Məhkəmə qərarları › İş №3(3-8)-221/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-221/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-221/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә olunmuşdur (hakim Firuzә Kәrimova). Işin halları: Abşeron rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli protokoldan görünür ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sәnәdini üzrsüz sәbәbdәn icra etmәmiş, bununla da, o, IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Apellyasiya şikayətinin dəlilləri: Tәlәbkar Zәrәrçәkmiş şәxs Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarından apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati hәbs tәtbiq olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdi üzrә 60000 manat puldan cәmi 500 manat ödәniş etmişdir. Hәr dәfә müxtәlif bәhanәlәr gәtirәrәk, pulu ödәmәkdәn yayınır. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinә etiraz edәrәk, uzun müddәt hәbsdә olduğundan vә iş yeri tapa bilmәdiyindәn apellyasiya şikayәtinin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Əlavә olaraq bildirdi ki, hәbsdәn yeni azad olunmuşdur. Mәhkum olduğu üçün iş tapmaqda çәtinlik çәkir. Borcun ödәnilmәsindәn yayınmır. Usta işlәyir, hәr ay ödәnişlәr edir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә daxmayaraq, tәlәbkar Zәrәrçәkmiş şәxs vә Abşeron rayon icra vә probasiya şöbәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişlәr vә gәlmәmәlәrinin sәbәblәri barәdә mәlumat vermәmişlәr, bu sәbәbdәn şikayәt üzrә mәhkәmә baxışı iclasının onların iştirakları olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sәnәdinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 60000 manat vә 30 manat dövlәt rüsumunun tutularaq Zәrәrçәkmiş şәxs oğluna ödәnilmәsi qәrara alınmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli “icraata başlamaq” haqqında qәrardan görünür ki, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sәnәdi üzrә icraata başlanılmış vә hәmin tarixdә cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbardarlıq edilmişdir. Mәhkәmә inzibati xәta törәtmiş şәxs barәsindә daha sәrt cәza tәyin edilmәsinә dair şikayәtin dәlillәri ilә bağlı qeyd edir ki, inzibati xәta törәtmiş şәxsә tәyin olunmuş inzibati tәnbeh növünün ağırlaşdırılması üçün әsaslar yoxdur. Belә ki, qanunun tәlәbinә әsasәn mәhkәmә inzibati tәnbeh tәtbiq edәrkәn xәtanın xarakterini, inzibati xәta törәtmiş şәxsin şәxsiyyәtini, onun tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini, mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 32.2-ci maddәsinә әsasәn inzibati tәnbeh tәtbiq edilәrkәn bu Mәcәllәnin 32.1.1-32.1.7-ci maddәlәrindә göstәrilmәmiş başqa hallar da hakim tәrәfindәn mәsuliyyәti yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. Mәhkәmә törәdilmiş inzibati xәtanın xarakterini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini, tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini, mәsuliyyәtini ağırlaşıdıran hallar olmamaqla yanaşı hazırki vәziyyәtdә hәbs olunması üçün әsaslar olmamasını nәzәrә alaraq, onun barәsindә inzibati cәrimә tәtbiq edilmәsinә dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni düzgün hesab edir. Belә ki, hәm iş materiallarından, hәm dә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya baxışı zamanı verdiyi izahatından müәyyәn olunur ki, ödәniş edә bilmәmәsinin sәbәbi uzun müddәt hәbsdә olması olmuşdur. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә qeyd olunan inzibati xәtanın obyekti әdalәt mühakimәsinin, xeyrinә mәhkәmә qәrarı çıxarılmış ayrı-ayrı hüquqi vә fiziki şәxslәrin, habelә dövlәtin mәnafeyi olmaqla, obyektiv cәhәtdәn qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsini qәrәzli olaraq icra etmәmәdә, hәmin mәhkәmә qәtnamәsinin icrasına maneçilik törәtmәdә, habelә icra ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini icra etmәmәdә ifadә olunur. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәrәkәtlәrini davam etdirmiş olsun. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq olunmuş inzibati cәrimә tәnbeh tәdbiri ilә bağlı mәhkәmә qeyd edir ki, birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd olunan qәnaәti inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur. Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Mәhkәmә yuxarıda şәrh edilәnlәrә әsasәn hesab edir ki, icra sәnәdi üzrә tәlәbkar tәrәfindәn verilmiş apellyasiya şikayәtini tәmin edib, inzibati xәta törәdәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati qaydada hәbs olunması üçün әsaslar olmadığından, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar