gömrük vә ixrac bәyannamәlәrindәn görünür ki, köçürmә üzrә tikinti materialları ölkәyә idxal olunmuşdur. Qeyd olunanların nәzәrә alınaraq iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, «Mәrmәr İnşaat» ASC tәrәfindәn 73117.28 Avro mәblәğindә vәsait bank vasitәsilә ## ###### 2024-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә rezident vә qeyri-rezidentlәrinin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq ödәnişin aparıldığı gündәn 2 (iki) il müddәtindә 73117.28 Avro mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamışdır. Xәta ##.##.2026-cı il tarixdә hüquqi şәxsin hüquqi ünvanında, yәni ünvan 1 baş vermişdir. İş materiallarında olan ## ###### 2023-cü il tarixli müqavilәdәn görünür ki, alıcı «Mәrmәr İnşaat» ASC ilә satıcı “Schüco İstanbul Uluslararası İnşaat Tic.Ltd.Şti” arasında bağlanmış alqı-satqı müqavilәsindәn görünür ki, 73117,28 Avro mәblәğindә malların dәyәri әvvәlcәdәn 100% ödәniş şәklindә satıcının hesabına ödәnilmәlidir. İş materiallarında olan Debit haqqında bildirişdәn görünür ki, «Mәrmәr İnşaat» ASC tәrәfindәn ## ###### 2024-cü il tarixdә 73117,28 avro “Schüco İstanbul Uluslararası İnşaat Tic.Ltd.Şti” köçürülmüşdür. Ödәnişin tәyinatı isә PREPAYMENT FOR SCHUCO ALUMİNİUM SYS TEMS CNT 01DD ##.##.2023 İNV 805446 4 DD ##.##.2023 KOD240105790 qeyd edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Binәqәdi filialının mәktubundan görünür ki, avansın bağlanması üçün ************** nömrәli yük gömrük bәyannamәsi tәqdim olunmuş, köçürmә ##.##.2023-cü il tarixli ** saylı müqavilә әsasında icra olunmasına baxmayaraq yük gömrük bәyannamәsindә müqavilә 01, tarix ##.##.2023 müqavilәsi üzrә qeydiyyata alınmışdır, bu sәbәbdәn avans bağlanıla bilmәz. İş materiallarında olan «Mәrmәr İnşaat» Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn Bakı Baş Gömrük İdarәsinә ünvanlanmış ## ##### 2026-cı il tarixli, *** nömrәli mәktubdan görünür ki, sözügedәn ASC ilә “Schüco İstanbul” şirkәti arasında bağlanmış 2 müqavilәyә әsasәn pul köçürülmüşdür. Müqavilәlәri nәzәrә alaraq ixrac edilmiş tikinti materiallarının rәsmilәşdirilmiş yük gömrük bәyannamәlәrini vә mәblәğlәrini göstәrmәklә tam idxal olunduğunun tәsdiqinә dair arayış verilmәsi xahiş olunmuşdur. Lakin bununla bağlı rәsmi cavab verilmәmişdir. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri - rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәrin ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10.000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokol tәrtib edәn orqanlar tәqdim edilir kimi qeyd edilmişdir. Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsinә görә avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә mәsuliyyәt nәzәrdә tutulur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, iş materiallarından da göründüyü kimi Türkiyә Respublikasının “Schüco İstanbul” şirkәti ilә «Mәrmәr İnşaat» ASC arasında bağlanmış ## ###### 2023-cü il tarixli ** nömrәli müqavilә üzrә 63,566.55 Avro vә ## ###### 2023cü il tarixli ** nömrәli müqavilә üzrә 73,117.28 Avro olmaqla, ümumilikdә 136,683.83 Avro mәblәğindә vәsait qarşı tәrәfә köçürülmüşdür. İşә әlavә olunmuş 01241000146387, 01241000232168, ************** saylı gömrük bәyannamәlәri sübut edir ki, “Schüco İstanbul” şirkәti tәrәfindәn göndәrilmiş tikinti materiallarının ümumi dәyәri öhdәliyin tam icra olunduğunu göstәrir. Belәliklә, 73,117.28 avro mәblәğindә pul köçürmәsi üzrә bәyannamәnin elektron sistemdә “açıq” qalmasına baxmayaraq, hәmin vәsait müqabilindә mallar faktiki olaraq ölkә әrazisinә idxal edilmişdir (müvәkkil bankın sorğuya cavab mәktubuna әsasәn). Malların idxalı zamanı bәyannamәdә yol verilmiş texniki xәta (gömrük orqanlarına bu barәdә sorğu verilsәdә cavab alına bilinmәmişdir) sәbәbindәn onların elektron sistemdә qeydә alınması mümkün olmamışdır. İş üzrә hәr iki müqavilә çәrçivәsindә köçürülmüş ümumi vәsait dәyәrindә malların 2 il müddәtindә ölkәyә idxal edilmәsi faktı mötәbәr sübutlarla - gömrük bәyannamәlәri, bank arayışları vә invoyslarla (hesab-fakturalarla) öz tam tәsdiqini tapır. Ona görә dә apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, «Mәrmәr İnşaat» ASC-nin Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2 maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 105-105.1-ci maddәlәrindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası İXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 12.1, 53.1.2, 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. «Mәrmәr İnşaat» ASC-nin (VÖEN: **********) Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. «Mәrmәr İnşaat» ASC barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar